Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə133/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   129   130   131   132   133   134   135   136   ...   158

281 
 
rə  toxunmuş,  bu  məsələlərə  öz  aydın  münasibətini  bildirmiş,  bir  çox  qiymətli 
fikirlər irəli sürmüşdür. 
Onu da qeyd etmək lazımdır ki, Seyid Hüseyn dil sahəsindəki uyğunsuzluq-
ları,  dolaşıqlıqları  nizama  salmaq  məqsədi  ilə  hətta  xüsusi  bir  jurnal  çıxarmaq 
təşəbbüsündə  belə  olmuşdur.  Ə.Sabirə  məktublarının  birində  yazır:  “Əgər 
müvəffəq  olarsam,  həftəlik  bir  məcmuə  intişarına  çalışacağam...  Məqsədi  türk 
dilinə və məsələsinə çalışmaq” (5). 
C.Hüseyn hər şeydən əvvəl dilimizin yad təsirlərdən xilas olmasını istəyirdi. 
O  Azərbaycan  dilində  “...istənilən  qədər  sözlər  bulunmadığını,  bu  dildə  “incə 
düşüncələri  gərəyi  kimi  yazıb  söyləmək  mümkün  olmadığını”(3),  ona  görə  də 
“Osmanlı  üsulu  təhririni  tərvic  etdirəlim”  (1)  kimi  zərərli  fikirlər  aşılayanlara, 
“Qafqaz dili və şivəsi yazıçılığa və ədəbiyyata yararsızdır, belə bir dildə yazmaq və 
söyləşib qovuşmaq mümkün deyil” iddiasında olanlara qarşı çıxaraq deyirdi: “... bu 
onların  adicə  bir  səhvi    və  ya  xətası  deyil,  bəlkə  türk  dili  və  ədəbiyyatına 
vurduqları müdhiş bir zərbədir” (1). 
“Şəlalə”  jurnalında  lüzumsuz yerə  əcnəbi sözlər işlədilməsi,  “daş”ın “taş”, 
“tağ”ın  “tağ”,  “ağ”ın  “bəyaz”,  “olan”ın  “alqan”,  “gələn”in  “xiyləkən”  və 
qarşılıqlısı  dilimizdə  olan  onlarla  başqa  sözün  süni  surətdə  ərəb,  fars,  türk 
kəlmələri  ilə    əvəz  olunması  dilimiz  üçün  təhlükə  yaradır.  Yazıçı  və  şairlərin  öz 
fikirlərinin doğma dildə söyləməsi, yazıb bildirməsi, düzüb qoşması üçün istənilən 
qədər Azərbaycan sözləri var idi. 
Əcnəbi  söz  və  ifadələrinə,  xüsusilə  Osmanlı  şivəsinə  ədəbiyyat  və 
mətbuatımızda  çox  güclü  meyl  olduğu  bir  zamanda  şəraitdən  asılı  olaraq 
C.Hüseynin özü də qismən bu təsirə düşmüşdü. Onun istər ədəbi, istər publisistika 
dilində  ərəb,  fars,  türk  sözlərinə,  hətta  ifadələrinə  belə  rast  gəlmək  mümkündür. 
Ancaq  bunu  da  deməliyik  ki,  S.Hüseyn,  dilinin  sadəliyi,  təmizliyi  ilə  bir  çox 
müasirlərindən fərqlənmiş, bu yolda buraxdığı səhvləri vaxtında görmüş, onlardan 
uzaqlaşmağa çalışmış və buna müvəffəq ola bilmişdir. Məqalələrinin birində yazır: 
“İndi mən təmiz türkcə  yazmaq istəyirəm. Bu yazımda çalışacağam ki, türkcədən 
başqa özgə, yad ... dillərdən bacardıqca və gücüm çatdıqca sözlər almayım” (3). 
Dil  məsələsində  “İqbal”  ilə  “Şəlalə”  arasında  gedən  uzun  və  şiddətli 
mübarizə ikincilərin tam məğlubiyyətli ilə bitir. Osmanlı ibarə və ifadələrinin ərəb, 
fars  kəlmələri  ilə  qarışdıraraq  yeni  bir  “dil”  icad  edən  və  bunu  yüksək  dil  kimi 
qələmə  verən  şəlaləçilərin  xalq  tərəfindən  başa  düşülməyəcəyi,  bu  səbəbdən  də 
sevilməyəcəkləri  təbii  idi.  “Bir  millətin  səadəti-ümiyyəsi  əxlaqının  dərəcəyi 
mətanət və səlaməti ilə mütənasib olub fəsad əxlaqı, səadət və iqbalının hamısı və 
əqvatinin  mübtəla  olduğu  əmrazi-məhəlləkənin  ən  şiddətlisi  ədd  və  etibar 
olmuşdur”(1).  “Yəd  qüdrət,  kəndisinə  hüsn,  zəka,  riqyəti-qəlb,  ülüvvi  vicdan, 
məkarami  əxlaq  kimi  məvahəb  fitrəti  bəxş  etmiş  və  o  da  yeddi  sənə  layənqət 
çalışaraq sclil məbilə bəhəqq təzyin zat və sefid eləmiş idi” (2). 
Yaxud:  
“Sən rəfiq ilə fəryada rəsasən, 


282 
 
Sən şəmi xəyalatı məsasən. 
Sən məlhəmi ayatı “əsa” sən, 
Sən sinəti xubani nəsasən”(3). 
“Şəlalə”dən  götürdüyümüz  belə  yazıları  savadsız  xalq  necə  oxuyub  başa 
düşər və sevə bilərdi.  
Qədim  tarixə  malik  olan  Azərbaycan  dilinin  taleyi  ilə  yaxından 
maraqlanmış  digər  yazıçılarımız  kimi  S.Hüseyn  də  onu  yad  təsirlərdən  xilas 
edilməsi,  elmi  əsaslar  üzrə  tərəqqisi  uğrunda  fədakarlıqla  çalışmış,  bu  yolda  öz 
bilik, qüvvə və bacarığını əsirgəməmişdir. 
“Şəlalə  jurnalının  sonrakı  nömrələrində  X.X.Səbribəyzadənin  anlaşılmaz 
yazılarının  Azərbaycan  dilinə  tərcüməsi  verilir.  Osmanlı  şivəsində  məqalə  yazan 
mühərrirlər  ciddi tənqid olunurlar” (“Şəlalə”, №42, 1913). 
Jurnalın bu etirafını görən S.Hüseyn sanki dil ətrafında gedən mübahisələrə 
yekun  vuraraq  yazırdı:  “Şəlalə”çilər  öz  səhvlərini  başa  düşdülər.  Bizim  sözümüz 
nəticə verdi. Artıq “Qafqaz şivəsi ilə üsuli kitabət”dən vaz keçdilər (4). 
Ədəbi  dilə  münasibətdə  düşüncə  yönünə  sadiq  qalsalar  da  “Şəlalə”çilər 
əxlaqi-ruhani  dəyərlərin  milli  dil  vasitəsi  ilə  qorunacağını  bildirdilər.  Odur  ki, 
tarixən  qonşu  dillər  ilə  (xüsusi  ilə  fars  və  ərəb)  inteqrasiyada  olan  türk  dilinin 
(eləcə  də  Azərbaycan  türkcəsinin)  xəlqi  mahiyyətini  elitar  səviyyəyə  qaldırmaq 
ciddi vəzifə sayılırdı. “Şəlalə” də deyilirdi: 
Bu gün hankı bir türkçü vardır ki,  
Unut fəlakəti-şəxsiyyənin məsayeni 
Fəqət həqarəti əfv etmə validən Vətənə!   
sözündəki  ərəbi  kəlmələri  çıxarılsin  və  onların  yerinə  türkcə  kəlmələr 
istemal edərək, əslindəki lətafət və qüvvəti müdafiəyə müqtədir ola bilsin. Heç! 
Milli dilə romantizminin nəzəri-estetik prinsipləri və sənətkarlıq tələbləri ilə 
yanaşan  “Şəlalə”çilər  bu  yolla  Azərbaycan  ədəbiyyatında  xəlqi  dəyərlərin  yeni 
keyfiyyətdə  ifadəsinə  çalışır,  türklük  hissiyyatı  və  şüurunun  geniş  yayılmasına 
meydan  açırdılar.  “Xalqa  doğru”  şüarı  Azərbaycan  mühitində  Anadolu  türk 
təcrübəsi  ilə  daha  da  gücləndirilir,  milli,  hiss,  duyğu  və  düşüncənin  canlı  xalq 
danışıq  dili  ilə  əlaqəsinə  üstünlük  verilirdi.    Bu  zaman  düzgün  olaraq  canlı  xalq 
danışıq  dili  ilə  ədəbi  dili  eyniləşdirənlərin  mövqeyi  bəyənilmirdi.  “Şəlalə”də  bu 
münasibətlə deyilirdi. 
“Digər  qismi  də  “ədəbiyyatın  lisani-əvamdan  fərqi  yoxdur”  –  zənnində 
bulunuyorlardı.  Və  misal  olaraq  İstanbuldakı  türkçüləri  biz  də  biliyor  və 
yazdıqlarını  okuyor  idik.  Fəqət  bi  iddiaçılardan  fazla  olaraq  bilib  düşündüyümüz 
bir şey vardır ki, o da şu idi. Dünyada lisani -  ədəbisi ilə lisani - əvami bir olan heç 
bir millət yoxdur, olmaz” (6,384).     
Dil  və  imla  məsələlərinə  xüsusi  əhəmiyyət  verən  yazıçılar  çox  yaxşı 
bilirdilər  ki,  bu  iş  mövsümi  xarakter  daşımır,  belə  ciddi  məsələ  ilə  müntəzəm 
surətdə  məşğul  olmaq,  dildə  sabit  qanun-qayda  yaratmaq,  onun  lüğət  tərkibini 
zənginləşdirmək  üçün  hələ  çox  çalışmaq  lazımdır.  Ədəbi  dilə  münasibətdə  elitar 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə