Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

Şagirdlər əvvəlcə mətni səssiz oxuyurlar. Sonra cütlüklər və abzaslar nöm -
rələnir. Hər cütlük müvafiq abzası oxuyub oradakı əsas fikri müəyyən edir,
həmin fikri bir cümlə ilə ifadə edir və abzasın məzmunu ilə bağlı sual qoyur.
Şagirdlər çalışmalıdırlar ki, abzasla bağlı tezis və sual bir-birini təkrarla masın,
yəni eyni fikir əvvəlcə nəqli, sonra sual cümləsi ilə ifadə olunmasın.
Tezislər hazır olduqdan sonra cütlüklər birincidən başlayaraq növbə ilə
cümlələrini səsləndirməlidirlər. Beləliklə, 12 cümlə vasitəsilə mətnin məzmunu
əhatə olunmalıdır. Müəllim abzasdakı əsas fikri tutmayan cütlüklərin cümlə -
lə rinə yönəldici suallar vasitəsilə düzəlişlər verə bilər. Belə olan halda digər
şagirdlər həmin abzası oxuyub öz variant larını təqdim edə bilərlər.
Daha sonra cütlüklər qeyri-ardıcıl şəkildə suallarını səsləndirirlər. Bu mər -
hə lədə Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə üsulunu Sual müsa -
bi qəsi üsulu ilə sintez etmək olar.
Mətn tam mənimsənildikdən sonra BİBÖ cədvəlinin 3-cü sütunu doldurulur.
Şagirdlər xəritədə Monqolustan, Sibir ərazisini, Orxon və Yenisey çaylarını
göstərirlər (2-ci tapşırıq).
3-cü tapşırıq: Şagirdlər Şampolyonun kəşfi ilə Tomsenin kəşfi arasındakı
oxşarlığı müəyyən edirlər: hər iki halda yeni əlifbanın sirrini açmaq üçün başqa
dildə yazılmış eyni mətndən istifadə olunmuşdur.
5-ci tapşırıq: Şagirdlər mətndəki məlumatlardan 5 əsas məqamı seçib dəf -
tərlərində yazırlar. Bir neçə şagird təqdimat edir. Variantlar müqayisə olu nur
və kollektiv müzakirə yolu ilə mətndən 5 əsas məlumat seçilir. Bu, şa gird lərdə
mətndəki birinci dərəcəli fikirləri yardımçı məlumatlardan fərqləndir mək, məlu -
matları ümumiləşdirib tezis şəklində təqdim etmək baca rığını formalaş dı rır.
6-cı tapşırıq: Şagirdlər Orxon-Yenisey abidələrinin tədqiqi tarixinin xronoloji
cədvəlini tərtib edirlər.
(St. 2.2.2)
Mətn şagirdlər tərəfindən məzmunca bitkin hissələrə bölünür
(7-ci tapşırıq). Mətni 2 hissəyə bölmək olar: 1) Orxon-Yenisey abidələrinin və
qədim türk əlifbasının tədqiqi tarixi
; 2) Kültigin, Bilgə xaqan və Ton yu kukun
şərəfinə qoyulmuş abidələr.
(St. 2.2.3) 
8-9-cu tapşırıqlarda şagird lər mətndəki müəyyən mə qam lara öz
münasibətlərini bildirirlər. 
Dil qaydaları
(St. 4.1.4)
10-cu tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
da şı yır. 11-12-ci tapşırıqları yerinə yetirməklə şagirdlər saylarla işlənən isim -
lərin yazılışı qaydalarını daha dərindən mənimsəyirlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
73
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


20-ci dərs. İŞARӘLӘRİN TARİXİ (3 saat) 
Motivasiya
Müəllim yazı taxtasında cümlə yazır:
Gör o pişik balalarına necə məhəbbətlə baxır.
Şagirdlərə cümləni oxumaq tapşırılır. Şagirdlər “o” əvəzliyindən sonra
vergülün işlənmə qaydasına bələd deyillər. Ona görə də cümləni düzgün oxu -
maqda çətinlik çəkə bilərlər. Müəllim cümlənin mübtədasını və xəbərini və ya
“o” sözünün hansı suala cavab verdiyini (kim? yoxsa hansı?) müəyyən etməyi
tapşıra bilər. 
Bundan sonra müəllim “o” sözündən sonra vergül qoyur:
Gör o, pişik balalarına necə məhəbbətlə baxır.
Cümləni bir də oxumaq tapşırılır. Bu cümlədə “o” sözünün hansı suala ca -
vab verdiyi (kim? yoxsa hansı?) soruşulur.
Məqsəd bir durğu işarəsinin – vergülün cümlənin məzmununa necə təsir
etdiyini əyani şəkildə göstərməkdir.
Oxu
(St. 2.2.2)
Mətn Öyrənirəm – öyrədirəm üsulu ilə oxuna bilər. Elmi-kütləvi
mətnlərdəki məlumatların mənimsənilməsi üçün bu, çox effektiv üsuldur.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır. 
Mətnin hissələrini məzmuna uyğun baş -
lıqla adlandırır.
Mətnin müəyyən hissəsinin məzmu nu -
nu əhatə edən sual formalaşdırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Biliklərindən istifadə etməklə mətndəki
fikir və mülahizələri genişləndirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta  nış
olmadığı sözlərin mənasını şərh edir.
Kontekstə görə mənasını müəyyən ləş -
dirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Mövzu üzrə topladığı məlumatları mə -
ru zə şəklində təqdim edir.
1.1.1. Danışanın məlumatlarına əsa sən
onun məqsədini (məqsədlərini) şərh
edir.
Dinlədiyi mətndəki əsas məlumatları
əvvəl aldığı biliklərlə müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əla qələndirir. 
Fikri ifadə edərkən cümlələr arasında
məntiqi əlaqə qurur. 
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
İsimləşmiş saylarda ismin xüsusiy yət -
lərini müəyyən edir.
74
II BÖLMƏ
  Çap üçün deyil


Mətn əvvəlcə şagirdlər tərəfindən səssiz oxunur. 1-ci mətndaxili sual ca -
vab landırılır. Bu hissədə 4-cü abzasın məzmunla bağlılığı zəifdir. Şagirdlər
bunu əsaslandırmalıdırlar: Mətnin məzmunu yazıda durğu işarələri ilə bağlı
ol  du ğu halda, həmin abzasda əlyazma kitablarının çətinliklə ərsəyə gəl mə -
sindən danışılır.
Sonra müəllim mətni 3 bitkin hissəyə bölməyi və həmin his sələri adlandır -
ma ğı təklif edir.
Mətni 3 hissəyə bölmək olar:
Giriş
1. Yazıda durğu işarələrinin rolu və əhəmiyyəti (ilk 2 abzas).
Әsas hissə.
2. Durğu işarələri tətbiq olunmamışdan əvvəl mətnlərin yazılışı (sonrakı
3 abzas).
3. Sual və nida işarələrinin yaranma tarixi (1-ci mətndaxili sualdan sonrakı
5 abzas).
4. Vergül işarəsinin yaranma tarixi.
Sonluq
5. Yazıda istifadə olunan digər durğu işarələri (sonuncu abzas).
Beləliklə, şagirdlər 5 qrupa bölünürlər. Hər qrup mətnin müvafiq hissəsini
bir daha oxuyub ətraflı müzakirə edir və orada əks olunan fikir və faktları əhatə
edən suallar tərtib edir. Təqdimat zamanı qrup nümayəndəsi həmin suallarla
digər qruplara müraciət edir. Cavab yanlış və ya yarımçıq olduqda o öz sualını
geniş şərh edir.
Müəllimin nəzərinə! Şagirdlər mümkün qədər çalışmalıdırlar ki, sual tərtib
edərkən mətndə əks olunmuş məlumat deyil, həmin məlumatlardan
çıxan nəticə soruşulsun. Belə suallar daha yüksək qiymətlən diril məlidir.
(St. 2.2.3) 
Mətnin sonluq hissəsi cəmi bir abzasdan ibarət olduğundan
müəllim 5-ci qrupla ayrıca işləməli, yönəldici suallar vasitəsilə onlara həmin
hissəni əlavə məlumatlarla zənginləşdirməyə kömək etməlidir. Məsələn:
– Riyaziyyatdan misal və ya tənlik qurarkən rəqəmlərdən başqa hansı
işarələrdən istifadə edirsiniz? (toplama, çıxma işarələri, faiz, mötərizə və s.)
– Hər hansı bir mahnının musiqisini yazı vasitəsilə əks etdirmək müm kün -
dürmü? Bunun üçün hansı işarələrdən istifadə olunur? (notlar)
Söz ehtiyatı
(St. 2.1.1)
2-ci tapşırıqda verilmiş sözlərin mənaları əvvəlcə kontekstə gö -
izah olunur, sonra şagirdlər öz izahlarını lüğətdə verilmiş izahla mü qa yisə
edirlər.
Danışma
(St. 1.2.1)
3-cü tapşırıq layihə tipli tapşırıq olduğundan ev tapşırığı kimi
verilə bilər. Şagirdlər qrup şəklində araşdırma aparırlar. “Yazıda istifadə olu-
nan işarələr” mövzusunda konfrans keçirilir. Məruzələr dinlənilir və müzakirə
olu nur. 
75
İXTİRALAR VƏ KƏŞFLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə