Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

44
Pyotra qarşı çıxan və buna görə Rusiya imperatoru-
nun qəzəbinə tuş gələn, haqqında ziddiyyətli fikirlər 
söylənilən İvan Mazepa kral XII Karlla birgə qaçaraq 
Osmanlıya məxsus torpaqlarda gizləndi və Benderdə 
vəfat etdi... 
XVII  əsrin  sonlarında  Ukrayna  və  Belarusiyanın 
tamamən Rusiyaya daxil edilməsi prosesi başa çatdı. 
Polşa mülkədarlarının zülmü çarizmin milli-müstəm-
ləkəçilik zülmü ilə əvəz olundu
1721-ci  il  avqustun  30-da  Finlandiyanın  Niştadt 
şəhərində bağlanan sülh müqaviləsindən sonra Baltik 
dənizinin sahilboyu əraziləri də Rusiyanın əlinə keç-
di. İlin sonuna doğru Senat I Pyotra imperator titulu 
verdi, Rusiya isə rəsmi olaraq Rusiya İmperiyası ad-
landırıldı...
Rusiyanın işğalı altında olan torpaqlarda zaman-za-
man üsyanlar qalxırdı. 
Xalq  Rusiyanın  ağa-
lığı  ilə  barışa  bilmir-
di.  Belə  üsyanlardan 
biri  olan  Yemelyan 
Puqaçov 
üsyanının 
yatırılması  Zaporojye 
Seçin  məhvi,  Solsa-
hil  Ukraynasının  ka-
zak  alaylarının  ləğvi, 
Volqa kazaklarının Şi-
mali Qafqaza sürgünü 
və  kazakların  əvvəlki 
II Yekaterina  (1729 - 1796)


45
sərbəstliklərinin  əllərindən  alınması  ilə  nəticələndi. 
Maraqlıdır ki, bu gün kazaklar onların ulu babaları-
na qarşı edilən zülmü unudaraq yenə də əvvəlki kimi 
Rusiyanın vuran əli olaraq qalırlar. Lakin Ukraynada 
vəziyyət bir az fərqlidir. Buradakı kazakların əksəriy-
yəti öz tarixinə hörmətlə yanaşır, unutmur, tarixi dost 
və düşmənlərini tanıyır... 
II Yekaterina XVIII əsrin ikinci yarısında Ukrayna 
torpaqlarını rus məmurlarına, zadəgan və generalla-
rına paylayır, buraya çoxlu sayda rus kəndlisi köçü-
rürdü... 
1) REÇ  POSPOLİTAYANIN BİRİNCİ  
PARÇALANMASI
Rusiya, Prussiya və Avstriya tərəfindən Peç Pospo-
litaya  üç dəfə - 1772, 1793, 1795-ci illərdə parçalan-
dı...  Birinci  parçalanmada  Rusiya  indiki  Baltikyanı 
ölkələrin bir hissəsini (Livoniya, Zadvin hersoqluğu), 
Vitebsk, Polotsk və Mstislavl da daxil olmaqla Dvi-
na, Drut və Dneprə qədər Belarusiyanı, yəni Polşanın 
ərazisinin 92 min kv.km-lik  hissəsini 1 mln 300 min 
nəfərlik  əhalisi  ilə  ələ  keçirdi.  Prussiyanın  əlinə  36 
min kv.km ərazi və 580 min əhali keçdi. Avstriya 83 
min kv.km ərazi və 2 mln 600 min əhali ilə kifayət-
ləndi.
Polşa kralı qərb dövlətlərindən yardım istəsə də, 
yardım edən olmadı.


46
2) REÇ  POSPOLİTAYANIN  İKİNCİ  
PARÇALANMASI
İkinci  parçalanma  zamanı  Minsk,  Volın  və  Po-
dolye  Rusiyanın  əlinə  keçdi.  Reç  Pospolitayanın 
paytaxtı  Varşavada  rus  qarnizonu  postu  quruldu. 
1794-cü  ildə  Polşadakı  rus  ordusunun  komandanı 
general  İgelstrom  polyak  ordusunun  buraxılmasını 
tələb edərkən general Madalinski etirazını bildirərək 
ruslara hücum etdi, Prussiyanın eskadronunu dağıtdı 
və  Tadeuş  Kostyuşkonun  başçılığı  altındakı  polyak 
üsyanının mərkəzi olan Krakova yaxınlaşdı. Həmin 
il  aprelin  5  (17)-də  Varşava  sakinləri  də  rusların  8 
minlik dağınıq ordusuna hücum etdi. Vətənlərini ya-
dellilərin işğalından qorumağa çalışan polyaklar rus 
əsgərlərini öldürdülər. General İgelstrom isə sevgilisi 
Zalusskaya  tərəfindən  başqa  geyimdə  aradan  çıxar-
dıldı.  Onun  yerinə  knyaz 
Repnin  təyin  olundu.  II 
Yekaterina  bütün  sərhəd 
boyunu qorumağı general 
Rumyantsevə  tapşırdı.  O 
da  Aleksandr  Suvorovu 
Brest  qalasını  tutmağa 
və  Buq  çayı  boyu  zolağı 
müdafiə  etməyə  yolladı. 
Tarixə nifrət dolu sətirlər 
yazılan  səhifələr  bir-bi-
rini  əvəz  etməyə  başladı. 
1794-cü ilin sentyabrında 
11  minlik  ordu  ilə  Bresti 
Aleksandr Suvorov  
(1730 - 1800)


47
alan Suvorov polşalı general Serakovskinin korpusu-
nu darmadağın etdi. Oktyabrda Prussiya ordusundakı 
rus dəstəsinə başçılıq edən Ferzenin əsgərlərini, daha 
sonra isə general-poruçik Derfeldenin dəstəsini özü-
nünkünə  birləşdirən  Suvorov  24-25  minlik  qoşunla 
Praqaya yaxınlaşdı...
a) 1794-CÜ  İL  PRAQA  QƏTLİAMI
Praqa Varşava ilə Visla çayı üzərindəki uzun körpü 
ilə birləşirdi. Şəhəri bəzi mənbələrdə 10, bəzi mən-
bələrdə  20  min  pis  silahlanmış  ordu  qoruyurdu.  23 
oktyabrda (3 noyabr) Praqa atəşə tutulur və Suvoro-
vun qoşununun Praqaya hücumu başlayır... Hücumun 
təfərrüatına varmaq istəmirəm. Təbii ki, sayca az və 
pis silahlanmış polyaklar şəhəri müdafiə edə bilmə-
dilər... Amma bütün vəhşiliklər də elə bundan sonra 
başladı. Rus əsgərlər əllərinə keçəni “heç kəsə par-
don yoxdur” deyərək qətlə yetirirdilər. Şəhər əhalisi 
süngülərlə dəlik-deşik edilirdi. Onların arasında ək-
səriyyətinin  qadınlar,  uşaqlar  və  qocalar  olduğunu 
nəzərə  alsaq  (döyüşə  bilənlər  savaşda  ölmüşdülər), 
bu vəhşiliyin  XVIII əsrin ən böyük və dəhşətli qət-
liamlarından biri və bəlkə də birincisi olduğunu deyə 
bilərik.  Hətta  hücum  edənlərdən  Fon  Klugen,  Lev 
Engelqardt və başqaları belə küçələrdə, çayın sahilin-
də saysız-hesabsız kişi, qadın, körpə, qoca cəsədləri-
nin olduğunu dəhşətlə xatırlayırdılar. Demək olar ki, 
Praqanın bütün əhalisi öz vətənləri, yurdları, doğma 


48
şəhərləri uğrunda şəhid oldu. Və bu qətliamı törədən-
lər  arasında  Potyomkinin,  Lobanov-Rostovskinin, 
Tormasovun, Raxmanovun, Denisovun və daha neçə-
neçə  hərbi  rütbəlilərin,  əsasən  də  onların  başında 
duran A.Suvorovun ayrıca yeri var. Nəticədə 13 340 
nəfər  polyak  öldürülmüş,  12  860  nəfər  əsir  alınmış 
(onların bir hissəsi Sibirə sürgün edildi), 2 000 nəfər-
dən çoxu suda boğulmuşdu. Suvorovun ordusu 1 500 
nəfər itki vermiş, onlardan 580 nəfəri öldürülmüşdü. 
A.Petruşevski  Suvorovun  tərcümeyi-halında  polyak 
mənbələrinə əsaslanaraq 8 min əli silahlının, 12 min 
dinc şəhər əhalisinin qətlə yetirildiyini yazır. İstənilən 
halda  əgər  müharibə  vaxtı  öldürülən  dinc  əhalinin 
sayı döyüşənlərdən çoxdursa, bu müharibənin bütün 
qanunlarının pozulması deməkdir. Təsadüfi deyil ki, 
Praqa  qətliamından  sonra  Avropa  mətbuatında  Su-
vorovu “vəhşi, qaniçən” adlandırmışdılar. Budur, bir 
xalqa qarşı törədilən genosid, soyqırım: şəhərə soxul-
muş 20 mindən çox əli süngülü rus əsgərin 580 nəfər 
hərbçi ilə yanaşı qətlə yetirdiyi 13 340 nəfər polyak 
kişi, qadın, uşaq, qoca...
Bu  “igidliyinə”  görə  II  Yekaterina  general-anşef 
A.Suvorova ən yüksək hərbi rütbə  - feldmarşal rüt-
bəsi ilə yanaşı Polşa kralının ələ keçirilmiş 7 min kişi 
əhalisi  olan  Kobrin  Klyuç  malikanəsini  də  hədiyyə 
olaraq verdi. Rusiyanın o vaxtkı müttəfiqləri, ortaq-
ları Prussiya kralı Fridrix-Vilhelm Suvorova Qırmızı 
Qartal ordeni və böyük Qara Qartal, Avstriya impera-
toru Frants isə özünün brilliantlarla bəzədilmiş port-
retini yolladı. II Yekaterina dinc əhali üzərində silahlı 
rus əsgərlərin qələbəsinin şərəfinə “Praqanın alınma-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə