Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

30 



Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi haqqında  

Əsasnamənin təsdiq edilməsi barəsində* 

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı

 

 

(Azərbaycan SSR Ali Sovstinin məlumati, 1981-ci il № 5-6, maddə 70) 

 

Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu ilə təsdiq edilmişdir 



 

(Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 12, maddə 161) 

 

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qərara alır:  



 

1.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamə  (əlavə  olunur)  təsdiq 

edilsin. 

3. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyətinə tövsiyə olunsun ki, Naxçıvan MSSR-in Dövlət gerbi 

haqqında Əsasnaməni təsdiq etsin. 

 

* Fərmanın 2-ci maddəsi tərkibində Azərbaycan SSR Qanunlar Toplusuna daxil edilməli normalar 

olmadığına görə verilmir. 

 

Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi haqqında 

Əsasnamə 

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli 

Fərmanı ilə təsdiq edilmişdir 

 

1. Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi Azərbaycan SSR-in dövlət suverenliyinin, 

fəhlə, kəndli və ziyalıların sarsılmaz ittifaqının, respublikanın bütün millətlərinin kommunizm cəmiyyəti quran 

zəhmətkeşlərinin dostluğunun və qardaşlığının rəmzidir. 

2.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət 

gerbi  doğan  günəş  fonunda  pambıq  və  sünbül  çələngi  ilə 

haşiyələnmiş oraq və çəkic, neft buruğu təsvirindən ibarətdir və 

üzərində  Azərbaycan  dilində:  “Азəрбајҹан  Совет  Сосиалист 

Республикасы”, 

“Бүтүн 


өлкəлəрин 

пролетарлары, 

бирлəшин!”    və  rus  dilində  “Азербайджанская  Советекая 

Соииалистическая  Республика”,  “Пролетарии  всех  стран, 

соединяйтесь!” sözləri yazılmışdır. gerbin yuxarısında beşguşəli 

ulduz vardır. 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  Dövlət 

gerbinin rəngli təsvirində oraq və çəkic, günəş və sünbül çələngi 

çəhrayı  fondadır,  neft  buruğu  qara  rəngdədir;  pambıq  ağdır, 

yarpaqları  yaşıldır;  lent  qırmızıdır;  qızılı  zolaqla  haşiyələnmiş 

ulduz qırmızıdır. 

3.  Azərbaycan  Sovet  Sosialist  Respublikası  Dövlət 

gerbinin təsviri vurulur: 

1) Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Ali 

Soveti  Rəyasət  heyətinin,  Azərbaycan  SSR  Nazirlər  Sovetinin, 

Azərbaycan  SSR  yerli  xalq  deputatları  Sovetləri  icraiyyə 

komitələrinin,  Azərbaycan  SSR  nazirliklərinin  və  dövlət 

komitələrinin,  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  tabeliyində 

olan başqa orqanların binalarına, Azərbaycan SSR Xalq Nəzarəti 

Komitəsinin, 

Azərbaycan 

SSR 


Ali 

Məhkəməsinin 

və 

Azərbaycan  SSR-in  digər  məhkəmələrinin  binalarına,  xalq 



nəzarəti 

komitələrinin 

binalarına 

(lövhələrinə), 

habelə 

Azərbaycan SSR diplomatik nümayəndəliklərinin binalarına: 



2) Azərbaycan SSR Ali Soveti sessiyalarının, Azərbaycai SSR Ali Soveti Rəyasət heyəti, Azərbaycan 

SSR  Nazirlər  Soveti  iclaslarının,  Azərbaycan  SSR  yerli  xalq  deputatları  Sovetləri  sessiyalarının  keçirildiyi 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

31 



salonlara,  Azərbaycan  SSR  Ali  Məhkəməsi  və  Azərbaycan  SSR-in  digər  məhkəmələri  məhkəmə  iclaslarının 

salonlarına, habelə uşaqların anadan olmasının və nikahların təntənə ilə qeyd olunduğu binalara

3)  Azərbaycan  SSR  Ali  Sovetinin,  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  heyətinin,  Azərbaycan  SSR 

Nazirlər  Sovetinin,  Azərbaycan  SSR  yerli  xalq  deputatları  Sovetləri  icraiyyə  komitələrinin,  Azərbaycan  SSR 

nazirliklərinin  və  dövlət  komitələrinin,  Azərbaycan SSR  Nazirlər  Sovetinin tabeliyində  olan  başqa  orqanların, 

Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin, Azərbaycan SSR Ali Məhkəməsinii və Azərbaycan SSR-in digər 

məhkəmələrinin, xalq nəzarəti komitələrinin, dövlət notariat kontorlarının, habelə respublika tabeliyində və yerli 

tabelikdə olan, möhürlərinə və sənədlərinin blanklarına gerb təsvirinin vurulmasına SSR İttifaqı və Azərbaycan 

SSR  qanunvericiliyi  ilə  ixtiyar  verilmiş  müəssisələrin,  idarələrin  və  təşkilatların  möhürlərinə  və  sənədlərinin 

blanklarına; 

4) Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin və Azərbaycan SSR 

Nazirlər Sovetinin rəsmi nəşrlərinə; 

5) Azərbaycai SSR pul-şey lotereyalarının biletlərinə.  

Azərbaycan  SSR-in  qanunvericiliyində  Azərbaycan  Sovet  Sosialist  Respublikası  Dövlət  gerbinin 

təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər. 

4. Azərbaycan Sovet Sosialist Respublikası Dövlət gerbinin verilən təsviri, bu Əsasnaməyə əlavə edilən 

rəngli və ya qara-ağ təsvirə ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə uyqun gəlməlidir. 

5. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbayçan SSR Nazirlər Soveti müəyyən edir. 



 

Mənbə: Azərbaycan  SSR qanunlar toplusu, I cild , Bakı, 1984, səh.329-331. 

 

 


Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə