Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

•  •
Ürəyimə bir ox atdı, 
Çırağımı  söndürübdür.
Nabatam geymişəm qara, 
Eyləyin bu dərdə  çarə 
Baş götürüb gedim hara, 
Fələk məni yandırıbdır.
BAYATILAR
Mən aşiqəm üz üşər,
Bu dərddən can üzüşər, 
Bülbül qanad tərpədər 
Külək əsər üz üşər.
At məni aldı qaçdı, 
Yollarım qaya, daşdı, 
Dostlara xəbər verin 
Mənzilim uzaqlaşdı.
Bir at mindim başı yox, 
Bir çay keçdim daşı yox, 
Burda bir aşıq ölür 
Oğlu yox, qardaşı yox.
Göydə dolu durubdu, 
Yollar boynun burubdu, 
Mən doludan qorxuram 
O qəlbimi vurubdu.
Əziziyəm ağam gəl,
•  •  
_
Ölməmişəm, sağam gəl, 
Boynumda qəm zənçiri 
Yolunda dustağam gəl.


Aşıq Hüseyn
Aşıq Nabat götür sazı deyişək,
Düz ilqardan, sədaqətdən danışaq. 
Şairlərin sənətindən söz açaq, 
Görünpıəmiş məharətdən danışaq.
Aşıq Nabat
Şair qardaş, sən qələmlə,  mən sazla, 
Əlli yaşlı bu bahardan danışaq.
Min gül açıb Azərbaycan torpağı, 
Tükənməyən arzulardan danışaq.
Aşıq  Hüseyn
Gülü-güldən seçək uca dağlardan, 
Əmirxanın becərdiyi  bağlardan.
Soraq tutaq Muğandakı  çağlardan, 
Qüdrətli bir şeriyyətdən danışaq.
Aşıq Nabat
Gözəllikdə qənirsizdi  bu diyar,
Sərvəti var, neməti var, varı var. 
Yurdumuzda əbədidir xoş bahar, 
Aradakı düz ilqardan danışaq.
Aşıq Hüseyn
Ceyran gəlib su içəndə bulaqdan 
Bizi görüb qaçammasın uzaqdan, 
Vurğun adı eşidəndə dodaqdan,
Ağzı dolu gəl  Səməddən danışaq.
Aşıq Nabat
Gəz dağları, Muğana gəl, Milə gəl, 
Telli sazım bəm də durma zilə gəl, 
Nabat deyər, könül sən də dilə gəl,
Bu xoş gündə dostdan, yardan danışaq.
AŞIQ HÜSEYNLƏ
AŞIQ NABATIN DEYİŞMƏSİ


Aşıq  Yusif  1930-cu  ildə  Naxçıvan  Muxtar  Respublika­
sının  Sədərək  kəndində  dünyaya  göz  açıb.  Onun  ustadı 
sədərəkli  dəllək  Əli  Nəcəf  oğlu  olub.  Aşıq  şeirinin  qoşma, 
gəraylı,  təcnis,  müxəmməs  şəkillərində  şeirlər  yaradan  aşıq 
1995-ci  ildə Sədərək qəsəbəsində vəfat edib.
BAYATILAR
Əzizinəm yadına.
Qohumuna, yadına,
Əhdə vəfasız olma 
İlqarı  sal  yadına.
Əzizinəm o qala,
Dağ başında o qala,
Çalış yaxşı  ad qazan 
Səndən sonra o qala.
Əzizinəm sona sən, 
işi çatdır sona sən,
Mən tərlanın ovusan 
Əvvəl-axır sona sən.
Mən aşiq qoyun gəlsin,
Arxaca qoyun gəlsin,
Bu gələn öz yarımdı
Dəyməyin qoyun gəlsin.
•  

Aşıq deyər nədəndi,
Saçındakı nə dəndi?
Məlun-məlun baxmağın 
Qüssədəndi, nədəndi?
SƏDƏRƏKLİ AŞIQ YUSİF (AĞ AŞIQ )
70


Mən aşiq yada səni, 
Salarlar yada səni,
Mən qohuma verməzlər 
Verərlər yada səni.
Mən aşiq nə qandı bu, 
Düşünüb, nə qandı  bu, 
Məni özü oxladı 
Deyir ki, nə qandı bu.
Mən aşiq yağı dağlar, 
Kəsib ayağı dağlar, 
Məni bu halda görən 
Dost da, yağı da ağlar.
Əzizinəm keçər iz,
Bu dərədən keçər iz, 
Sən üzən bir sona ol 
Mən də  sənə bir dəniz.
Aşiqəm, dağlı mənəm, 
Aranlı, dağlı mənəm,
Bu bimürvət əlindən 
Sinəsi dağlı mənəm.
Əzizim, dağı qaldı, 
Qar-boran dağı aldı, 
Qardaşım cavan öldü 
Sinəmdə dağı qaldı.


OOSMA
NAXÇIVANIM
Neçə əsrlər sınağından  çıxmısan, 
Almısan qəhrəman ad Naxçıvanım. 
Adamlar çalışır min bir həvəslə, 
İşləyir ürəyi şad, Naxçıvanım.
Görənə ruh verir cərgə binalar, 
Cavanlaşır çox ağbirçək analar,
Üzür göllərində ördək sonalar,
Əsir səndə sərin bad, Naxçıvanım.
Sədərək, Dəmirçi olub bağça-bağ, 
Aşıb neçə zirvə, neçə uca dağ, 
Şahbuzla,  Culfanın hər an üzü ağ, 
Cəhri, Nehrəm sənə səd, Naxçıvanım.
Yusifin, Cavidin, Məmməd Səidin, 
Cəmşid Naxçıvanlı  cəbhə igidin,
Hər zaman sənin var gəncə öyüdün, 
Cəlili də edək yad, Naxçıvanım.
%
Ötür Yusifin də sazının teli,
Çoxlu tərif edir bu gözəl eli,
Uzunoba gölunun gurlayan seli, 
Qoymur yayda çəkə dad, Naxçıvanım.
72


TƏCNIS
HA DUZƏ-DUZƏ
Bahar zirvələrdən qarı endirər,
Ağır sel yeriyər ha düzə-düzə.
Çoban tütək çalar qaya başında,
Hesablar sürünü ha düzə-düzə.
Kamil bağban gözəl bağlar yaradı,
Yar dilində şirin gələr yar adı,
Mənim sinəm tənə sözdən yaradı 
Könlüm həsrət qaldı ha düzə-düzə.
Yusif, vaxtdı ürəyindən od ala,
Öz bülbülü daha qonmur o dala,
Sığınırsan sığıngınan o dala,
Namusla möhübün ha diizə-düzə.
GƏ RA YU LAR
DANIŞAQ
Zalım qızı  insaf eylə,
Bir yaxma gəl, danışaq.
Uz bürüyüb belə keçmə,
Dərdi-dilim bil, danışaq.
Sən bu elin gözəlisən,
Şirin dilli məzəlisən,
Bil,  sevdamın əzəlisən,
Ver əlimə əl, danışaq.
Aşıq Yusif qadan alsın,
Qolların boynuna salsın,
Ağ üzündən busə alsın,
Ləbdən əmim bal, danışaq.
•   •
73


ZÜLFLƏRİN
Görəndə canımı aldı,
Sənin o qara zülflərin. 
Dönə-dönə ürəyimə 
Vurdu çox yara zülflərin.
Sev dostunu, yaxşı ara, 
Gəlməsən sağalmaz yara, 
Gül meyil göstərsə xara, 
Yanacaq nara zülflərin.
Bir vaxt küsüb barışırdın, 
Əhvalımı soruşurdun, 
Görən kimi sarışırdın, 
Dönlibdü mara zülflərin.
Yusif dost yolunda mərddi, 
Sözlərin sağalmaz dərddi, 
Qaşların cəlladdan sərtdi, 
Çəkdirir dara zülflərin.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə