55
Nəticədə Rusiyada
yaymaq üçün 1865-
1904-cü illərdə Prus-
siyada litva dilində
1830, 1874-1904-cü
illər arası isə ABŞ-da
701 adda çap məmu-
latı işıq üzü gördü.
Ümumi nüsxə sayı 6
mln olan bu nəşrlərdən
təkcə əlifba kitabının
nüsxə sayı 10 mindən
çox, təqvim 8 min, dua
kitabı 7 500, kübar da-
irələrdə oxunan kitab-
ların orta nüsxə sayı isə
2 500 idi. Gizli məktəblər yaradılırdı. Öz ana dilində
kitab oxuduğuna görə çoxları Sibirə sürgün olunur,
həbs edilirdilər. Təbii ki, kitabları Rusiya hüdudlarına
gətirənlər tutulanda, ciddi cəzalandırılırdılar. 3 047
nəfər kitab daşıyanın ələ keçdiyi haqqında sənədlər
var. Onlardan biri də Yurqis Belinis idi.
Bu gün hər il Yurqis Belinisin doğum günü olan
16 mart Litvada kitab daşıma günü kimi qeyd olu-
nur. 1928-1939-cu illərdə heykəltaraş Yuozas Zikaris
(1881-1944)
məşhur
“Kitabdaşıyan” heykəlini düzəldir. Bu da o
deməkdir ki, yaddaş daim diri tutulurdu. Qadağaların
sayəsində xalq birləşdi, mədəni və siyasi savadı art-
dı, milli özünüdərk, dil, yazı, əlifba, yaddaş qorunub
Yurqis Belinis
(1846-1918)
58
150 il əvvəl baş vermişdir... Kilsə pravoslav kilsə ilə
birləşdirilmiş, ruslaşdırma və xristianlaşdırma siyasə-
ti sürətləndirilmişdi. Polşa üsyanından sonra 1866-cı
ildə Rusiya İmperiyası tərəfindən belarus dili də qa-
dağan olundu.
Tarix təkrar olunur?.. Yox! Tarix heç vaxt unudul-
mur!..
Avstriyanın tabeçiliyində olan Qaliçdəki ukrayna-
lılar öz dillərini və mədəniyyətlərini inkişaf etdirə bil-
dikləri halda, Rusiya işğalında olan Ukrayna torpaq-
larında xalq əzab-əziyyət içərisində yaşayırdı. XIX
əsrdə rus şovinizmi geniş vüsət almışdı. İmperiyanın
hüdudları böyüdükcə, millətçilik də baş alıb gedir,
ruslaşdırma və xristianlaşdırma siyasəti yeridilirdi.
Lakin Çar Rusiyası çox gözəl bilirdi ki, zor gücünə
ələ keçirilən torpaqların əhalisi fürsət düşən kimi ona
qarşı çıxacaq. Finlandiyada çarın təyin etdiyi gene-
ral-qubernatorun bir gənc tərəfindən öldürülməsi,
Ukraynadakı nizamsız etirazlar da Georgi Fedotov
kimilərini ağıllandırmadı. Azərbaycan kimi bir çox
milli dövlətlərdə müxtəlif xalqlar,
etnik və etnoqrafik
qruplar yaşadığı üçün milliyyətçilik milli dövlət üçün
də təhlükəlidir. Fedotov və onun kimi milliyyətçilər
bilməliydilər ki, milliyyətçilik süquta aparan yoldur.
Bunu V.Lenin yaxşı bildiyi üçün Ukrayna kimi həssas
bölgəni əldə saxlamaq məqsədilə Çar Rusiyasından
fərqli üsullara əl atırdı...
1917-ci il inqilabından sonra Xarkovda SSR qu-
ruldu. Avstriya-Macarıstan İmperiyasının süqutundan
sonra buradakı ukraynalılar 1918-ci ildə Lemberqdə