Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   140   141   142   143   144   145   146   147   ...   158

305 
 
çalışmışdılar.  Dilçilik  ədəbiyyatında  jarqon  terminin  muxtəlif  definisaları  var. 
M.Adilova görə, müəyyən məqsədlə öz fikrini geniş kütlədən gizlətmək üçün bəzi 
qrup  adamlarının  yaradıb  işlətdikləri  uydurma,  suni  dilə  jarqon  deyilir  (2,  s.56). 
S.Cəfərov  jarqon  leksikası  ilə  bağlı  yazır:  “Bəzi  peşə  sahibləri  və  ya  bir  qrup 
adamlar,  hətta  bütöv  bir  kənd  tərəfindən  ancaq  bir-birini  başa  düşmək, 
başqalarından  gizli  danışmaq  üçün  ədəbi  dildə  işlədilən  sözləri  başqa  mənada 
işlətmək  hallarına,  süni  yaradılmış  sözə  rast  gəlmək  olur.  Belə  leksika,  jarqon 
leksikası adlanır” (5, s. 81).  Bu iki dilçinin fikri demək olar ki, eyni məna daşıyır. 
Dünya dilçiliyində isə yuxarıda qeyd etdiyimiz kimi məsələyə bir az geniş formada 
yanaşılmışdır.  Dilin  sosial  diferensialaşması  suni  yolla  yox,  təbii  yolla  baş  verən 
bir prosesdir. 
Jarqonların  tədqiqinə  həsr  olunmuş  əsərlərdə    biz  görürük  ki,  bəzən  bu 
termin  arqo  terminin  sinonimi  kimi  də  işlədilir.  Azərbaycan  dilində  jarqonların 
tədqiqatçısı  Ə.Əliyev  bu  məsələyə  belə  münasibət  bildirir:  “...müxtəlif  qruplar  və 
siniflər,  hətta  tək-tək  adamlar  tərəfindən  yaradılıb  bu  və  ya  digər  ictimai  qrupa 
xidmət  edərək  ictimai  dil  hadisəsi  sayılan  jarqonlar  ayrı-ayrı  dilçilər  tərəfindən 
müxtəlif  şəkildə  qəbul  edilmişdir  və  bunun  izahı  öz  əksini  eyni  formada 
tapmamışdır.  Hər  şeydən  əvvəl,  bu  vəziyyət  jarqon  ümumiliyindən,  onun  çox  
geniş və müxtəlif söz kateqoriyalarını əhatə etməsindən, başqa-başqa ictimai qrup 
nümayəndələrinin  dilinin  leksik  tərkibində  çıxış  etməsindən,  çoxlu  törəmə 
xüsusiyyətlərə malik olmasından və bir də ayrı-ayrı dilçilər tərəfindən xarakterinə 
görə  müxtəlif  şəkildə  təsnifləndirməsindən  irəli  gəlir.  Bu  sonuncu  cəhətə,  yəni 
xarakterinə görə jarqonların təsnifindəki müxtəliflik nəticəsində “jarqon” terminin 
mənası  genişlənmiş  və  onun  “arqo”,  “peşə  dili”,  “loru  dili”,  “gizli  dil”,  “ictimai 
danışıq  ”,  “ictimai  dialekt”,  “şərti  arqo”,  “süni  dil”,  “qarğa  dili”  və  s.  kimi 
variantları  yaranmışdır  (6,  s.  6).  Həqiqətən  də  Azərbaycan  dilçilində  jarqon  və 
arqolar  eyniləşdirilir.  Bunu  biz  həm  A.Axundovun,  həm  də  A.Qurbanovun  bu 
haqda olan fikirlərdən də görürük.  M.Adilov isə bu məsləyə bir az fərqli yanaşır. 
O  yazır:  “Müəyyən  təbəqənin  və  ya  ictimai  zümrənin  jarqonuna  arqo  deyilir. 
Jarqondan fərqli olaraq arqo hadisəsi mənfi hadisə hesab edilimir” (1, s. 31). Daha 
sonra kitabında qeyd edir ki, bu iki termin fərqləndirilmir, onlar eyni və ya yaxın 
mənada işlədilir.  Bu onun öz fikri yox, jarqon və arqolara dilçilərin münasibətinə 
görə  göstərir.  Əslində  M.Adilovun  fikri  ilə  razılaşmaq  daha  düzgün  olardı. 
Jarqonlar  dildə  müəyyən  insan  qrupları  arasında  işlədilən  kobud  ifadələrdir. 
Bunların vulqar sözlərdən fərqi odur ki,  ifadələrdir. Arqolar isə  bu insan qrupları 
arasında  işlədilən  mədəni  ifadələrdir.  Buna  baxmayaraq,  M.Adilov  bölgüsundə 
jarqonları və arqoları  yenə də fərqləndirmir. Azərbaycan dilinə məxsus jarqonları 
aşağıdakı  kimi  bölür:  Oğru  və  cani(xuliqan)  jarqonu,  Qumarbaz    jarqonu, 
Korporativ jarqonu, Təriqət jarqonu, Kimyagərlik jarqonu, Ziyalı jarqonu, Ruhani 
jarqonu, Falçılıq və cadugərlik jarqonu, Bazar jarqonu, Tələbə jarqonu. Göründüyü 
kimi, bu bölgüdə dildə “mənfi” və “müsbət”  ifadələrə fərq  qoyulmamışdır. 


306 
 
Dilin  ictimai  diferensialaşmasına  müxtəlif  yanaşmaların  nəticəsi  olaraq 
müxtəlif  bölgülər  vardır.  Müxtəlif  ictimai  maraqların,  müxtəlif  psixologiyaların 
təsiri nəticəsində dilin strukturunda diferensiallaşma baş verir. Fəaliyyətdə olan dil 
müxtəlif parçalanmalara məruz qalır. Belə bölgülərdən biri aşağıdakıdır: 
1.
 
Əraziyə görə diferensiallaşma. Burada məhəlli dialektlər və fərqlənmələr 
nəzərdə tutulur. 
2.
 
Nitqin  material  baxımından  təcəssümünə  görə  diferensiallaşma.  Burada 
ümumxalq nitqin yazılı və şifahi formaları nəzərdə tutulur. 
3.
 
Nitq  prosesində  dilin  üsul  və  vasitələrinin  biristiqamətli,  yaxud 
çoxistiqamətli  olmasına  görə  diferensiallaşma.  Fəaliyyətdə  olan  dilin  dioloji  və 
monoloji  tərəfləri  nəzərdə  tutulur.  Monoloq  zamanı    dilin  üsul  və  vasitələrinin 
istiqaməti birtərəfli, dialoq zamanı ikitərəfli, poliloq zamanı isə çoxtərəfli olur. Bu 
xüsusiyyətin  nəticəsi  olaraq  fəaliyyətdə  olan  dilin  strukturunda  müxtəlif  dil 
variantları öz təsirini göstərir. 
4.
 
Yazılı  və  şifahi  nitq  nümunələrinin  janrına  və  tipinə  görə 
diferensiallaşma.  Burada  fəaliyyətdə  olan  dilin  “variantlarının  variantı”  nəzərdə 
tutulur.  Mitinqdə  siyasi  nitq,  hesabat  məruzəsi,  elmi  məqalə,  roman,  dram  və  s. 
Buna nümunə ola bilər. 
5.
 
Sözlə  yaradılan  əsərlərin  müəlliflərinə  görə  diferensiallaşma.  Belə 
diferensiallaşma  bədii  ədəbiyyatda  özünü  daha  çox  göstərir.  Məsələn  Nəsiminin, 
Xətayinin, Füzulinin dilini misal göstərmək olar. 
6.
 
Sosial 
kollektivin, 
yəni 
cəmiyyətin 
fəaliyyətinin 
tipinə 
görə 
diferensiallaşma. 
Bu  prinsiplə  diferensiallaşma    adı  altında  dilin  məlum  funksional  üslubları 
(bədii, elmi, publisistik, rəsmi-işgüzarlıq, epistolyar üslublar) nəzərdə tutulur. 
7.
 
Fəaliyyətdə  olan  dilin  əhalinin  sosial  təbəqələrinə,  insanların  sosial 
qruplarına  görə  diferensiasiyası.  Burda  dilin  peşə  və  sinfi  variantları  nəzərdə 
tutulur. 
Bu bölgü dilçi Hüseyn Əsgərovun “Azərbaycan dilində  maddi mədəniyyət 
leksikası”mövzusunda  yazdığı  doktorluq  işində  verilmişdir.  A.Axundov  isə  rus 
dilçiliyinə  əsaslanaraq  demək  olar  ki,  eyni  diferensiallaşma  bölgüsünü  aparır. 
A.Axundov  həm  də  jarqonları  sinfi  dialektlərdən  fərqləndirir.  O  yazır:  “Dilin 
ictimai  insan  qruplarına  görə  bölünməsi  biləvasitə  cəmiyyətin  sosial 
diferensiasiyası  ilə  bağlı  olub,  iki  mühüm  məsələni-  sinfi  dialektlər  və  arqolar 
(jarqonlar) məsələsini əhatə edir” (1. s.97). A.Axundov yuxarıdakı bölgüdə axırıncı 
bəndi – ictimai insan qruplarına, onların təbəqələrinə görə diferensiya sahəsi dil və 
cəmiyyət problemi üçün daha mühümdür. 
Nəticə olaraq belə bir qərara gəlmək olar ki, dünya dilçiliyində dilin sosial 
diferensiyalaşması  haqqında  müxtəlif  fikirlər  olmuşdur.  Onlar  bu  məsələyə  daha 
geniş  formada  yanaşaraq,  müxtəlif  sosial  qruplara  məxsus  insanların  “dillər”inin 
bir-birindən  fərqli  olduğunu  qəbul  etmişdilər  və  tədqiqatlarını  bu  istiqamətdə 
aparırlar. Onlar bunun yaş prinsipi ilə, dini düşüncə tərzi ilə, peşə-sənətlə, ideoloji 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə