72
lə də olsa, telefonla respublika inqilab komitəsinin
nəzdində fəaliyyət göstərən Ümumittifaq Müsəlman
Kollegiyasının sədri tatar Mirsəyet Sultanğəliyevlə
danışır. Sultanğəliyev tez Stalinə zəng vurur və onun
göstərişilə Vəlidov Moskvaya göndərilir... İ.Stalinin
himayəsində olan Vəlidov Moskvada dəfələrlə Le-
ninlə də görüşür. Bu görüşlərin birinə o xristianlığı
qəbul etmiş başqırd əsilli Mstislav Kulayevlə (öz adı
Möxəmmətəli idi) birlikdə gedir. Leninlə görüşərkən
Kulayev “mən xristian başqırdam” deyir. Lenin soru-
şur: “Din dəyişdirmənizdən sonra xalqınızla münasi-
bətiniz pozulmadı ki? Din dəyişdirmək yerinə ateist
olsaydınız, daha yaxşı olmazdımı?” Buradan aydın
görünür ki, bolşeviklər heç də müsəlmanları sıxışdı-
rıb xristianlığı təbliğ etmək fikrində deyildilər. Onlar
ümumiyyətlə dinə qarşı idilər. Leninə görə, “din xalq
üçün tiryək idi”... Təssüf ki, bu gün din adına törə-
dilən vəhşiliklər onun sözlərinə müəyyən qədər haqq
qazandırmağa imkan verir.
Bolşeviklərin hakimiyyəti dövründə əsasən udu-
zan tərəf böyük güc sahibi və imperiya iddialı rus
milliyyətçiləri (şovinistləri) idi. Onlar dini - pravos-
lav xristianlığı milli birlik yolunda birləşdirici, xila-
sedici qüvvə kimi görürdülər. Bunu dərk edən bol-
şevik rəhbərlər digər xalqların da milliyyətçi və dini
hisslərini boğmaq məcburiyyətində idilər. Çünki yeni
qurulmuş hökuməti devirmək istəyi, cəhdləri ilk il-
lərdə səngimirdi. Əslində bu siyasət Georgi Fedotov
kimi düşünənlərə qarşı idi. Onların isə sayı həm ölkə
daxilində, həm də ölkədən kənarda, mühacirətdə az
73
deyildi. Onlar kommunistlərin sonunu gözləyir, göz-
ləməklə yanaşı, həm də ona hazırlaşırdılar... İllər keç-
di, Sovetlər dağıldı və Rusiyada fedotovlar yenə də
ayağa qalxdılar. İş o yerə çatdı ki, söhbətimin əvvə-
lində qeyd etdiyim kimi, Çar Rusiyasının bayrağını
belə qəbul etmək kimi imperiya qoxusu gələn iddia-
lar qanad açdı... İmperiyanın sərhədlərini qaytarmaq
istəyi kimi...
V.Leninin qurduğu dünyada Rusiya artıq İmperiya
deyildi. Rus şovinizminə, ruslaşdırma və xristianlaş-
dırmaya qarşı elan olunmuş müharibə milliyyətçilə-
rin əl-qolunu bağlayırdı. Elə buna görə də G.Fedotov
kimilər ölkəni tərk edir, kommunistlərin hakimiyyəti-
nin sonunu mühacirətdə gözləyirdilər. Onlar bilirdilər
ki, süqut labüddür və bu süqutun ardınca milli dirçəliş
başlayacaq...
Sovet İmperiyası-
nın süqutunu Atatürk
də görürdü... O, 1933-
cü ildə Cumhuriyyə-
tin X ildönümündə
demişdir: ‘’Bu gün
Sovetlər Birliyi dos-
tumuzdur, qonşumuz-
dur, müttəfiqimizdir.
Fəqət o da Avstri-
ya-Macarıstan İmpe-
ratorluğu kimi dağıla
bilər. Sovetlər Birliyi-
nin dağılması ilə əlində
Mustafa Kamal Atatürk
(1881 - 1938)
74
bərk-bərk tutduğu uluslar ovuclarından qaça bilərlər...
Bax o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim
bu dostumuzun idarəsində dili bir, inancı bir, kökü bir
qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalı-
yıq. Hazır olmaq, yalnız o günü susub gözləmək deyil,
hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır?
Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür,
inanc bir körpüdür, tarix bir körpüdür. Köklərimizə
enməli və olayların böldüyü tariximizin içində bütün-
ləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməmə-
liliyik. Bizim onlara yaxınlaşmağımız lazımdır’’.
XX əsrin ikinci yarısından kommunistlər arasında-
kı şovinist hisslər yavaş-yavaş üzə çıxırdı. Əsrin son-
larına bu meyllər özünü açıq göstərirdi. Artıq SSRİ
adı altında yenidən zühur edən Rusiya İmperiyasının
əlamətləri peyda olurdu.
Belovejskaya Puşşada Mixail Qorbaçovun haki-
miyyətinə son qoyan gizli müqavilə zamanı əvvəlcə
Mixail Qorbaçov (1931)
75
Slavyan Birliyi (Rusiya, Ukrayna və Belorusiya) ya-
radılması nəzərdə tutulsa da, Ukraynanın bu məsələyə
qol qoymaması Qazaxıstanı da müvəqqəti güc kimi
önə çıxartdı, və, hələ ki, Georgi Fedotovun da, digər
pravoslav milliyyətçilərin də arzusunda olduqları ve-
likorusların başçılığı ilə Slavyan Birliyi baş tutmadı.
Bu gün vahid valyuta (rus rublu), vahid sərhəd, vahid
büdcə ilə İttifaqa girməyi təklif edən Rusiya ya Vla-
dimir Lukaşenkonun “şıltaqlıqlarına” dözməli, ya da
Slavyan Birliyi ideyasına birdəfəlik əlvida deməlidir.
Ukrayna hələ də bu birlik üçün təhlükəli olaraq qalır.
G.Fedotovun maloruslar adlandırdığı Ukrayna xalqı
milli kimliyini dərk edir, onu bir xalq kimi məhv et-
mək istəyənləri tanıyır, öz tarixini öyrənir, qüdrətli
dövlətlərinin qüdrətini sındıranları, zəiflədənləri cə-
zalandırmağa çalışır. Lakin Rusiya vaxtilə yeritdiyi
ağıllı siyasətin müsbət nəticələrini bu gün görür. Hər
ölkənin içərisinə yeritdiyi ruslar bu gün yerli xalqla-
rın baş bəlasına çevrilirlər. Dnestryanı ruslar və Uk-
raynadakı ruslar buna gözəl örnəkdir...
G.Fedotovun velikoruslara ünvanladığı “Rusiya
yaşayacaqmı?” məqaləsi Rusiya üçün nəzərdə tutul-
sa da, vaxtilə Rusiya İmperiyası sərhədləri içərisində
olan, sonradan ayrılaraq müstəqilliklərinə qovuşan
bütün xalqlar üçün bir həyəcan siqnalıdır...
Georgi Fedotovun həyəcan siqnalı saydığımız, bir
politoloq kimi gələcəyə, yəni bu günümüzə yönəlik,
bir çoxunun özünü doğrultduğu proqnozlar verdiyi
məqaləsini ruscadan tərcümə edərək diqqətinizə çat-
dırıram.
Dostları ilə paylaş: |