Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

65
 
 
müĢdür. Abidənin tanınmıĢ naĢiri O.ġ.Gökyay onu “köydü” Ģəklində (107, 
22)  oxuyaraq  tərtib  etdiyi  lüğətdə  bəzi  mənbələrə  əsasən,  “yanmak,  yak-
mak;  üzülmek,  kederlenmek;  beklemek,  gözlemek,  sabırsızlanmak”  mə-
nalarında  iĢləndiyini  qeydə  almıĢdır  (107,  360).  Bu  yozumun  yetərli  ol-
madığını  görən  müəllif  həmin  məsələyə  bir  daha  qayıdaraq  onun  “sesle 
oxumak” məna çalarına istinad etməklə “metndeki anlamı da “Kuran oku-
du” olmalıdır” (107, 943-944) fikrini söyləyir. Lakin son hökmün də mətn 
daxilində iĢlənmə məqamı ilə tam uyarlı olmadığını duyaraq əlavə edir:  
“Metndeki cümlede küydi kelimesine “Kuran okudu” anlamı versek 
bile  ondan  sonra  gelen  biçdi  ne  demektir?  Acaba  bu  cümleyi  bir  baĢka 
türlü  anlayamazmıyız?  “Osmanın  yazıp  düzdüğü  Kuranı  bilginler  ögre-
ninceye kadar yandı piĢti” demek degilmidir? Çünki “köymek” kelimesi 
“yanmak”  demekdir  (...).  Kelimenin  Anadolu'nun  türlü  yerlerinde  göy-
mek, güyməkköymek, küymek söyleniĢiyle yaĢadığını ve “beklemek, sa-
bırsızlanmak, intizar etmek” anlamına geldiyini biliyoruz (...). 
Bütün bu bilinen karĢılıklar göz önünde tutulmakla birlikde bence 
cümle yine de tam ve kesin olarak anlaĢılmıĢ degildir” (107, 944).  
“Kitab”ın  digər  tanınmıĢ  naĢiri  M.Ergin  isə  onu  “küydi”  variantında 
oxuyaraq  (101,  Ic.,  75)  “beklemek,  intizar  etmek,  gözlemek,  sabr  etmek, 
gözetmek”  anlamlarında  Ģərh  etmiĢdir  (101,  IIc,  208).  Hər  iki  yanaĢmanı 
təhlil edən T.Tekin M.Ergin oxunuĢunu daha düzgün sayaraq bu arxaik sö-
zün əski türkcə “korumak, himaye etmek, gözetmek” mənalı “kü-” kökünə 
sonradan  “y”  səsinə  keçmiĢ  “-d”  Ģəkilçisinin  artırılması  ilə  düzələn  feil 
olduğunu irəli sürür və Drezden nüsxəsində “biçdi” Ģəklində verilmiĢ sözü 
isə  “küy-”  feilinin  eyni  mənalı  qarĢılığı  kimi  düĢündüyü  “bahdı”  feilinin 
yanlıĢ  yazılıĢ variantı bilərək açıqlayır (114,  143). Bu  mülahizə S.Tezcan-
H.Boeschoten  nəĢrində  əsas  götürülmüĢ  və  həmin  feillər  “güydi  bahdı” 
variantında transkripsiya edilərək Ģərh olunmuĢdur (116, 32; 117, 51-52). 
Böyük ĢərqĢünas V.V.Bartold həmin arxaizmi “yanmaq” anlamın-
da qavradığı üçün cümləni “Тот Коран написавщему, расположивше-
му  в  порядке,  что  бы  научились  ученые,  пылавшему  в  огне,  (все) 
распределившему,  Осману,  сыну  Аффана,  слава!”  variantında  tərcü-
mə etsə də, bu hissənin ona tam aydın olmadığını bildirir (137, 12).  
Akademik  H.Araslı  isə  soylamanın  deyilmə  ahəngini  gözləmədən 
həmin parçanı: 
“Ol Quranı yazdı-düzdü üləmalar ögrənincə göydü 


66
 
 
Biçdi, alimlər sərvəri Osman Üffan oğlu görklü” (59, 16) 
variantında transkripsiya etmiĢdir. Göründüyü kimi, görkəmli qorqudĢü-
nas  bu  arxaizmi  “göydü”  variantında  oxumaqla  yanaĢı,  “yazdı-düzdü” 
modelinə uyğun qoĢa iĢlənməsi tələb olunan “göydü-biçdi” feil formasını 
da müxtəlif misralarda verməklə parçalamıĢdır. OxunuĢa Ģərh verilmədi-
yindən naĢirin hansı  mövqedən çıxıĢ etdiyi və həmin feili hansı mənada 
anladığı məlum olmur. 
F.Zeynalov-S.Əlizadə nəĢrində özündən sonrakı sözlə birgə “köydü-
biçdi” kimi oxunan bu arxaizm (60, 32) formal uyğunluq əsasında müasir 
dilimizə “ölçdü-biçdi” variantında çevrilmiĢdir (60, 131). S.Əlizadə ayrıca 
hazırladığı  nəĢrdə  “köymək”  feilini  “yandırmaq,  ütüb-təmizləmək”  kimi 
(61, 206) mənalandırmıĢdır ki, bu da deyimin açımına yeni bir Ģey vermir. 
ġ.CəmĢidov həmin feilləri “köbədi-biçdi” variantında oxuyaraq (23, 
281),  mövcud  nəĢrlərdəki  yozumların  məntiqi  səslənmədiyini  söyləməklə 
fikrini belə əsaslandırır: “Bizə görə sözün dürüst Ģəkli “köbədi” (...) olub 
“biçdi”  (...)  kəlməsi  ilə  mütəradif  ifadə  kimi  iĢlənmiĢdir.  “Köbə”  həm 
qədimdə  və  həm  də  hal-hazırda  parçaya-paltara  ilk  yoxlama-prob  tikiĢi 
vurmaqdır, köbələmək iri, kobud Ģəkildə müvəqqəti tikməkdir” (23, 102). 
Mövcud  oxunuĢ  və  yozum  variantlarını  xüsusi  tədqiqata  cəlb  edən 
O.F.Sertkaya  ġ.CəmĢidovun  bu  fikirlərini  “filolojik  zorlama”  adlandırsa 
da  (110,  102),  təəssüf  ki,  özünün  də  zəngin  dil  faktlarına  istinad  edərək 
gəldiyi  nəticə  inandırıcı  səslənmir.  AraĢdırıcıya  görə,  abidənin  mətnində 
“güydi  biçdi”  variantında  iĢlənmiĢ  bu  qoĢa  söz  “tasalandı,  kayğılandı, 
telaĢlandı,  kederlendi”  mənalı  “güydi  biĢdi”  Ģəklindən  törəmiĢdir  (110, 
111).  Odur  ki  cümləni  müasir  anlamda  belə  açıqlayır:  “O,  gözəl  (insan), 
âlimlərin  serveri,  Affân  oğlu  Osman,  Kur'ânı  düzenledi,  ülemâlar  (hâ-
fızlar) öğreninceye (ezberleyinceye) kadar (da) kayğılandı” (110, 111). 
Ġlk  baxıĢdan  göründüyü  kimi,  göstərilən  parçada  müqəddəs  “Qu-
ran”ın xəlifə Osman tərəfindən kitab Ģəklinə salınmasından söhbət açılır 
və  üzərində  dayandığımız  sözlər  də  həmin  tarixi  xidməti  ifadə  etməyə 
yönəlmiĢdir. 
Göstərilən  arxaizmin  “yandırmaq”  mənalı  “köydi”  və  “qorumaq” 
mənalı “küydi” Ģəkillərində oxunması xəlifə Osmanın özünə qədərki bir 
neçə variantda yazılmıĢ “Quran”ın müsəlmanlar arasında fikir ixtilafı ya-
ratdığını nəzərə alaraq vahid bir mətnini tərtib etdirməsi və qalan bütün 
nüsxələri yığdıraraq yandırması faktından (15, 153-154) qaynaqlanır. 


67
 
 
Beləliklə, Vatikan nüsxəsinə düĢməyən həmin arxaizmin “köbitdi” 
Ģəklində transkripsiya edilməsi üzərinə qayıdaq. 
Öncə,  sözün  əski  əlifba  ilə 
Ģəklində  yazılıĢına  diqqət  kəsil-
dikdə görünür ki, burada bütün naĢirlərin nəzərindən qaçmıĢ qoĢa nöqtəli 
“te” hərfi aydın oxunmaqdadır. “Kaf, vav, be, te, dal, yey” hərflərinin bir-
ləĢməsi Ģəklində verilmiĢ bu arxaik sözdə “be” və “te” hərfləri konfiqura-
siya  baxımından  bir  bütöv  kimi  verildiyindən  “te”nin  nöqtələri  aydın 
oxunsa da, o, ümumiyyətlə, nəzərə alınmamıĢ, “be” hərfi isə ġ.CəmĢidovu 
çıxmaq Ģərtilə, “yey” kimi oxunmuĢdur. Bizcə, bu oxunuĢda əvvəlki mis-
rada  iĢlənmiĢ  “yazdı-düzdü”  modelinin  də  rolu  az  olmamıĢdır.  Belə  ki, 
məhz həmin feillərin tərkibinə görə bu sözlərin də ikihecalı sözlər əsasında 
qurulduğu  düĢünülmüĢdür.  Bu  yazılıĢda  əlyazmanın  daha  əski  nüsxədən 
üzünü  köçürən  XV-XVI  əsr  katibinin  də  ilkin  arxaizmlərə  yanaĢma  tərzi 
öz  izini  qoymuĢdur.  Məlum  həqiqətdir  ki,  katib  mənasını  anladığı  arxa-
izmləri bəzən çağdaĢ dövrü üçün anlaĢıqlı olan müvafiq qarĢılığı ilə əvəz-
ləmiĢ, ona aydın olmayan arxaizmləri isə ya eynilə saxlamıĢ, ya da oxĢar 
yazılıĢa  malik  sözlərlə  əvəz  etməklə  təhrifə  yol  vermiĢdir.  Bu  baxımdan 
“köbitdi”  feili  də  cüzi  təhrifə  uğramıĢ  sözlərdən  sayıla  bilər,  çünki  “be” 
qrafeminin baĢlanğıc forması aydın əks olunmamıĢdır. Bununla belə, əski 
əlifba ilə yazılıĢda bu cür kəsiĢən məqamlara tez-tez rast gəlinir və sürətli 
üzündənköçürmə prosesi üçün səciyyəvi olan xüsusiyyət sayılır.  
Ġkincisi, Dədə Qorqud boyları ilə eyni əsrdə yazıya alınmıĢ ulu dilçi 
M.KaĢğarinin  “Divanü  lüğət-it-türk”  əsərində  “tikdirmək”  anlamını  ve-
rən arxaik “köbit-//kübit-” feili (55, IIc, 293; IVc, 328, 353) bu arxaizmin 
izahına  bir  iĢıq  saçır.  Əski  əlifba  ilə  fərqli  yazılmasına  baxmayaraq,  bu 
sözlərin eyni anlamı bildirməsi bizdə Ģübhə doğurmur. AraĢdırmalar gös-
tərir ki, “Dədə Qorqud kitabı”nın mətnində rast gəlinən əksər mübahisəli 
məqamlar məhz eyni dövrün məhsulu olan ulu dilçi M.KaĢğarinin tərtib 
etdiyi  lüğət  vasitəsilə  açıqlana  bilir.  Lüğətdə  “köbit-//kübit-”  feilləri  ilə 
kökdaĢ  olan  “kübə  yarık = bədəni bütövlükdə  örtən zireh” (55, IIIc, 22, 
207), “kübən = dəvə və yük heyvanının belinə qoyulan çul” (55, Ic, 42), 
“kübik = xirqə, iki qat bezin arasına pambıq qoyaraq tikmək; sırıqla sey-
rək tikiĢ, qaba tikiĢ” (55, Ic, 406), “kübil = tikilmək, köbənmək” (55, IIc, 
146), “kübüĢ = qaba tikməkdə yardım və yarıĢ etmək” (55, IIc, 121) söz-
ləri qeydə alınmıĢdır. Fikrimizcə, bu arxaik feil “sıx tikiĢlə tikmək” mə-
nalı  “kübi-” kökünə (76, IIIc, 239)  -t icbar növ Ģəkilçisininin artırılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə