Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
47
təsdiq edilmişdir
Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi mətinlik və dözümlük rəmzi olan palıd budaqları
ilə haşiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan
ayparadan ibarətdir.
Palıd budaqlarının saplaqları qılıncın tiyəsinin aşağı hissəsində çarpazlaşır, ucları isə onun dəstəyinə
birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir.
Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
48
Daxili işlər orqanlarının emblemi
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə" və "Azərbaycan
Respublikası daxili işlər orqanlarının embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2004-cü il
№ 82
***
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 30 iyun tarixli
82 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
1.
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanlarının rəmzidir. O,
Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai qaydanın və ictimai təhlükəsizliyin
təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması üzrə öz xidməti vəzifələrini vicdanla, layiqincə
yerinə yetirmək borcunu xatırladır.
2.
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanları əməkdaşlarının,
həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
mənsubiyyətini bildirir.
3.
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinin müəyyən etdiyi qaydada daxili işlər orqanlarının blanklarında,
inzibati binalarının girəcəklərində, fərqlənmə və əməkdaşların fərqləndirmə
nişanlarında, geyim formasında yerləşdirilir.
4.
Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin
təsvirinin istifadəsinə aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çap məhsullarında,
kino, video və fotomateriallarında;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə
hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər,
təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları
və digər məhsullar).
***
Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin
təsviri
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 30 iyun tarixli
82 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı
tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı hissəsi iti bucaq olan
qızılı rəngli qalxandır. Qalxanın eni üzrə ən uzaq nöqtələr arasındakı məsafə hündürlüyün 3/4 hissəsini təşkil
edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
49
Qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə qızılı rəngli iki qılınc
bərkidilmişdir.
Qalxanın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
50
Vergilər Nazirliyinin tanınma nişanı
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 may tarixli,
761 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir.
Tanınma nişanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hər bir əməkdaşına Azərbaycan
Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə
yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı yarımkürə formasındadır. Sarı (qızılı)
xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
Tanınma nişanının yuxarı yarım hissəsində Azərbaycan Respublikasının
Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində «Azərbaycan» sözü
yazılmışdır.
Tanınma nişanının mərkəz hissəsində küp formasını təsvir edən çərçivə
içərisində yuxarıda Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara
təsvir olunmuş, aşağıda isə «Vergilər Nazirliyi» sözləri sarı (qızılı) rəngdə, tünd
göy rəngli fonda yazılmışdır.
Tanınma nişanının aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus
üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər
Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda sarı (qızılı) rəngdə
həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi sarı (qızılı) rəngdə sünbül
və dəfnə yarpaqları ilə haşiyələnmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim
formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər
sahələrində istifadə olunur.