343
dur, buna baxmayaraq qurğu işlək vəziyyətdədir. Ticarət Li-
manın tabeliyində 18 gəmi fəaliyyət göstərir, bunlardan 10-u
işlək, 5-i istismara yararsız, 3-ü isə təmirdədir. İşlək vəziyyətdə
olan gəmilərdə formalaşan məişət-fekal çirkab suları limanın
ərazisində yerləşən kanalizasiya xəttinə, döşəməaltı suları
"Monolit" LTD Ģirkətinə, məişət tullantılarını isə liman tərə-
findən bağlanmış müqaviləyə əsasən
"Kasco" birgə müəssisə-
sinə təhvil verilir. Körpünün ümumi vəziyyəti ekoloji baxım-
dan qeyri qənaətbəxşdir. Körpü ətrafında (cənub və cənub-şərq
küləklərinin təsiri ilə) mütəmadi olaraq neftlə çirklənmə halları
müşahidə edilir.
Baxmayaraq ki, limanın tabeliyində 2
ədəd xü-
susi neft-zibilyığan (NMS-21 və NMS-73) gəmiləri var. Am-
ma, bu gəmilərdən körpünün ətrafını və Bakı buxtasının təmiz-
ləməsində istifadə olunmur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində
yerləşən
"Donanmaya xidmət terminalının körpüsü"nün ət-
rafında dəniz suyunda neft məhsulları-1,7; nitritlər (N02)-2,l və
sintetik səthi aktiv maddələri (SSAM)-3,0 dəfə tələbdən artıq-
dır. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə nümu-
nə çirklidir, bağırsaq çöpü bakteriyalarının miqdarı-209 000
ədəd/litrdir.
14.6. Ġstehsalat iĢləri aparılan adaların ekoloji durumu
Sahəsi 1256 hektar olan
Pirallahı adası Abşeron arxipe-
laqının ən böyük adası olmaqla, Bakı şəhərinin Xəzər bölgəsi
inzibati ərazi vahidliyindədir. Adanın uzunluğu 11 km, ən ge-
niş yerinin eni isə 4-5 km-dir.
Ada Abşeron yarımadasının şimal-şərqində yerləşməklə
şimal-qərbdən cənub-qərbə doğru uzanır. Cənuba doğru tədri-
cən nazilir və ensiz
"qum dili" ilə qurtarır. Adanın dəniz sə-
viyyəsindən hündürlüyü 8-10 m-ə, bəzən də 14 m-ə çatır. Ada-
344
da yerləşən Pirallahı qəsəbəsində müxtəlif
inzibati binalar, uşaq
bağçaları,
məktəblər, xəstəxanalar və s. fəaliyyət göstərir.
Adada əhaliyə ARDNġ-nin Sosial ĠnkiĢaf Departa-
menti və
Kanalizasiya Xidməti Ġdarəsi tərəfindən sosial xid-
mət göstərilir. Adanın orta hissəsində neftçilər üçün abad qəsə-
bə salınmışdır.
Adanın texniki məqsədlər üçün suya olan tələbatı Zirə
qəsəbəsi artezian quyularından nəql edilən su hesabına, içməli
suya olan tələbat isə avtonəqliyyat vasitələri ilə daşınmaqla
ödənilir. Gün ərzində istifadə edilən 6 min m
3
sudan, 4,7 min
m
3
-i suvarmada, 1,3 min m
3
-i isə məişətdə istifadə olunur.
Adada qrunt suları və antropogen təsirlər nəticəsində
ümumi sahəsi 70 min m
2
olan 5 gölməçə formalaşmışdır ki,
bunlardan ikisi
"AbĢeronneft" NQÇĠ-nin ərazisinə düşür. Hə-
min 2 gölməçə yay mövsümündə tamamilə quruyur, payızda
isə yenidən formalaşır.
Ərazidə mövcud ekoloji nöqsanların həll edilməsi məqsə-
di ilə
Dövlət Neft ġirkəti tərəfindən çirkab suları yığılması və
nasoslar vasitəsi ilə təmizləyici qurğuya ötürülməsi üçün Piral-
lahı adasında sahil xətti boyunca 6 ədəd, Gürgan qəsəbəsində
isə 1 ədəd nasos stansiyası inşa edilmiş və mövcud nasoslar da-
ha güclüləri ilə əvəz edilmişdir. Adada yerləşən BTQ-da 2007-
ci ildən yenidənqurma işlərinə başlanılmış və onun davamı ola-
raq ilin birinci rübündə yeni təmizləyici qurğular istismara ve-
rilmişdir.
Pirallahı adasındakı BTQ-nin bir neçə ilə yaxın istismar
olunmasına baxmayaraq bu qurğular yalnız mexaniki təmizlə-
mə qurğuları kimi istismar edilmişdir. Bunu qurğuların çıxış
kanallarına baxdıqda hiss etmək mümkündür. Bu kanallarda
xeyli miqdarda çöküntülər yığılıb qalmışdır. Qurğularda bioloji
təmizləmə getdiyi halda belə çöküntülərin çıxış kanalına yığıl-
ması qeyri-mümkündür.
Pirallahı BTQ-nin çıxışında sudakı asılı maddələr-2,8;
sintetik səthi aktiv maddələr-4,8; neft məhsulları-7,4; ammoni-