Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   17   18   19   20   21   22   23   24   25

AŞIQ HƏSƏNALI İLƏ  BAĞLI
RƏVAYƏT
XIX  əsrdə  Şahbuz  bölgəsində  yaşamış  Aşıq  Həsənalı  rə­
vayətə  görə,  günlərin  birində  yaradanın  buyruğu  ilə  Giilənbər 
adlı  bir gözələ tuş olur.
Aşıq Həsənalı:
Başına döndüyüm gözəl  Giilənbər,
Vuruldum hüsnünə sən tək ceyranın. 
Eşitmişəm gözəlisən cahanın,
Əsirgəmə mən tək yardan dərmanın.
Giilənbər:
Haradan aradın, haradan bildin?
Nədən bildin gözəliyəm cahanın?

Məni gördün, sən ki, oldun dərd əhli,
Ya dərdin məndədir, ya da dərmanın.
Aşıq  Həsənalı  şirin  dilinən  qızın  haralı  və  kimləndən 
olduğunu  soruşur.  Məlum  olur  ki,  bu  qız  Duluslu  Məhəmməd 
bəyin qızıdır, sonradan köçüb Daradaşa gəlmişlər.
Gülənbər:
Dulusluydum, indi Darabaşlıyam,
Qəlbi qan ağlayan qəm libaslıyam,
Gözü yol gözlüyən, qəlbi yaşlıyam,
Əzəldən  beylədi dövrü cahanın.
Sən bizi arayıb axlarsan əgər,
Darabaşda yoldan kənar bir qədər,
Məhəmməd qızıyam, adım Giilənbər,
Alsan yarı ollam sən tək oğlanın.
Qıznan  oğlanın  bu  göriişiinnən  Məhəmməd  bəy  xəbər 
tutur  və  Aşıq  Həsənalını  o  ki  var  döydiiriib  kənddən  qovur. 
Giilənbər  Həsənalının  ayrılığına  dözə  bilmir,  sevgilisinə  bir 
məktub yazıb atasının çobanı Səttara verir və deyir:
Başına döndüyüm əhli-hal çoban,
Sən gedərsən Naxçıvana yetərsən.
107


Nabələd olsan da, xəbər alarsan,
Bu məktubu o oğlana verərsən.
Baislərin görüm üzü gülməsin,
Heç bir gözəl Gülənbər tək olmasın,
Elə çatdır özgə adam bilməsin,
Çəkib onu bir pünhana, verərsən.
0
Axtarıb, arayıb tapıb özünü,
Çatdırarsan ona mənim sözümü,
De, eşitsin, bilsin sözün düzünü,
Gəlsə düşməz nahaq qana, verərsən.
Gülənbər  məhtubunda  Həsənalıya  onun  yolunu  gözlədi­
yini  bildirir,  libasını  dəyişib  Darabaşa  gəlməyi  tapşırır.  Aşıq­
dan başqa heç kimə  könül  vermiyəçəyinə və əhdinə  sadiq qala- 
çağına and içir:
Oğlan, hara gedib, nə axtarırdın?
Mənim atam ilə bədə varırdın,
Əgər ki, qəlbində yar axtarırdın,
• 
ф
Uz qoyuban Darabaşa gələrsən.
Gülənbərəm,  mən çəkirəm ah-zarı,
Nə müddətdir gözləyirəm yolları, 
istəsən gələsən sən bizə sarı,
Bürünərsən tərs libasa, gələrsən.
Atam, anam belə bir iş görərsə,
Sınmış qəlbi əyri qoyub hörərsə,
Səni qoyub başqasına verərsə,
Mən ölərəm, sən də yasa gələrsən.
Gülənbərin  göndərdiyi  çoban  Səttar  gəlib  Şahbuzun Xinzi- 
rək kəndinə çatır və Mədəd adlı birinin evində qonaq olur. Mədəd 
çobana  bələdçilik  edir,  gəlib  Şahbuzun  Zımel  kəndində  Aşıq 
Həsənalı  ilə  görüşürlər.  Həsənalı  Gülənbərin  məhtubunu  oxuyub
108


sevgilisinin  dediyinnən  hali  olur.  Lakin  Məhəmməd  bəyin  onu 
döydürüb  kənddən  qovdurması  da  xatirinnən  çıxmır.  O  bilir  ki, 
Giilənbərin ardınca Daradaşa getsə, yenə müsibətə düşəcək.  Odur 
ki, Giilənbərə belə bir məktub yazıb çoban Səttara verir:
Güllər içrə seçdim süsənbər səni,
Bilirəm özümə bir ənbər səni,
Həsənəm, sevmişəm, Gülənbər, səni, 
Düşməgilən kəm xəyala,  gəlmənəm.
Başqasına baxıb köks ötürmənəm,
Səndən özgə gözəl mən gətirmənəm,
Ölərəm, mən səndən əl götürmənəm,
Başım düşər qalmaqala,  gəlmənəm.
Demirəm qorxuram xanü bəyindən,
Xəyal düşüb qeyri-hala, gəlmənəm,
Əyər sən gələsən, yolun gözdərəm,
Üz döndərib, o mahala gəlmənəm.
Aşıq  Həsənalı  məktubunda  sevgilisi  Gülənbərdən  gizlicə 
Naxçıvana, onun yanma gəlməyi  iltimas edir:
Əgər ki, arasan mənim yerimi,
Sevər olsan bu mahala gələrsən.
Mənim dediyimi atan bilməsin,
Başım düşər qülü-qala, gələrsən.
Hələ yaşayıram, bu cahandayam,
Bəy, ağa gözündən çox pünhandayam, 
Dulusdan gəlmişəm, Naxçıvandayam,
Məni  sevsən, bu mahala gələrsən.
Adım Həsənalı, özüm sərsəri,
Bu qısa məktubla verdim xəbəri,
Keçərsən gələrsən Uruddan bəri,
Ağdabandan aşıb dala, gələrsən.


Çoban  Səttar Aşıq Həsənalınm məhtubunu aparıb  Gülən- 
bərə  verməzdən qabaq Məhəmməd  bəyin  ilxıçısım  görür, Nax- 
çıvannan  gəlib  Gülənbərə  məhtub  gətirdiyini  söyltiyür.  İlxıçı 
bu  işlə  maraxlanıb məhtubu çoban  Səttardan alır və aparıb  Mə­
həmməd  bəyə  verir.  Məhəmməd  bəy  fikirləşir  ki,  bu  işi  belə 
qoysa  Aşıq  Həsənalı  bir  gün  gəlib  qızı  qaçıracax  və  onu  el 
içində  xar  edəcək.  Odu  ki,  dərhal  qızı  Gülənbərə  toy  eləyir  və 
onu zorla dostu Səfər bəyin oğluna verir.
Uzun  illər  keçir,  Həsənalı  bir  gün  Darabaşa  gedir.  Lakin 
eşidir  ki,  Gülənbəri  zoman  başqasına  ərə  veriblər.  Odu  ki,  el 
içində  xar  olmasın  deyə  Darabaşdan  Mələk  addı  bir  qız  gətirir 
ki, kənddə desinnər aşıq getdi sevgilisin gətirdi.
110


AŞIQ ƏSƏDLƏ FEYZULLANIN DEYİŞMƏSİ
Kətdə  aşıx  məylisi  varıydı.  Yurdçudan  Aşıx  Əsəd  oxu­
yurdu.  Məylisin  axırında  camahat xayiş  elədi  ki,  aşıx  bu  cavan 
oğlan  Feyzulla  ilə  bir-iki  ağız  deyişsin.  Bınnarın  arasında 
deyişmə oldu:
Aşıx Əsəd:
Səndən xəbər alım, ay cavan oğlan, 
Peyğəmbər nə günü taci-sər oldu?
Kimlər yudu, kimlər aldı muyunu,
Nə günü behişdə bərqərar oldu?
Feyzulla:
Al cavabın verim, ay Aşıx Əsəd,
Peyğəmbər cümədə taci-sər oldu.
Salman yudu, Cəbrayıl aldı muyunu,
O gün də behişdə bərqərar oldu.
Aşıx Əsəd:
Nədən hasil oldu Düldülün səngi,
Bəs nəyə bənzəyirdi onun rəngi?
Cənabi Əmirin əvvəlki cəngi,
Əzəl zilfıqarı bəs kimə çaldı?
Feyzulla:
Nurdan hasil oldu Düldülün səngi,
Goy maviyə bənzərdi onun rəngi,
Cənabi Əmirin əvvəlki cəngi,
Əzəl zilfıqarı Əntərə çaldı.
Aşıx Əsəd:
O nədir ki, yaşıllanır allanır?
O nədir ki, göydən yerə sallanır?
O nədir ki, hər nə versən allanır?
O nədir ki, qatarlanıb gedir hey?
111


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə