Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

44 



açar şəkli əks etdirilmişdir. 

Gömrük orqanlarının inzibati binalarının girəcəyində və eləcə də xüsusi geyim formasında istifadə olunan 

tanınma nişanının üstündə olan təsvir və yazılar qabarıqdır.

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

45 



 

Prokurorluğun rəsmi emblemi 

 

Prokurorluğun rəsmi emblemi haqqında  

Azərbaycan Respublikasının Qanunu 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1. Prokurorluğun rəsmi embleminin təsviri təsdiq edilsin (əlavə olunur). 

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 29 iyun 2001-ci il. 

№ 164-IIQ. 

 

*** 



 

Prokurorluğun rəsmi embleminin  

təsviri 

 Azərbaycan Respublikasının 

29 iyun 2001-ci il tarixli 

164-IIQ saylı Qanunu ilə 

təsdiq edilmişdir 

 

Prokurorluğun rəsmi embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş



üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı hissəsi iti bucaq olan qızılı rəngli 

qalxandır.  

Qalxanın  eni  üzrə  ən  uzaq  nöqtələri  arasındakı  məsafə  hündürlüyün  3/4 

hissəsini təşkil edir. 

Qalxanın  arxasına  hər  iki  tərəfi  kəsici  olan  bir-birinə  çarpazlandırılmış 

vəziyyətdə iti ucları aşağı olan qızılı rəngli qılınclar bərkidilmişdir. Qalxanın yuxarı 

hissəsinə qızılı rəngdə səkkiz guşəli ulduz və ondan aşağıda isə iti ucları yuxarı olan 

aypara qabartma üsulu ilə həkk edilmişdir. 

Həmçinin qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə 

əhatə olunmuş və tentin üzərinə eyni üsulla səkkiz nöqtə bərkidilmişdir. Lentin eni 

qalxanın eni üzrə ən uzaq nöqtələrinin biri-birindən məsafəsinin 1/6 hissəsini təşkil 

edir. 


 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

46 



 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında 

Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 

embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  emblemi  haqqında  Əsasnamə  və 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsviri təsdiq edilsin (əlavə 

olunur). 

 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 11 mart 2002-ci il 

 № 676 

 

*** 



 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında 

Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin 

2002-ci il 11 mart tarixli,  

676 nömrəli Fərmanı ilə 

 təsdiq edilmişdir 

 

1. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi 

və digər texnikanın Daxili Qoşunlara mənsubiyyətini bildirən nişandır. 

2.  Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  emblemi  Daxili  Qoşunların  Komandanı  və  onun 

müavinlərinin  əmr  və  direktiv  blanklarında,  künc  ştamplarında,  Daxili  Qoşunların  Baş  İdarəsinin,  hərbi 

hissələrin, tədris mərkəzinin künc ştamplı blanklarında yerləşdirilir. 

3.  Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  emblemi  silahların  və  hərbi texnikanın  üzərində  dövlət 

mənsubiyyətinin tanınma nişanı kimi təsvir edilir. 

4.  Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  emblemi  hərbi  hissələrin  və  tədris  mərkəzinin  Döyüş 

Bayrağında  “Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  hərbi  hissəsinin  Döyüş 

Bayrağı  haqqında”  Əsasnaməsi  ilə  müəyyən  edilmiş  qaydada,  fərqlənmə  və  hərbi  qulluqçuların  fərqləndirmə 

nişanlarında,  hərbi  geyim  formasının  predmetlərində  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  hərbi 

qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq 

yerləşdirilir. 

5.  Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  embleminin  təsvirinin  verilməsinə  aşağıdakı  hallarda 

icazə verilir: 

Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  çap  məhsullarında,  həmçinin  qoşunların  buraxdığı  kino, 

video və fotomateriallarda; 

Azərbaycan  Respublikası  Daxili  Qoşunlarının  sifarişi  ilə  hazırlanan  reklam-informasiya  məhsullarında 

(prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, kiçik bayraqlar, medalyonlar, dəftərxana ləvazimatları və 

digər məhsullar). 

 

*** 



 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili 

Qoşunlarının embleminin 

təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin 

2002-ci il 11 mart tarixli,  

676 nömrəli Fərmanı ilə  


Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə