Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
51
Fövqəladə Hallar Nazirliyinin emblemi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 21 iyun tarixli
591 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi ümid və xilasetmənin
simvolu, eyni zamanda Nazirliyin rəmzidir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin hər bir işçisinə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini
vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi Nazirliyin sərəncamında
olan hərbi texnikanın, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinə mənsubiyyətini bildirən nişandır. Emblem hərbi texnikanın, nəqliyyat vasitələrinin
və digər əmlakın üzərində tanınma nişanı kimi dövlət mənsubiyyətini də özündə əks etdirir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi Nazirliyin blanklarında,
künc ştamplarında, inzibati binalarının girəcəklərində, fərqləndirmə nişanlarında, hərbi qulluqçuların
və xüsusi xidmət keçən əməkdaşların geyim formasının predmetlərində qanunvericiliklə müəyyən
edilmiş tələblərə uyğun olaraq yerləşdirilir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi Azərbaycan Respublikası
fövqəladə hallar nazirinin iş otağında və Nazirliyin kollegiya zalında, Nazirliyin bayrağında, Mülki
Müdafiə qoşunlarının döyüş bayrağında, Aviasiya dəstəsinin bayrağında, Nazirliyin gəmilərinin
bayraqlarında yerləşdirilir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin təsvirinin istifadəsinə
aşağıdakı hallarda yol verilir:
5.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin çap məhsullarında, kino, video və
foto materiallarında;
5.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə hazırlanan təmsiletmə,
reklam-informasiya və suvenir məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər,
kiçik bayraqlar, saatlar, qablar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).
***
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin
təsviri
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 21 iyun tarixli
591 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi 4 uzun və 4 qısa bucaqlı
səkkizguşəli, qeyri-bərabər ulduzdan ibarətdir. Ulduzun 4 uzun bucağı dəfnə yarpaqlarının çələngi ilə
haşiyələnmiş dairənin xarici qabaritinə birləşir.
Çələng sağ və sol tərəfdən dairə üzrə simmetrik yerləşən 24 ədəd dəfnə yarpağından ibarətdir.
Yarpaqların sayı sutkanın 24 saatını təcəssüm etdirməklə, Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin xilasetmə işlərinə daim hazır olduğunu əks etdirir. Yarpaqlar sarı rəngdə olmaqla,
onun elementləri emblemin bütün perimetri boyunca qabartma üsulu ilə həkk olunmuşdur.
Ulduzun 4 uzun küncü dairənin 4 bərabər seqmenti üzərində yerləşir və dünyanın 4 əsas
istiqamətini (qütbünü):
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
52
ulduzun yuxarı küncü - şimal, aşağı küncü - cənub, sol küncü - qərb, sağ küncü isə - şərq
istiqamətini göstərir.
Səkkizguşəli ulduz bir tərəfdən sarı, əks tərəfdən narıncı rənglə işıqlandırılmışdır.
Səkkizguşəli ulduzun üzərində fövqəladə hallar üzrə beynəlxalq
təşkilatların emblemini əks etdirən narıncı fonda mavi üçbucağın küncləri
ilə narıncı dairənin daxili tərəflərinə birləşir. Narıncı dairənin,
səkkizguşəli ulduzun daxili künclərinə birləşən sarı rəngdə nazik
çərçivəsi vardır.
Səkkizguşəli qeyri-bərabər ulduz dəfnə yarpaqları ilə haşiyələnmiş
dairənin daxilində günəşin 50 sarı rəngli şəfəqi fonunda yerləşir və bu
şəfəqlər ulduzun mərkəzindən simmetrik olaraq dəfnə yarpaqlarının
daxili sərhədlərinə qədər yayılır.
Emblemin uzunluğu eninə bərabərdir. Böyük ulduzun kiçik
uclarının ölçüsü böyük uclara 3/5-ə nisbətindədir. Kiçik ulduzun ölçüsü
böyük ulduza 1/4-ə nisbətindədir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi həmçinin ağ-qara təsvirdə
hazırlana bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
53
Ədliyyə Nazirliyinin emblemi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında Əsasnamə" və "Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin rəsmi embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2008-ci il
№ 22
***
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 21 noyabr tarixli
22 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanlarının rəmzidir. O, ədliyyə
orqanlarının hər bir işçisinə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini
vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanları işçilərinin, həmçinin
silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mənsubiyyətini
bildirən nişandır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi nazirliyin blanklarında, ədliyyə
orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, fərqlənmə və əməkdaşların fərqləndirmə
nişanlarında, xüsusi geyim formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemlərindən istifadəyə aşağıdakı hallarda yol
verilir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin çap məhsullarında, kino, video, foto materiallarında;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında
(prospektlər, buketlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər
məhsullar).
***
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi embleminin
təsviri
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 21 noyabr tarixli
22 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi qızılı çalarlı olmaqla, dairəvi şərq
qalxanının təsvirindən ibarətdir. Qalxan aşağı hissəsindən hər iki kənarı boyunca mərkəzədək mətinlik və
dözümlülük rəmzi olan çarpazlaşdırılmış palıd budaqları ilə haşiyələnmişdir. Qalxanın yuxarı hissəsində iti
ucları yuxarı yönəldənmiş aypara və daxilində səkkizguşəli ulduz yerləşdirilmişdir.
Qalxanın üzərində, mərkəzdə qanunları təcəssüm etdirən kitab açıq şəkildə təsvir edilmişdir. Kitabın
üzərində, vərəqlərinin birləşdiyi hissədən keçən, düz xətt boyunca şaquli yerləşdirilmiş tiyəsi aşağı baxan
qılıncın dəstəyinə ədalət və tarazlıq rəmzi olan tərəzi bərkidilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
54
Qılıncın uzunluq və kitabın en ölçüləri qalxanın diametrinin 3/5 hissəsini, tərəzinin eni üzrə ən uzaq
nöqtələr arasında məsafə isə qalxanın diametrinin 3/4 hissəsini təşkil edir.
Qalxanın dövrəsinin palıd budaqları ilə örtülməyən, qabartma üsulu ilə
haşiyələnmiş yuxarı, görünən ətrafı üzərinə altı düymə bərkidilmişdir.
Emblemin palıd budaqlarının çarpazlandığı aşağı hissəsində qabartma üsulu
ilə təsvir olunmuş dalğavari lentin üzərində “ƏDLİYYƏ” sözü həkk edilmişdir.
Palıd budaqlarının qalxanın arxasına keçən uc hissəsi isə budaqların
uzunluğunun 1/3 hissəsini təşkil edir.
Emblemin bütün elementləri qabartma üsulu ilə həkk edilmişdir (şəkil əlavə
olunur).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
55
Dövlət Miqrasiya Xidmətinin emblemi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(29 dekabr 2010)
«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə» və
«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri» təsdiq edilsin
(əlavə olunur).
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2010-cu il.
***
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 29 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının
rəmzidir. Rəsmi emblem Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hər bir işçisinə
miqrasiya orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və
layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanları
işçilərinin, habelə xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə mənsubiyyətini bildirən nişandır.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi Xidmətin
blanklarında, miqrasiya orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, xüsusi geyim
formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemindən istifadəyə
aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çap məhsullarında, kino, video, foto
materiallarında;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sifarişi ilə hazırlanan reklam-
informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar,
dəftərxana ləvazimatları və digər məhsullar).
***
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 29 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
56
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi dairə formasındadır.
Dairənin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri, aşağı hissəsində
“STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF
AZERBAIJAN” sözləri qara rəngli fonda həkk edilmişdir.
Dairənin daxilində yuxarıdan aşağıya doğru genişlənən tünd
qızılı və açıq boz rəngli qövs formasında iki zolaq vardır. Həmin
zolaqların daxilində qızılı rəngli səkkizguşəli ulduz, onun ətrafı
boyunca göy, qırmızı və yaşıl rəngli çevrə formasında zolaqlar təsvir
olunmuşdur. Çevrə formasında olan qırmızı rəngli zolağın üzərində
səkkiz düymə bərkidilmişdir.
Səkkizguşəli ulduzun daxilində qabarıq şəkildə mavi rəngli kürə
təsvir olunmuşdur. Kürənin mərkəzində paralel və meridianların
kəsişməsi fonunda yaşıl rəngli Azərbaycan Respublikasının xəritəsi həkk edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
57
İstifadə olunmuş ədəbiyyat
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi. Bakı, 2007.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I-II cildlər. Bakı, 2005.
Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978-ci il.
Azərbaycan Respublikasının Konstitusiyası. (1995-ci il).
Azərbaycan Respublikasının qanunvericilik topluları. (1997-2010).
Azərbaycan SSR qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları məcmuəsi.
1938-1963-cü illər. Bakı, 1963.
Azərbaycan SSR qanunları məcmuəsi. 1938-1966. Bakı, 1966.
Azərbaycan SSR qanunlar toplusu. I cild , Bakı, 1984.
Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник
документов). Бaкy, 1998.
Резолюции и постановления съездов Советов Азербайджанской ССР. (1921-1937). Баку, 1961.
Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, “Çaşıoğlu”, 2001.
Əliyev İqrar, Məhərrəmov Elmar. Azərbaycan Respublikasının dövlət rəmzləri. Yenidən işlənilmiş
nəşri. Bakı, “Nurlan”, 2008.
О.Рево. Гербы Грузинско-Имеретинской губернии Российской империи. Наука и жизнь, N8, 2000
г.
İnternet resursları
www.president.az
www.preslib.az
www.e-qanun.az
www.azertag.com
www.vesconsultancy.com
http://geraldika.ru/region/138
Dostları ilə paylaş: |