Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

41 



Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  tiyələri  yuxarı  baxan  çarpazlaşdırılmış 

qılıncların  iti  ucları  arasında  yerləşən  səkkizguşəli  ulduz  və  ayparadan  ibarətdir.  Qılıncların  aşağı 

əsaslarından tiyələr boyunca hər iki tərəfə, onların ucuna iki dəfnə budağı yönəlib. Səkkizguşəli ulduz, 

aypara, qılınclar və dəfnə budaqları qızılı (ağ) rəngdədir.

 

 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  həmçinin  ağ-qara  təsvirdə  hazırlana 



bilər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

42 



 

Ədalət mühakiməsinin rəsmi emblemi 

 

Ədalət mühakiməsinin rəsmi emblemi haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1. Ədalət mühakiməsinin rəsmi embleminin təsviri təsdiq edilsin (əlavə olunur). 

2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 



 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 22 iyun 1999-cu il 

689-IQ 

 

*** 



 

Ədalət mühakiməsinin rəsmi embleminin 

təsviri 

 Azərbaycan Respublikasının 

22 iyun 1999-cu il tarixli  

Qanunu ilə  

təsdiq edilmişdir  

 

Ədalət mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikası 

bayrağının üçrəngli rəmzi təsvir olunmuş Azərbaycan Respublikasının 

xəritəsinin  fonunda  ayaq  üstə  gözü  bağlı,  sağ  əlində  tərəzi,  sol  əlində 

isə üzü aşağı qılınc tutmuş qadın təsvirindən ibarətdir. 

Təsvir  çevrə  daxilində  yerləşdirilmiş  və  çevrə  aşağı  tərəflərdən 

postamentin  içərisindən  yuxarı  istiqamətə  doğru  möhkəmlik, 

sarsılmazlıq, dözümlülük: güc və şöhrət rəmzi olan palıd ağacının yaşıl 

rəngli budaqları ilə əhatə edilmişdir. 

Çevrənin  yuxarı  hissəsində  qızılı  fonda  “Azərbaycan 

Respublikası” sözləri yazılmışdır. 

Postament  üstündə  dayanmış  qadının  təsviri  monoxron  rənglə 

işlənmişdir.  Qızılı  rəngdə  olan  postamentin  üzərində  “ƏDALƏT 

MÜHAKİMƏSİ”  sözləri  yazılmışdır.  Qadının  başı  üzərində  günəş 

şüaları təsvir edilmişdir. 

Emblemin arxa tərəfində postamentin üzərində “1999-cu il” sözləri yazılmışdır. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

43 



 

Gömrük orqanlarının tanınma nişanı 

 

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 

I.  «Azərbaycan  Respublikası  gömrük  orqanlarının  tanınma  nişanı  haqqında»  Əsasnamə  təsdiq  edilsin 



(əlavə olunur). 

II. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının təsviri təsdiq edilsin (əlavə olunur). 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

Heydər ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 1 iyun 2001-ci il. 

№ 134-IIQ. 

 

*** 



 

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında 

Əsasnamə 

Azərbaycan Respublikasının 

1 iyun 2001-ci il tarixli  

Qanunu ilə 

təsdiq edilmişdir 

 

1. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı respublika gömrük orqanlarının şərəf və 



şöhrət  rəmzidir.  O,  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  hər  bir  əməkdaşına  Azərbaycan 

Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə 

yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırlatmaq üçündür. 

2. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanından gömrük orqanlarının sərəncamında 

olan  avtonəqliyyat  vasitələrində,  hava  gəmilərində,  gömrük  orqanları  əməkdaşlarının  xüsusi  geyim 

formalarında,  gömrük  orqanlarının  bütün  növ  blanklarında  və  inzibati  binalarının  girəcəyində,  eləcə  də  digər 

yerlərdə istifadə olunur. 

 

 



Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının 

təsviri 

Azərbaycan Respublikasının 

1 iyun 2001-ci il tarixli, 

134-II Q saylı Qanunu ilə 

təsdiq edilmişdir 

Azərbaycan  Respublikası  gömrük  orqanlarının  tanınma  nişanı 

kənarları  «Rənglərin  standart  nümunələri  atlasının»  9/4  saylı  rəng 

nümunəsinə uyğun tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi 

kompozisiya təsvir olunmuş səkkizguşəli 5 saylı rəng nümunəsinə uyğun 

qızılı rəngli ulduz şəklindədir. 

Nişanın ortasında elementləri 11/8 və 0/12 saylı rəng nümunəsinə 

uyğun mavi və boz rəngli olan qalxan, onun arasında elementləri qara və 

bürünc rəngli olan qılınc təsvir edilmişdir. 

Qalxanı  əhatə  edən  ağ  rəngli  lentdə  9/4  saylı  rəng  nümunəsinə 

uyğun  tünd  yaşıl  rəngdə  «Azərbaycan  Respublikası  gömrük  xidməti» 

sözləri  əks  etdirilmişdir.  Ulduzun  aşağı  hissəsində,  sağ  və  sol 

istiqamətlərinə yönəldilmiş 9/4 saylı rəng nümunəsinə uyğun yaşıl rəngli 

dəfnə çələngləri təsvir edilmişdir. Dəfnə çələnglərinin üstündə ağ rəngli 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə