31
görkəmli ictimai xadim idi. 1910-cu ildə M.Hacınskinin təklifi
ilə Bakı bulvarının daha müasir tələblərə uyğun salınması üçün
müsabiqə elan edilmişdir. Bu işlərdən sonra indi "Bakı bulvarı"
adlandırdığımız yerlərdə insanlar başqa yerlərdə olduğu kimi
suya girib çimə bilmədilər. Həqiqətən də o vaxtlar ictimai çi-
mərlik kimi Bakı bulvarının özünəməxsusluğu var idi. Həmin
dövrlərdə Xəzər və onun Bakı sahili çox təmiz idi. Günümüzdə
Bakı bulvarında, Bakı buxtasında çətin ki çimmək fikrinə dü-
şən olsun. Təbii ki, mazutdan, neftdən bulaşaraq məlum rənglə-
rin hamısını xatırladan və hətta kanalizasiya iyləri verən sulara
baş
vurmaq istəyən insan çətin ki, tapılsın.
Bakı bulvarında abadlıq işləri birdə 1950-ci illərdən öz
real həllini Əliş Ləmbəranskinin "Bakı soveti"nin rəhbəri oldu-
ğu dövrlərdən başlamışdır.
Həmin dövrdə bulvarda uşaq kinoteatrı və çox məşhur
"Mirvari" kafesi inşa olundu, yaşıllıqlar salındı, gözəllik verən
abadlaşdırma işləri aparıldı. Bakı bulvarı sularına torpaq tök-
məklə onun sularının "Qız qalasın"dan xeyli uzaqlaşmasına sə-
bəb oldu. Bakı bulvarı zaman-zaman abadlaşdırılsada, onun
çirkləndirilməsi də indi öz "zirvəsi"nə yüksəlmişdir.
Bakı bulvarı Milli park adını aldıqdan sonra, burada
abadlıq-quraşdırma işləri xeyli dərəcədə zövqlə, könül oxşama-
sı ilə aparıldı və bu iş indidə davam etməkdədir. Bakı şəhərində
Bakı bulvarını sevməyən bir insan tapa bilməzsən, xarici qo-
naqlar isə çox yaxşı təəsüratlarla buradan ayrılırlar.
Respublika rəhbərliyinin təşəbbüsü ilə Bakı bulvarı özü-
nün "gəncləşmək" dövrünü yaşayır. Bakı bulvarının uzunluğu
Bayıldan Zığa qədər bir məsafəni əhatə edəcəkdir. Onun ərazi-
sində yeraltı qurğuları və müasir əyləncə yerləri olacaqdır. Xə-
zər sularında salınacaq körpü isə insanı indidən xoş bir roman-
tikliyə qapılmağa vadar edir.
Bir sözlə Bakı bulvarı Bakı şəhərindən öncə gözəlləşir və
onu üstələyir. Bakını, Abşeronu, Bakı bulvarını sevən onun hər
bir sakini, bu yerlərin daha da gözəlləşməsi arzusundadırlar.
33
muşdur, hansı ki, SSRİ-nin özü bir çox dövlətlərlə müqayisədə
meşəyə ciddi ehtiyacı olan ölkə sayılırdı və indidə sayılır.
Xatırladaq ki, ancaq 1956-cı ildə Azərbaycan Elmlər
Akademiyası nəzdində təbiəti mühafizə komissiyası təşkil edil-
miş və onun təşəbbüsü ilə 1957-ci ildə Bakı şəhərində təbiəti
mühafizə üzrə 1-ci Zaqafqaziya müşavirəsi çağrılmış, 1959-cu
ildə isə Azərbaycan SSR Ali Sovetinin 2-ci sessiyası təbiəti
mühafizə haqqında qanun qəbul edə bilmişdi. Az sonra, yəni
1960-cı ildə respublika Nazirlər Soveti yanında Təbiəti Müha-
fizə idarəsi, 1963-cü ildə isə yeraltı və yerüstü su mənbələrini
mühafizə komitəsi və təbiəti mühafizə cəmiyyəti yaradılmışdır.
Tarixi materiallara görə 1982-ci ildə həmin cəmiyyətin sırasına
bir milyon 800 min nəfərə qədər həqiqi üzv, 5 minə qədər də
müxtəlif
müəssisə, idarə, təşkilat daxil olmuşdur.
Deyilənlər bəlkədə cəlbedicidir. Lakin, bütün bunlara
baxmayaraq respublikamızda təbiətin mühafizəsi çox acınacaq-
lı vəziyyətdə qalmışdı.
Azərbaycanda müxtəlif növlü münbit torpaqlar az da olsa
qalmışdır, torpaq xəritəsinə inansaq 40-dan çox torpaq növü
qeydə alınmışdır. Amma bu torpaqların becərilməsinə düzgün
əməl olunmadığından dağ yamaclarında onun münbit hissəsi
eroziyaya uğramış, düzən bölgələrimizdə isə suvarma qaydaları
pozulduğundan, münbit torpaqlar get-gedə şorlaşmış və keyfiy-
yətsiz hala düşmüşdür. Onu demək kifayyətdir ki, Kür-Araz
ovalığı torpaqlarının üçdə bir hissəsi şorlaşmış, yararsız hala
salınmışdır. Dağ yamacları torpaqlarının isə 60-80 faizi erozi-
yaya məruz qalmışdır. Bu səbəbdən də əkin üçün yarayan
Azərbaycan torpaqlarının yalnız 20-25 faizi istifadədir. Həsən
Əliyevin dediyi kimi çox zaman yararlı torpaq çatışmır deyə
meşələri sökür, qış və yay otlaqlarını şumlayıb bir qədər istifa-
də etdikdən sonra o yerləri də yararsız hala salırlar.
Deməliyik ki, hələ 1929-cu ildə Qızılağac, Zaqatala,
1958-ci ildə Türyançay, Göygöl, Pirqulu, İsmayıllı, Qarayazı,
Ağ göl, Bəsit çay, Hirkan, Qara göl və s. qoruqlar, Şəki, Quba,