KAMRAN MƏMMƏDOV, ZAKİR MUSAYEV AQİL MÜRSƏLOV, VÜSALƏ MƏMMƏDOVA
NEFTYIĞILAN, NƏQL EDƏN MÜHƏNDİS QURĞULARI VƏ AVADANLIQLARI
Azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu il tarixli əmri ilə dərslik kimi təsdiq edilmişdir.
BAKI -2009
UOT 621.65. 621.071.1.
Məmmədov K.M., Musayev Z.S., Mürsəlov A.Ə., Məmmədova V.V.
NEFTYIĞILAN, NƏQL EDƏN MÜHƏNDIS QURĞULARI
VƏ AVADANLIQLARI
Dərslikdə neftyığılan və neftsaxlayan terminalların növləri, onların hidravliki və statiki hesablanması, neft boru kəmərlərinin layihələndirilməsi verilmişdir. Relyefdən asılı olmayaraq rast gəlinən ərazilərdən boru kəmərləri trassasının keçirilməsi şərtləri inşaat normaları və qaydaları əsasında müəyyən edilmiş, yerüstü və yeraltı, fəza boru kəmərlərinin möhkəmliyə və dayanıqlığa hesablanması geniş şərh edilmişdir. Neft sənayesində tətbiq olunan hidravliki maşınların tipləri, tətbiq sahələri, nasosun işçi çarxının yonulma dərəcəsinin müəyyən edilməsi öz həllini tapmışdır. Qazın sıxılma və nəqlolunma prosesləri üçün kompressorların hesabi göstəricilərinin təyin olunma metodikaları izahlı olaraq verilmişdir.
Dostları ilə paylaş: |