Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

38 



•  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə müvəkkilinin (Ombudsmanın) aparatının  möhür  və 

blanklarında. 

5.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsvirinin 

mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər. 

6.  Bu  Əsasnamədə  göstərilən  hallardan  başqa  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsvirindən 

istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər. 

7.  Azərbaycan  Respublikası  Dövlət  gerbinin təsviri  olan  möhürlərin  və  sənəd  blanklarının  hazırlanması, 

istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 

müəyyən edilir. 

8.  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  verilən  təsviri  ölçüsündən  asılı  olmayaraq  həmişə  dəqiq 

surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir. 

 

(2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli; 24 dekabr 2004-cü il tarixli, 815-IIQD 

nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD- nömrəli qanunlarla edilmiş əlavələr və 

dəyişikliklərlə) 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

39 



Emblemlər 

 

Konstitusiya Məhkəməsinin emblemi 



 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi emblemi haqqında Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin qərarı 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmi embleminin 

təsviri 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  

22 sentyabr 1998-ci il tarixli  

4-HM saylı qərarı ilə 

 təsdiq edilmişdir. 

 

1.  Konstitusiya  Məhkəməsinin  rəsmi  emblemi  dəyirmi  formada  olmaqla  onun  yuxan  tərəfində  ədalət 



mühakiməsi ilahəsinin təxminən yarımfiqur təsviri ucaldılmışdır. 

2. Xarici tərəfindən emblemin ətrafı buğdanın qızılı sünbülləri ilə haşiyələnmişdir. 

3. Emblemin aşağı dairəsində, Yer kürəsinin mavi fonunda coğrafi meridian və paralellər, mərkəzində isə 

Azərbaycan  Respublikası  dövlət  bayrağının  rənglərini  əks  etdirən,  onun 

ərazisinin bədii surətdə kontur təsviri verilmişdir. Həmin təsvir üzərində qızılı 

rəngdə  məhkəmə  iclaslarının  dəyirmi  stolu  və  doqquz  hakim  kresloları 

yerləşdirilmişdir.  İçəridə  məhkəmə  iclaslarının  stolu  ilə  üfüqi  istiqamətdə 

qırmızı rəngdə «Konstitusiya Məhkəməsi» sözləri yazılmışdır.

 

 

4.  Emblemin  yuxarı  dairəsində  ayparanın  ağ  fonunda  Yer  kürəsinin 



üstündə  mərkəzdə  postament  üzərində  ədalət  mühakiməsi  ilahəsinin  oturmuş 

vəziyyətdə təsviri ucaldılmışdır. 

Qarşısında azca qaldırılmış və dirsəkdən bükülmüş vəziyyətdə sağ əlində 

ədalət  mühakiməsinin  tərəzisini,  azca  aşağı  əyilmiş  sol  əlində  Konstitusiyanı 

tutmuşdur.  Ədalət  mühakiməsi  ilahəsinin  azca  dönmüş  vəziyyətdə  olan  başı 

Konstitusiyaya baxır. 

İlahənin başında səkkizguşəli ulduzlardan ibarət əklil vardır. 

5. Yer kürəsinin yuxarı konturu üzrə ağ fonda mavi hərflərlə ədalət mühakiməsi ilahəsinin postamentində 

solda «Azərbaycan», ədalət mühakiməsi ilahəsinin postamentində sağda «Respublikası» sözləri yazılmışdır. 

6. Konstitusiya Məhkəməsinin rəsmi embleminin təsviri hazırkı mətnə əlavə edilir. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

40 



 

Silahlı Qüvvələrin emblemi 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi haqqında Əsasnamənin təsdiq edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi haqqında Əsasnamə və Azərbaycan 

Respublikası Silahlı Qüvvələrinin embleminin təsviri təsdiq edilsin (əlavə olunur). 

 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikası Prezidenti 

Bakı şəhəri, 14 may 1999-cu il 

№ 131 

 

*** 



 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi haqqında 

Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin 

1999-cu il 14 may tarixli  

Fərmanı ilə  

təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  hərbi  qulluqçuların,  həmçinin 

silahların, hərbi texnikanın və digər texnikanın Silahlı Qüvvələrə mənsubiyyətini bildirən nişandır. 

2.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  Azərbaycan  Respublikası  müdafiə 

naziri  və  onun  müavinlərinin  əmr  və  direktiv  blanklarında,  künc  ştamplarında  və  ya  hərbi  idarə 

orqanlarının,  birləşmələrin,  birliklərin,  hərbi  hissələrin,  müəssisələrin,  idarələrin,  təşkilatların, 

Azərbaycan Respublikası  Müdafiə  Nazirliyinin  hərbi-tədris  müəssisələrinin  künc ştampı blanklarında 

yerləşdirilir. 

3.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  emblemi  silahların  və  hərbi  texnikanın 

üzərində dövlət mənsubiyyətinin tanınma nişanı kimi təsvir edilir. 

4.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  Azərbaycan  Respublikası  müdafiə 

nazirinin kabinetində və Müdafiə Nazirliyinin kollegiya zalında yerləşdirilir. 

5.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  emblemi  hərbi  hissələrin  Döyüş  Bayrağında 

"Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  hərbi  hissəsinin  Döyüş  Bayrağı  haqqında"  Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş qayda ilə fərqlənmə və hərbi qulluqçuların fərqləndirmə 

nişanlarında,  hərbi  geyim  formasının  predmetlərində  qulluqçularının  hərbi 

geyim formasını daşıma Qaydalarında müəyyən olunan qayda ilə yerləşdirilir. 

6.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  embleminin  təsvirinin 

verilməsinə aşağıdakı hallarda icazə verilir: 

Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  çap  məhsullarında, 

həmçinin Müdafiə Nazirliyinin buraxdığı kino, video və fotomateriallarında; 

Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  sifarişi  ilə  hazırlanan 

reklam-informasiya  və  suvenir  məhsullarında  (prospektlər,  bukletlər, 

təqvimlər,  nişanlar,  vımpellər,  kiçik  bayraqlar,  saatlar,  applikasiyalar,  qablar, 

medalyonlar, dəftərxana ləvazimatı və digər məhsullar). 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin embleminin 

təsviri 

 



Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə