Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

74
 
 
ri; sinə, köks” kimi açıqlanmıĢ (61, 197) və bununla da F.Zeynalovla bir-
gə  həyata  keçirdikləri  “Sinəsindən  ağarırsa,  ata  gözəldir”  çevirməsinə 
(60,  131;  61,  236)  haqq  qazandırmıĢdır.  V.V.Bartoldun  “Посодевшему 
от кригооборота (времени) отцу слава!” tərcüməsindən (137, 12) belə 
aydın  olur  ki,  böyük  araĢdırıcı  bu  sözü  “dola(maq)  feilindən  törəmiĢ 
“dolam”, yəni “zamanın gərdiĢi” kimi dərk etmiĢdir. 
Mövcud  oxunuĢları  geniĢ  təhlilə  cəlb  edən  V.Zahidoğlu  “dölümün-
dən”  variantına,  xüsusən  də  onun  F.Zeymalov-S.Əlizadə  çevirməsindəki 
“sinə” mənasına qəti etiraz edərək yazır: “Dölüm sözünə heç bir yazılı abi-
dədə  və  müasir  türk  dillərində  (o  cümlədən  Azərbaycan  dilində)  “sinə” 
mənasında təsadüf edilmədiyi bir yana qalsın, heç olmasa bu nəzərə alın-
malı idi ki, Azərbaycanın bir çox bölgələrində kiĢinin sinəsindən ağarması 
pis  əlamət  sayılır.  Digər  tərəfdən,  “atanın  gözəlliyini”  təyin  etmək  üçün 
mütləq sinəsini açıb baxmaq lazım  gəlirdimi?” (91,  5). Ġlk  sözün  “qrafik 
kompleksinə”  uyğun  olaraq  onu  türk  naĢirləri  kimi  “dulum”  variantında 
oxuyan araĢdırıcı gətirdiyi zəngin dil faktlarına əsasən, onun “gicgah üzə-
rində saç, hörük” mənasını ifadə etməsi fikrini daha inandırıcı sayır. 
Etiraf edək ki, dilçi alimin F.Zeynalov-S.Əlizadə çevirməsi tam ob-
yektiv olsa da (həqiqətən, kiĢidə sinə ağlığı xalq arasında  mənfi çalarda 
yozulur ki, əslində, bu da yaĢlı adamların yaxası, sinəsi açıq gəzmə vər-
diĢinə  qarĢı  bir  əxlaqi  baxıĢdır),  deyimdə  atanın  xarici  görünüĢə,  yəni 
gicgahdakı  tüklərin  ağarmasına  görə  dəyərləndirilməsi  iĢləndiyi  soyla-
manını daxili məntiqi ilə uyuĢmur. 
Ulu Yaradana, “din sərvəri Məhəmmədə”, islam dininin müqəddəs 
saydığı  Ģəxslərə  alqıĢ  ruhubda  baĢlayan  həmin  soylamada  həm  də  oğuz 
mənəviyyatında  böyük  dəyəri  olan  varlıqlara  bənzərsiz  məhəbbətin  ifa-
dəsi əks olunmuĢdur: 
Dizin basub oturanda halal görkli. 
   
Dölümündən ağarsa, baba görkli. 
   
Ağ südin toya əmzirsə, ana görkli. (D-6, 12-13). 
Diqqət edilərsə, soylamada ata ömür-gün yoldaĢı və ana ilə bir sıra-
da sadalanaraq qiymətləndirilir. Burada onların ictimai funksiyasına, da-
ha dəqiq desək, ailədə daĢıdığı vəzifəyə görə dəyərləndirilməsi göz qaba-
ğındadır. Halal – evin qadını ona görə görkli, gözəldir ki, dizin basıb ev-
də  oturmaqla  ailəsinə  qulluq  edir,  onun  qayğısına  qalır,  əzab-əziyyətini 
çəkir. Maraqlıdır ki, bu keyfiyyət qadınların səciyyələndirilməsi ilə bağlı 


75
 
 
sonrakı  soylamada  daha  ətraflı  və  qabarıq  formada  nəzərə  çarpdırılmıĢ-
dır. Ana ona görə gözəldir ki, “halal, müqəddəs” (“ağ” sözü həm müstə-
qim, həm də məcazi mənada anlaĢılmalıdır) südünü əmizdirməklə övlad 
böyüdür. Bu yanaĢmada atanın da məhz ailənin formalaĢmasında daĢıdığı 
vəzifəyə görə qiymətləndirilməsi üzərində dayanmaq lazım gəlir. Abidə-
nin müqəddiməsində verilmiĢ öncəki iki soylamada bu fikri qüvvətləndi-
rən iki məqamı xatırltmaq kifayətdir: 
Ata adını yorıtmayan xoyrad oğul 
ata belindən enincə enməsə, yeg! 
Ana rəhminə düĢüncə toğmasa, yeg!  
Ata adın yorıdanda dövlətlü oğul yeg! (D-4, 9-11). 
Oğul kimdən olduğın ana bilür. (D-5, 5). 
Göründüyü kimi, birinci Qorqud deyimində pis, fərsiz övladın ata be-
lindən  enincə  enməməsi,  yəni  ana  bətninə  düĢməməsi,  düĢüncə  doğulma-
ması fikri ümumiləĢdirilirsə, ikinci deyimdə oğulun kimdən olmasını, yəni 
kimin  toxumundan  törəməsini  ananın  bildiyi  hökmü  önə  çəkilir.  Müxtəlif 
məqsədlərlə söylənilsə də, hər iki deyimdə atanın nəsil artımındakı yaradıcı 
rolu qabardılmıĢdır.  Bizcə, üzərində  dayandığımız deyimdə də  məhz onun 
bu  törədici  funksiyası  öz  ifadəsini  tapmıĢdır.  Belə  bir  fikrə  gəlməyimizə 
həm deyimin oxunuĢu, həm də açar sözlər kimi baxıĢ bucağına gətirdiyimiz 
“dölüm” və “ağar(maq)” sözlərinin məna çalarları imkan verir. 
Təhlil göstərir ki, “döl” (nəsil) sözü ilə ilə eyni mənĢəli olan “dö-
lüm” sözü “nəsil artımı” anlamını bildirir. Bu məna ġ.Ġ.Xətayidən gətiri-
lən aĢağıdakı beytdə də yaĢamaqdadır: 
Bir-birini qovur geyiklər, 
Bala dölümün qılır peyiklər. (54, IIc, 66). 
Göstərilən deyimdə də “dölüm” sözü məhz “nəsil artırmaq imkanı 
verən toxum” anlamında iĢlənmiĢdir. S.Əlizadə sözlüyündə bu məna ça-
ları  qeydə  alınsa  da  (“döl  (cinsiyyət)  yeri”)  (61,  197),  təəssüf  ki,  çevir-
mədə əsası olmayan “sinə” mənasına üstünlük verilmiĢdir ki, bu da, gö-
rünür, “ağar(maq)” sözünün çağdaĢ anlamda qavranılmasından irəli gəlir.  
Abidənin dili və tarixi dil faktları isə bu feilin fərqli mənada iĢlən-
diyini  üzə  çıxarır.  Əgər  müasir  dilimizdə  iĢlənən  “ağar(maq)”  feili  “ağ” 
sifətindən  törəmiĢsə,  bu  arxaik  forma  “qalxmaq,  ucalmaq,  yüksəlmək” 
mənalarında  iĢlənən  “ağ(maq)”  feilindən  (35,  18;  99,  16;  152,  Ic,  1h, 
146;  154,  68)  -ar  Ģəkilçisi  ilə  düzəlmiĢ  təsirli  feildir  (müqayisə  et: 


76
 
 
qop(maq) – qopar(maq), çıx(maq) – çıxar(maq) və s.). “Ağ(maq) feilinin 
bu qədim mənada iĢlənilməsi “Kitab”ın dilində də müĢahidə olunur: 
ġahin pərvaza ağdı. (D-272, 6). 
Qədim türk dilindəki feil-ad sinkretizmi qanunauyğunluğuna əsas-
lanaraq “ağ” sözünün abidənin dilində həm də “uca, böyük. yüksək” an-
lamlarını bildirdiyini söyləmək mümkündür: 
Arı sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. Ġki rükət namaz 
qıldılar. (D-63,2-3). 
Alan sabah turmıĢsan, 
Ağ ormana girmiĢsən, 
Ağ qovağın budağından 
Yırğayıban keçmiĢsən. (D-110, 7-8). 
Ağ meydanda yumrı baĢı topca kəsdim. (D-277, 8). 
“Ağ(maq)” feili “ucal(maq)”, “böyü(mək)”, yüksəl(mək)” mənasın-
da müasir ədəbi dilimiz üçün arxaikləĢsə də, bəzi Ģivələrimizdə, məsələn, 
“bir  Ģeyi  həddindən  artıq  ĢiĢitmək”  mənasında  “ağartmaq”  sözünün  (9, 
13),  eləcə  də  “ağa”,  “ağac”  sözlərinin  tərkibində  daĢlaĢmıĢ  Ģəkildə  qal-
maqdadır.  Bu  arxaik  feil  “böyümək”,  “yaĢlaĢmaq”  mənasında  Anadolu 
ləhcələrində indi də iĢlənməkdədir (95, IIIc, 36). 
Beləliklə, hər iki açar sözün soylama daxilində kəsb etdiyi arxaik mə-
naya  istinad  edərək,  “Dölümündən  ağarsa,  baba  görkli”  deyimini  “Toxu-
mundan  böyütsə,  boya-baĢa  çatdırsa,  ata  gözəldir”  Ģəklində  açıqlamaq 
mümkündür. Bu yozumda Qorqud kəlamı daha dolğun, daha məntiqi səslə-
nir  və  ana  kimi,  ataya  da  həm  bioloji,  həm  də  ictimai  funksiyasına  görə 
dəyər verildiyi anlaĢılır. 
 
[21]   
YanaĢub yola girəndə qara buğur görkli.  
      Sevgili qardaĢ görkli. 
Dədə Qorquda məxsus bu soylama parçasının mənalandırılması xü-
susi  maraq  doğurur.  M.KaĢğari  lüğətindən  aydın  olur  ki,  tarixən  “qara” 
sözü bir neçə mənada, o cümlədən böyüklük və hörmət mənasında da iĢ-
lənmiĢdir (55, IIc., 210). “Buğur” arxaizmi isə dar mənada ”erkək dəvə”, 
geniĢ mənada “hər bir heyvanın erkəyi” anlamlarını daĢımıĢdır (55, IVc., 
98). Məsələn: 
“Ġkki boğra iğəĢür, otra kökəgün yançılur = iki buğra çarpıĢar, orta-
da göy milçək (bu söz xalq danıĢıq dilində indi də “gügeyin” variantında 
yaĢamaqdadır – A.H.) qırılar” (55, Ic., 236). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə