Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

Müəllimin nəzərinə! “Burun”, “boğaz” kimi sözlərin omonim, yoxsa çox -
mə   nalı söz olması dilçilikdə mübahisəli məsələdir. Məlumdur ki, bir
çox bədən üzvü bildirən sözlər çoxmənalı sözlərdir. Lakin bəzi alim -
lərin fikrincə, ümumişlək sözün termin kimi işlənməsi onun omo nimlik
xüsusiyyətidir. Bütün bunları şagirdlərin nəzərinə çatdır maq lazımdır.
Danışma
(St. 1.2.3) 
Debat şəklində qoyulmuş 2-ci tapşırığa keçməzdən əvvəl müəl -
lim bildirir ki, orta əsrlərdə yeni torpaqları kəşf etməkdə məqsəd heç də coğ -
rafiya el mində yenilik etmək olmayıb. Böyük dövlətlər indiyə kimi xəritədə
qeyd olun mayan torpaqları kəşf etməklə onu öz ərazilərinə qatır, müs təm lə -
kə çilik si ya sə ti yürüdürdülər. Bundan sonra şagirdlər coğrafi kəşflərin bəşəriy -
yət ta     rixin  dəki rolu ilə bağlı debat keçirirlər. 
I qrupun arqumenti: Coğrafi kəşflər dünyanın müxtəlif bölgələrində olan
xalqların və mədəniyyətlərin yaxınlaşmasına, inteqrasiyaya gətirib çıxar dı.
Geridə qalmış bir çox xalqların inkişafını sürətləndirdi.
II qrupun arqumenti: Coğrafi kəşflər müharibələrə, qan tökülməsinə səbəb
ol du. Bəzi kiçik qəbilələr və tayfalar, ümumiyyətlə, yer üzündən silindi.
Dil qaydaları
(St. 4.1.2)
3-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri da şı -
 yır. Nəzəri material mənimsədildikdən sonra 4-cü tapşırıq yerinə yetirilir. 
Әlavə tapşırıq:
(St. 4.1.4)
Səhv yazılmış sayları göstərin.
1. Sıfırtam onda-beş vahidin yarısı deməkdir.
2. Onbeş dəqiqə saatın dörddə biridir.
3. Olimpiadada onbirinci sinif şagirdləri uğur qazandılar.
4. Yüzlərnən insan bu hadisənin şahidi oldu.
5. Gələn kimi bildirdi ki, üç, dörd günə qalanları da gələcəkdir.
6. Bunu eşidən kimi Samirə evdən biraz pul götürüb ona verdi.
Fəndaxili inteqrasiya
(St. 4.1.2 və 3.1.3)
5-ci tapşırıq. Bu tapşırıq modeli
yeni  olduğu üçün onun məqsədini və mahiyyətini şagirdlərə izah etmək lazım -
dır. Tapşırıqda təqdim olunmuş sözlər verilmiş mövzu üzrə yazı yazmağa
kömək məqsədi daşıyır, motivasiyaya, yaddaşı təzələməyə, şagird beynində
yeni ideyaların yaranmasına xidmət edir. Yazılan mətnin hər bir cümləsində
bu sözlərin olmasına ehtiyac yoxdur. Әsas məsələ verilmiş mövzu üzrə bi lik -
ləri nümayiş etdirmək, fikir və duyğuları ifadə etmək, mətnin strukturu nu düzgün
müəyyənləşdirmək, cümlələr və abzaslar arasında əlaqə qurmaqdır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
61
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


15-ci dərs. YUSİF MӘMMӘDӘLİYEV (2 saat) 
Motivasiya
Sual: Böyük Vətən müharibəsində Azərbaycanın rolu haqqında nə bilirsiniz?
Alman faşistlərinə qarşı rəşadətlə döyüşən qəhrəmanlarımız xatırlan dıq -
dan sonra Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında Bakı
nef tinin rolundan, neftçilərin arxa cəbhədəki qəhrəmanlığından danışılır. 
Oxu
(St. 2.2.1)
Qruplarla iş (sual müsabiqəsi). Şagirdlər qruplara bölünürlər.
Dərslikdə verilmiş mətn şagirdlər tərəfindən səssiz oxunduqdan sonra qruplar
bu mətn üzrə mümkün qədər çox sual hazırlayırlar (unutmamaq üçün sualları
vərəqdə qeyd edirlər). Hər bir qrupun sualına digər qruplar cavab verməlidir.
Suallar qruplar tərəfindən növbə ilə bir-bir səsləndirilməli dir, buna görə də
qrupların ardıcıllığı püşkə əsasən müəyyən olunur. Müəllim bildirir ki, qruplar
hər sua la görə 1 bal, düzgün cavaba görə 2 bal qazanacaq. Qiymətləndirmə
üçün lövhədə belə bir cədvəl çəkilir: 
Sonda qruplar mətnə əsasən Yusif Məmmədəliyev haqqında kiçik təq -
dimatlar edirlər:
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qam ları
vurğulayır. 
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir.
Dinlədiyi məlumatın mahiyyətini müəy -
yən edir.
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Qazandığı biliklərdən istifadə etməklə
problemə öz münasibətini bildirir. 
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tər -
cümeyi-hal) yazır.
Haqqında məlumat topladığı şəx 
sin
tərcümeyi-halını yazır. 
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Sayların müxtəlif yazılış formalarını
kontekstə uyğun tətbiq edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Mətndəki müəyyən məqamla bağlı
araş  dırma apararaq yazılı təqdimat
hazırlayır. 
Qruplar
Verilən sual-
lara görə ballar 
Düzgün cavab -
lara görə ballar
Cəmi
I qrup
II qrup
III qrup
IV qrup
62
II BÖLMƏ
  Çap üçün deyil


I qrup: Həyatının vacib məqamları, tutduğu vəzifələr.
II qrup: Nailiyyətləri, mükafatları. 
III qrup: Dövlətin ona münasibəti, mane olan şəxslər. 
IV qrup: Haqqında deyilənlər.
Bu göstəricilər əsasında yazı lövhəsində cədvəl qurulur və şagirdlərin təq -
dimatlarına əsasən cədvəl doldurulur. Cədvəldə Yusif Məmmədəliyevin həyatı
və fəaliyyəti ilə bağlı mətndə verilmiş əsas məqamlar öz əksini tapmalıdır.
Dinləyib-anlama və danışma
Fəndaxili inteqrasiya
(St. 1.1.2 və st. 1.2.4)
Dərslikdəki 2-ci mətndaxili
sual üzə rində iş Akvarium üsulu ilə aparılır. Şagirdlərin bu mövzuda bilikləri
az ola bilər. Ona görə də müəllim müzakirə zamanı moderator rolunda çıxış
edə bi lər. O, dərslikdə qoyulmuş sualı Ermənistan-Azərbaycan münasi bət lə -
ri nin tarixin də  ki məqamlarla zənginləşdirə bilər. Bir aparıcı kimi müəllim
əvvəlcə mə  lumat verə, sonra bu haqda şagirdlərin fikrini soruşa bilər. 
Yazı
(St. 3.1.4)
Şagirdlər artıq tərcümeyi-hal forması ilə tanışdırlar. 3-cü tap şırıq -
da mətnin ayrı-ayrı hissələrində verilmiş məlumatları ümumiləşdirmək və bu
məlumatlara uyğun tərcümeyi-hal forması tərtib etmək tələb olunur. Bu tap -
şırıq əlavə mənbələrdən istifadə tələb etdiyindən ev tapşırığı kimi verilə bilər.
Tap şırıq pərakəndə şəkildə paylanmış məlumatı toplamaq, düzgün qrup laş -
dır maq və təqdim etmək bacarığı tələb edir.
Dil qaydaları
(St. 4.1.4)
4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Bu mövzu praktik əhəmiyyətlidir. 
Fəndaxili inteqrasiya 
(St. 3.1.2 və st. 4.1.4)
5-ci tapşırıq “Yazı” və “Dil
qaydaları” məzmun xətlərinin inteqrasiyasını nəzərdə tutur. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
Həyatının vacib məqamları
Tutduğu vəzifələr
Nailiyyətləri
Mükafatları
Dövlətin ona münasibəti
Mane olan şəxslər
Haqqında deyilənlər
63
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə