121
(1899-1975) «Türk dili tarixi» əsərində yazır: «Nəşr edilən kiçik bir parça üzərində
yapdığım araşdırma bunun şivəcə cənub türkcəsinin azəri şivəsinə meyl edən
«Dədəm Qorqud» xarakterində olduğunu açıqca göstərməkdədir» (5, II, 137).
V.Pertshə görə, «Qisseyi-Yusif»in Kazan, Th. Hautsmana görə isə Buxara
türkcəsinə bənzədiyinin qeyd edildiyini xatırladan Əhməd Cəfəroğlu
C.Brokelmanın (1869-1930) dəlillərinin daha tutarlı olduğunu əsaslandırmış, onun
mülahizələrini şərh etmişdir. Belə ki, alimin qənaətlərinə görə, bir sıra əlamətlərə,
məsələn, söz əvvəlində «b» əvəzinə «m» səsinin verilməsi (bin – min, bən - mən),
söz sonunda «ğ»nın çox vaxt düşməsi (uluğ – ulu, qapuğ - qapu), «bulmaq»
əvəzinə «tapmaq» işlənməsi və s. xüsusiyyətlərə istinad edərək, əsərin dili
haqqında aydın təsəvvür yaratmaq mümkündür. Əhməd Cəfəroğlu Əli adlı biri
tərəfindən yazılan «Qisseyi-Yusif»in XIII yüzilin özəlliklərini daşıdığını, burada
qıpçaq dili elementlərinə də təsadüf olunduğunu qeyd etməklə yanaşı, abidənin
oğuzlara məxsus olmasının şübhə doğurmadığını əsaslandırmışdır.
Monqol istilası dövründə türk dilinin əhatə dairəsi genişlənməyə başlayır.
«Etnik yerləşmələr və daşmalar baxımından önəmli bir inqilab dövrü yaradan
monqol istilası bir çox türk uruqlarının yeni-yeni sahələrdə yerləşməsini və
bunların yerli sosial və mədəni həyat üzərində etkili olmalarını təmin etmişdir. Bu
türdən olaraq monqol istilası nəticəsində bugünkü Iran Azərbaycanı başdan-başa
bir türk ölkəsi şəklini almış və burada yeni qurulan Elxanilər dövləti içərisində
türkcə səlcuqlarda olduğu kimi rəsmi dövlət dili olaraq işlədilmişdir» (5, II,144).
Marağada Nəsirəddin Məhəmməd bin Həsən ət-Tusi (1201-1274) rəsədxana
açmış, bir çox alimin buraya toplaşmasına şərait yaratmışdır.
XIII əsrdə Hulaku xan (1213-1265) öz hakimiyyəti altındakı torpaqların
sahəsini xeyli genişləndirməklə yanaşı, elm və mədəniyyətin inkişafına xüsusi
diqqət yetirmiş, Elxanilər dövlətinin yaranması isə türk etnik tərkibində
Azərbaycanın irəli çıxmasına xüsusi şərait yaratmışdı. Bu dövrün dilçiliklə bağlı ən
mühüm nümunəsi isə Seyid Cəmaləddin Ibn Mühənnanın «Hilyətül-insan həlbətül-
lisan» («Hilyətül-lisan həlbətül-bəyan») əsəri hesab edilməkdədir. Bu lüğətdə
türkcə, farsca ilə yanaşı, monqol dili də müəyyən dərəcədə öz əksini tapmışdır və
həmin faktı Əhməd Cəfəroğlu belə əsaslandırmışdır: «...Ibn Mühənna yerli kültür
hərəkatına bağlı qalaraq monqol hakimiyyəti altındakı digər sahələrdə yazılan bəzi
sözlüklər kimi, öz lüğətini türk, fars və monqol dilləri üzrə tərtib etməyi lüzumlu
görmüşdür. Əsərdə monqol dilinə türk və fars dilləri ölçüsündə yer vermiş olması
bu dilin Elxanilər sahəsində dövlət dili olaraq işlədilməsindən irəli gəlmişdir» (5,
II,145).
Ə.Cəfəroğlu dilimizin tarixini aydınlaşdırmaq baxımından yüksək dəyərlən-
dirdiyi Ibn Mühənna lüğətini «türk kültürünə işıq saçan» əsər adlandırmış,
müəllifin bəzən türk, bəzən Türkistan (bizim məmləkət Türkistan) ifadələrinə
əsaslanaraq, onun iki müxtəlif şivədən bəhs etdiyinə diqqəti yönəltmiş, xarakterik
cəhətləri incələdikdən sonra belə bir nəticəyə gəlmişdir: «Demək, Ibn Mühənna
əsərində yalnız Türküstan türkcəsi lüğətlərini toplamamış, bəzən də «Bizim
122
məmləkət türkləri»nin şivəsindən, yəni Iran Azərbaycanı türkcəsindən kəlmələr
almışdır. Nəhayət, əsərdə Elxanilər sahəsində rolları ihmal edilməyəcək olan
türkmənlərin şivəsinə də azacıq olsa, yer verilmişdir. Bu surətlə Ibn Mühənna
lüğətinə başlıca üç ədəbi türk şivəsini toparlamağa çalışmışdır» (5, II,147).
Ə.Cəfəroğlu həmin türk şivələrinin Müştərək Orta Asiya və ya xaqaniyyə,
Azərbaycan və türkmən dilləri olduğunu faktlarla şərh etsə də, məhz Azərbaycan
ədəbi dilininin varlığını sübuta yetirməsi və həmin dövrdəki mənzərəsini
yaratması baxımından Ibn Mühənna lüğətinin çox mühüm dəyər daşıdığını xüsusi
qeyd etmişdir. Məlumdur ki, Azərbaycan dilinin tarixini araşdırmaq baxımından
son dərəcə əhəmiyyətli olan bu mənbə ilə bağlı ilk dəfə P.M.Melioranski (1868-
1906) tədqiqat aparmış, lakin müəllifin və lüğətin adı tam dəqiqləşmədiyindən
alim «Ərəb filoloqu türk dili haqqında» («Араб филолог о турецском языке»)
adı ilə çap etdirmişdir. Bir qədər sonra Kilisli Rüfət (1873-1953) Istanbulda yeni
bir əlyazma taparaq, sözlüyün və tərtib edənin adını müəyyənləşdirmiş, əsər «Ibn
Mühənna lüğəti» adı ilə Istanbulda hicri 1338-1340-cı (miladi 1919/20 – 1921/22 –
ci) illərdə, daha sonralar A.Battal tərəfindən 1934-cü ildə nəşr edilmişdir (5, II,149;
1,73). Lüğətin müəllifinin şəxsiyyətini tam dəqiqləşdirmək isə mümkün
olmamışdır.
Görkəmli türkoloq N.A.Baskakov da «Türk dillərinin öyrənilməsinə giriş»
monoqrafiyasında «Hilyətül-insan həlbətül-lisan» əsərinin oğuz dillərindən birinin
linqvistik xüsusiyyətlərini əks etdirdiyini və P.M.Melioranskiyə istinadən əsərin
XIV əsrdə Iranın şimali-qərbində, yaxud Azərbaycanda yazıldığına diqqəti
çəkmişdir (1,73).
Ə.Cəfəroğlu türkcə sözlərin seçilib sıralanmasında özünəməxsus bir sistem
və metoddan istifadə olunduğu Ibn Mühənna lüğətindən Mir Əlişir Nəvainin
(1441-1501) də yararlandığını, 1499-cu ildə eyni üsulla fars dilinə qarşı türk
dilinin üstünlüklərini əks etdirən «Mühakimətül-lüğəteyn» (12) adlı sözlük tərtib
etdiyini nümunələrlə əsaslandırmışdır.
Elxanilər dövrü Azərbaycanında sosial və dini təsəvvürləri öyrənmək
baxımından da Ibn Mühənna lüğətinin çox əvəzsiz bir məxəz olduğunu xüsusi
nəzərə çatdıran Ə.Cəfəroğlu yazır: «Yüzdən artıq sənətə və ziraətə aid türkcə əsnaf
təbir və adlarının əsərdə toplanması, o dövr Azərbaycanında ticarət, ziraət və sənət
həyatının çox yüksək səviyyədə olduğunu göstərməkdədir. Sənətə aid terminlər
içərisində qopuzçu, qalxançı, çağırçı-şərabçı, yapığçı-memar, yarmaqçı-para kəsən,
sünğüçü - süngü düzəldən, sığtaçı - ölüyə ağlayan kimsə, saxışçı - mühasibəçi və
ilaxır kimi məslək adlarının olması ilə bu dövr Azərbaycan həyatının hər bir
baxımdan zəngin və xatırı sayılır bir səviyyədə bulunduğunu göstərməkdədir» (5,
II,148).
Ibn Mühənnanın əsərində neftlə əlaqədar ifadələrin öz əksini tapması
lüğətin Azərbaycanla bağlılığını bir daha sübut etdiyinə Ə.Cəfəroğlu xüsusi diqqət
yetirmiş, həmin faktın «bizim məmləkət türkcəsi» ifadəsinə də aydınlıq gətirdiyini
və beləliklə, onun əhəmiyyətini artırdığını göstərmişdir: «Hələ «yer yağı» adı
Dostları ilə paylaş: |