Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

32 



Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi haqqında Əsasnamənin tətbiqi  

qaydalarının təsdiq edilməsi barəsində 

Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 12 fevral tarixli qərarı 

 

(Azərbayçan SSR QK, 1982-ci il, № 3, maddə 31) 

 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  heyətinin  1981-ci  il  16  mart  tarixli  Fərmanı  ilə  təsdiq  oluimuş 



Azərbaycan  Sovet  Sosialist  Respublikasıiın  Dövlət  gerbi  haqqında  Əsasnamənin  5-ci  maddəsinə  əsasən 

Azərbaycan SSR Nazirlər Soveti qərara alır: 

Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin  tətbiqi  üzrə  əlavə 

olunan qaydalar təsdiq edilsin. 



 

 

Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi haqqında Əsasnamənin tətbiqi 



qaydaları 

 

Azərbayçan SSR Nazirlər Sovetinin  

1982-ci il 12 fevral tarixli  

73 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

1. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı ilə təsdiq edilmiş 



Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin  3-cü  mad-dəsinə  müvafiq 

olaraq  möhürlərdə,  hər hansı adda  olan lövhələrdə, mətbəə  üsulu ilə  hazırlanmış  blanklarda  Azərbaycan SSR 

Dövlət gerbinin təsvirindən aşağıdakılar istifadə edə bilərlər: 

a) Azərbaycan SSR Ali Soveti, onun Rəyasət heyəti və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 

İşlər İdarəsi; 

b) Azərbaycan SSR Nazirlər Soveti, onun İşlər İdarəsi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR 

Nazirlər Sovetinin Daimi nümayəndəliyi

v) Azərbaycan SSR xalq deputatları Sovetləri, xalq deputatları Sovetlərinin icraiyyə komitələri, onların 

şöbə və idarələri; 

q) nazirliklər, Azərbaycan SSR dövlət komitələri və baş idarələri; 

ğ) Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi və onun yerli orqanları; 

d) Azərbaycan SSR Nazirlər Sovetinin komitələri, baş idarələri, təsərrüfat quruculuğu və sosial-mədəni 

quruculuq işləri üzrə onun tabeliyindəki dikər dövlət idarə orqanları; 

e)  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Dövlət  İnformasiya  Agentliyi  (Azərinform),  Azərbaycn 

SSR Nazirlər Soveti yanında Devlət arbitrajı; 

ə) Azərbaycan SSR Ali Məhkəməsi və Azərbaycan SSR-in digər məhkəmələri

j) Dövlət notariat kontorları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları. 

Yuxarıda  göstərilən  dövlət  orqanlarından  başqa,  möhürlərdə  və  sənəd  blanklarında  Azərbaycan  SSR 

Dövlət  gerbinin  təsvirindən  SSR  İttifaqı  və  Azərbaycan  SSR  qanunvericiliyi  ilə  hüquq  verilən  respublika  və 

yerli tabelikdə olan müəssisə, idarə və təşkilatlar istifadə edə bilərlər. 

2.  Azərbaycan  SSR  Dövlət  gerbinin  qabarıq  təsvirindən  Azərbaycan  SSR  dövlət  hakimiyyəti  və  idarə 

orqanlarının  iclas  salonlarında,  məhkəmə  orqanlarının  məhkəmə  iclası  salonlarında,  vətəndaşlıq  vəziyyəti 

aktlarının qeydiyyatı orqanlarının doğum və kəbinləri təntənəli qeyd olunan binalarında istifadə edilə bilər. 

3.  Həmin  qaydaların  1-ci  bəndində  köstərilməyən  müəssisə,  idarə  və  təşkilatlar  Azərbaycan  SSR 

Nazirlər Sovetinin icazəsi ilə Azərbaycan SSR Dövlət gerbinin təsvirindən istifadə edə bilərlər. 

Azərbaycan SSR Dövlət gerbindən istifadə etmək hüququ haqqında həmin təşkilatların müvafiq yuxarı 

orqanları Azərbaycan SSR Nazirlər Soveti qarşısında məsələ qaldırırlar. 

4. Azərbaycan SSR Dövlət gerbinin təsviri olan möhürlər təsdiq olunmuş eyni tipli nümunələr əsasında 

Azərbaycan  SSR  Daxili  İşlər  Nazirliyi  orqanlarının icazəsi  ilə  müəssisə, idarə  və  təşkilat  rəhbərlərinin sifarişi 

üzrə  Azərbaycan  SSR  Dövlət  Nəşriyyat,  Poliqrafiya  və  Kitab  Ticarəti  İşləri  Komitəsinin  möhüroyma 

müəssisələrində hazırlanır. 

5.  Azərbaycan  SSR  Dövlət  gerbinin  təsviri  olan  möhürləri  saxlamaq  və  istifadə  etmək  üçün  həmin 

möhürlərdən istifadə etməyə hüququ olan müəssisə, idarə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar. 

6.  Ölçüsündən  asılı  olmayaraq  Azərbaycan  SSR  Dövlət  gerbi  təsvirinin  surəti  Azərbaycan  Sovet 

Sosialist  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin  2-ci  maddəsində  verilən  təsvirə,  həmçinin, 

Azərbaycan SSR Dövlət gerbinin rəngli və ağ-qara təsvirinə həmişə tamamilə uyğun olmalıdır. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

33 



7.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin  və  həmin 

Qaydaların  dəqiq  yerinə  yetirilməsinə  nəzarət  etmək,  dövlət  hakimiyyəti  və  idarə  orqanlarına,  həmçinin, 

Azərbaycan SSR Dövlət gerbindən istifadə etməyə hüququ olan müəssisə, idarə və təşkilat rəhbərlərinə həvalə 

olunur. 


 

Mənbə: Azərbaycan SSR qanunlar toplusu, I cild , Bakı, 1984, səh.331-332. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

34 



Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında 

Azərbaycan Respublikası Ali Sovetinin Qərarı 

(5 fevral 1991) 

 

 Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 



 

1.  Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan edilsin. 

2.  Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Sovetinə tapşırılsın ki, göstərilən mükafatın verilməsi üçün lazımi 

vəsait ayırsın. 



4. Müsabiqəyə yekun vurulması Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın. 

  

Azərbaycan Respublikası Ali Sovetinin sədri 



Bakı şəhəri, 5 fevral 1991-ci il,  

№ 20-XII. 

 

 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə