Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

11 



 

İrəvan şəhəri 

 

Qədim Azərbaycan şəhəri olan İrəvan, əsası XVIII əsrin ortalarında qoyulan xanlığın mərkəzi olmuşdur. 



Mənbələrə  görə,  İrəvan  qalasının  əsasını  Şah  İsmayıl  Xətainin  tapşırığı  ilə  səfəvi  sərkərdəsi  Rəvanqulu  xan 

qoymuşdur.  

Rus  qoşunları  1804-1813-cü  illər  Rusiya-İran  müharibəsində  şəhəri  işğal  etməyə  cəhd  göstərsələr  də, 

İrəvan xanlarının güclü müqavimətinə rast gələrək buna nail ola bilməmişdilər. 1826-1828-ci illər Rusiya-İran 

müharibəsi zamanı, İrəvan şəhəri 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğal olundu və 1828-ci il 

Türkmənçay müqaviləsinə əsasən Rusiyaya ilhaq edildi. 1828-1840-cı illərdə "Erməni vilayəti"nin, 1840-1849-

cu illərdə İrəvan qəzasının, 1849-cu ildən isə yeni yaradılmış İrəvan quberniyasının mərkəzi olmuşdur. 1918 il 

mayın  28-də  Tiflisdə  Cənubi  Qafqazda  ilk  dəfə  olaraq  erməni  dövlətinin  -  Ermənistan  Respublikasının 

yaradılması  elan  edilərkən  məlum  oldu  ki,  ermənilərin  siyasi  mərkəzi  yoxdur.  Həmin  dövrdə  güclü  xarici 

təzyiqə  məruz  qalan  Azərbaycan  Milli  Şurası  İrəvanın  ermənilərə  güzəşt  edilməsi 

haqqında  qərar  qəbul  etməyə  məcbur  oldu.  Beləliklə,  qədim  Azərbaycan  şəhəri 

İrəvan Ermənistan Respublikasının paytaxtına çevrildi. 

İrəvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: 

Gerbin  ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yuxarıdan  1-ci  qızılı  sahəsində 

zirvəsində  Nuhun  gəmisini  simvolizə  edən  Ağrı  (Ararat)  dağı  təsvir  olunmuşdur. 

Gerbin  ikinci  qızılı  sahəsində  mavi  dalğalı  kəmər  Qara  dənizi  simvolizə  edir.  Bu 

sahələrin ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdur. Gerbin 

aşağı  hissəsinin  sahəsi  Gürcü-İmereti  quberniyasının  gerbinin  təsvirindən 

götürülmüşdür. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

12 



 

Gəncə şəhəri 

 

1804-cü il yanvarın 3-də çar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çar I 

Aleksandrın  arvadı  Yelizaveta  Alekseyevnanın  şərəfinə  Yelizavetpol  adlandırıldı.  Xanlıq  üsuli-idarəsi  ləğv 

edilərək  Yelizavetpol  dairəsi  yaradıldı.  1840-cı  il  10  aprel  islahatı  nəticəsində  dairə  qəzaya  çevrildi. 

Yelizavetpol  qəzası  Gürcü-İmereti  quberniyasının  tərkibinə  verildi.  Qəza  Yelizavetpol,  Qazax,  Şəmşədil  və 

Ayrım  məntəqələrinə  bölündü.  Yelizavetpol  qəzasında  qəza  idarə  sistemi  təşkil  olundu.  1846-cı  il  14  dekabr 

tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil 

edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol 

(Gəncə) şəhəri eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu.  

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1818-

ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Gəncə şəhəri 

1918-ci  il  iyunun  17-dən  sentyabrın  17-dək  olan  dövrdə  dövlətin  müvəqqəti 

paytaxtı oldu. 1920-ci il mayın 1-də Gəncədə sovet hakimiyyəti quruldu. 1935-ci 

ildə  Gəncənin  adı  dəyişdirilərək  S.M.  Kirovun  adı  ilə  Kirovabad  adlandırıldı. 

1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi. 

Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.  



Gerbin təsviri: 

Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində 

Nuhun  gəmisini  simvolizə  edən  Ağrı  (Ararat)  dağı  təsvir  olunmuşdur.  Gerbin 

yuxarıdan  ikinci  qızılı  sahəsində  mavi  dalğalı  kəmər  Qara  dənizi  simvolizə  edir. 

Bu  sahələrin  üstündə  gümüş  fonda  əlində  nizə  süvari  təsvir  olunmuşdur.  Gerbin 

yuxarı  hissəsi  Gürcü-İmereti  quberniyasının  gerbinin  təsvirindən  götürülmüşdür. 

Gerbin aşağı hissəsinin fonu qırmızıdır. Onun üzərində xaçvari şəkildə, sındırılmış müsəlman qılıncı və xəncər, 

rusların qələbəsini simvolizə edən dəfnə çələngi təsvir edilmişdir. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

13 



 

Gümrü şəhəri 

 

Qərbi  Azərbaycanda  Şörəyel  sultanlığına  daxil  olan  Gümrü  şəhərinin  adı  kimmer  (kimmerlər)  türk 

tayfasının adından yaranmışdır. 1804-cü ildə rus qoşunları tərəfindən işğal olunmuşdur. 20 oktyabr 1805-ci ildə 

general  Sisianovla  Şörəyel  sultanı  Budaq  sultan  arasında  imzalanan  müqaviləyə  əsasən  çar  Rusiyasına  ilhaq 

olunmuşdur  və  Pəmbək-Şörəyel  distansiyası  yaradılmışdır.  Gülüstan  (1813)  müqaviləsi  ilə  həmişəlik  olaraq 

Rusiyanın tabeçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin (1828) imzalanmasından sonra Türkiyədən kütləvi 

surətdə  ermənilər  köçürülüb  gətirilmiş,  yerli  azərbaycanlılar  deportasiya  edilmiş  və  demoqrafik  vəziyyət 

ermənilərin  xeyrinə  dəyişmişdir.  1837-ci  ildə  rus  çarı  I  Nikolayın  xanımı  Aleksandra  Feodorovnanın  şərəfinə 

Gümrü  şəhəri  Aleksandropol  adlandırılmışdır.  1840-cı  ildə  Aleksandropol  qəzası  yaradılmışdır  və 

Aleksandropol (Gümrü) şəhəri qəza mərkəzi statusunu almışdır.  

Ermənistan  Sovet  Sosialist  Respublikasının  tərkibində  qalan  Aleksandropol  şəhəri  1924-cü  ildə 

V.İ. Leninin vəfatından sonra Leninakan adlandırıldı. 1990-cı ildə şəhərin tarixi Gümrü adı erməni tələffüzünə 

uyğunlaşdırılaraq təhrif olunmuş Kumayri (ermənicə “Sənin anan” deməkdir) şəklində bərpa edilsə də, 1992-ci 

ildə isə yenidən Gümrü adlandırılmışdır. 

Gümrü şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: 

Qalxanvari  gerbin  ikiyə  bölünmüş  yuxarıdan  1-ci  qızılı  sahəsində 

zirvəsində  Nuhun  gəmisini  simvolizə  edən  Ağrı  (Ararat)  dağı  təsvir 

olunmuşdur. Gerbin yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara 

dənizi  simvolizə  edir.  Bu  sahələrin  üstündə  gümüş  fonda  əlində  nizə  süvari 

təsvir olunmuşdur. Gerbin yuxarı hissəsi Gürcü-İmereti quberniyasının gerbinin 

təsvirindən  götürülmüşdür.  Gerbin  aşağı  yaşıl  sahəsində  gümüşü  rəngli 

xristianlığın rəmzi hesab olunan xaç və pilləkən təsvir edilmişdir ki, bu, şəhərin 

Türkiyədən gələn erməni əhalisinin rifah halının yüksəlməsinə işarədir. Gerbin 

aşağı  küncündə  müsəlmanlığın  rəmzi  sayılan  ayparanın  insan  təsvirində 

üzüaşağı  vəziyyətdə  təsvir  edilməsi  qəzanın  müsəlman  əhalisinin  tədricən 

tənəzzülə uğramasını ifadə edir.  




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə