Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

47 



təsdiq edilmişdir 

 

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi mətinlik və dözümlük rəmzi olan palıd budaqları 

ilə haşiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan 

ayparadan ibarətdir. 

Palıd  budaqlarının  saplaqları  qılıncın  tiyəsinin  aşağı  hissəsində  çarpazlaşır,  ucları  isə  onun  dəstəyinə 

birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir. 

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

48 



 

Daxili işlər orqanlarının emblemi 

 

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

"Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  emblemi  haqqında  Əsasnamə"  və  "Azərbaycan 

Respublikası daxili işlər orqanlarının embleminin təsviri" təsdiq edilsin (əlavə olunur). 

 

İlham ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 30 iyun 2004-cü il 

 № 82 

 

*** 



 

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında 

Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin 

2004-cü il 30 iyun tarixli  

82 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

1.



 

Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  emblemi  daxili  işlər  orqanlarının  rəmzidir.  O, 

Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai qaydanın və ictimai təhlükəsizliyin 

təmin  edilməsi,  cinayətlərin  qarşısının  alınması  və  açılması  üzrə  öz  xidməti  vəzifələrini  vicdanla,  layiqincə 

yerinə yetirmək borcunu xatırladır. 

2.

 



Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  emblemi  daxili  işlər  orqanları  əməkdaşlarının, 

həmçinin  silah,  xüsusi  vasitə,  texnika  və  digər  əmlakın  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyinə 

mənsubiyyətini bildirir. 

3.

 



Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  emblemi  Azərbaycan  Respublikasının  Daxili  İşlər 

Nazirliyinin  müəyyən  etdiyi  qaydada  daxili  işlər  orqanlarının  blanklarında, 

inzibati  binalarının  girəcəklərində,  fərqlənmə  və  əməkdaşların  fərqləndirmə 

nişanlarında, geyim formasında yerləşdirilir. 

4.

 

Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  embleminin 



təsvirinin istifadəsinə aşağıdakı hallarda yol verilir: 

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  çap  məhsullarında, 

kino, video və fotomateriallarında; 

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  sifarişi  ilə 

hazırlanan  reklam-informasiya  məhsullarında  (prospektlər,  bukletlər, 

təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları 

və digər məhsullar). 

 

*** 



 

Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin 

təsviri 

Azərbaycan Respublikası Prezidentinin 

2004-cü il 30 iyun tarixli  

82 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  embleminin  əsas  hissəsi  şaquli  yerləşmiş,  yuxarı 



tərəfinin  küncləri  çevrə  ilə  kəsilmiş,  üfüqi  vəziyyətdə  olan  qövslə  əhatə  olunmuş,  aşağı  hissəsi  iti  bucaq  olan 

qızılı rəngli qalxandır. Qalxanın eni üzrə ən uzaq nöqtələr arasındakı məsafə hündürlüyün 3/4 hissəsini təşkil 

edir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

49 



Qalxanın  arxasına  tiyələri  aşağı  baxan,  bir-birinə  çarpazlaşdırılmış  vəziyyətdə  qızılı  rəngli  iki  qılınc 

bərkidilmişdir. 

Qalxanın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

50 



 

Vergilər Nazirliyinin tanınma nişanı 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı 

 

Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 8 may tarixli,  

761 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir. 

Tanınma  nişanı  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  hər  bir  əməkdaşına  Azərbaycan 

Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə 

yetirmək borcunu xatırladır. 

Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  tanınma  nişanı  yarımkürə  formasındadır.  Sarı  (qızılı) 

xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur. 

Tanınma  nişanının  yuxarı  yarım  hissəsində  Azərbaycan  Respublikasının 

Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində «Azərbaycan» sözü 

yazılmışdır. 

Tanınma  nişanının  mərkəz  hissəsində  küp  formasını  təsvir  edən  çərçivə 

içərisində  yuxarıda  Azərbaycan  Respublikasının  səkkizguşəli  ulduzu  və  aypara 

təsvir  olunmuş,  aşağıda  isə  «Vergilər  Nazirliyi»  sözləri  sarı  (qızılı)  rəngdə,  tünd 

göy rəngli fonda yazılmışdır. 

Tanınma  nişanının  aşağı  yarımkürəsinin  aşağı  hissəsində  özünəməxsus 

üçbucaq  şəklində  sarı  (qızılı)  xətlərlə  haşiyələnmiş  formanın  içərisində  Vergilər 

Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda sarı (qızılı) rəngdə 

həkk  olunmuşdur.  Üçbucaq  formanın  hər  iki  yan  tərəfi  sarı  (qızılı)  rəngdə  sünbül 

və dəfnə yarpaqları ilə haşiyələnmişdir. 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim 

formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər 

sahələrində istifadə olunur. 

 

 



Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə