Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   2   3   4   5   6   7   8   9   10   ...   29

35
başlayır. Kiyev Rus dövlətinə iddialar da elə buradan 
qaynaqlanır. Moskoviya nəinki Kiyev Rus dövlətinə, 
hətta Bizansa da iddia ilə yanaşırdı. Rəvayətə görə, 
“Monomaxın  papağı”  adı  ilə  məşhur  olan  həmin  o 
papağını  Kiyev  knyazı  Vladimir  Monomaxa  onun 
babası Bizans bazileusu IX Konstantin bağışlamışdır. 
Bu da guya Bizans hakimiyyətini rəmzi olaraq Kiyev 
Rus dövlətinə vermək deməkdir. İlk Suzdal knyazının 
Vladimir Monomaxın kiçik oğlu olması və papağın 
da Moskoviyada olması onu göstərir ki, Moskoviya 
hökmdarları Kiyev və keçmiş Bizansın xələfləridir və 
onların taxtlarına haqqları çatır. Rusların Konstanti-
nopola (İstanbula) bu qədər can atmalarının səbəsi də 
budur. Yalan tarix, yalan vəsiyyətnamə (guya Vladi-
mir Monomax Kiyev Rus dövlətini vərəsəlik hüququ-
na görə Yuriyə verir və s.) sonralar öz işini gördü...
Əslində    Monomaxın  papağı  qızılla  işlənmiş 
Buxara  papağıdır.  Özbək  xan  onu  qardaşı  İvan  Ka-
litaya  (Kalta  Kulxana)  bağışlamışdır  (Логвин  Ю. 
«Кобыла,  Калита  и  тюбетейка  «Мономаха».  – 
«Время», Киев, 1997, 27 марта»).
1547-ci ildə kilsədə IV İvan – İvan Qroznı Mosk-
va Çarı titulu alanda guya Konstantinopoldan Mos-
kvaya göndərilən qramotadakı 37 imzadan 35-i sax-
ta  imiş.  Yəni,  əslində  bu  sənəd  Konstantinopoldan 
gəlməmişdir.  Onu  elə  Moskvadaca  imzalamışdılar.  
Beləcə,  İvan  Qroznı  “Bizans  İmperatorunun  varisi” 
olur.  Ən  böyük  yalan  isə  I  Pyotrun  dövründə  yara-
nır. O, 1701-ci ildə bütün yerli xalqların yazılı mən-
bələrinin (səlnamələr, xronikalar, xronoqraflar, qədim 


36
tarixi  yazılar,  kilsə  sənədləri  və  s.)  üzə  çıxardılma-
sı  ilə  bağlı  göstəriş  verir.  Siyasətə  uyğun  gəlməyən 
sənədlər  məhv  edilir.  1716-cı  ildə  I  Pyotr  guya  Ki-
yev və Moskva knyazlıqlarının birləşməsindən bəhs 
olunan Keniqsberq səlnaməsinin surətini çıxardır. 22 
oktyabr  (2 noyabr) 1721-ci ildə Moskva Rusiya İm-
periyası,  moskovitlər  isə  rus  elan  edilir. Avropadan 
gətirdiyi peşəkar tarixçilər I Pyotrun siyasi yalanını 
tarixi “faktlarla” təsdiqləməyə kömək etdilər. Beləcə, 
moskovitlər Kiyev Rus dövlətinin zəngin tarixinə sa-
hib çıxdılar. Bu işi II Yekaterina da davam etdirdi: 4 
dekabr 1783-cü ildə “əsasən Rusiyanın qədim tarixi 
haqqında  siyahı  tərtib  etmək  üçün  on  nəfər  tarixçi-
dən ibarət komissiya yaratdı. On il işləyən komissi-
ya  1792-ci  ildə  “Yekaterina  tarixi”ni  ortaya  qoydu. 
Məqsəd  Moskoviyanın  Kiyev  Rus  dövlətinə  iddia-
larını  əsaslandırmaq  idi.  XVII  əsr  tarixçisi  Andrey 
Lızlov özünün iki hissədən ibarət “Skif tarixi” (1776; 
1787) əsərində göstərir ki, Moskoviyanın əhalisi ay-
rıca özünəməxsus xalqdır və ruslarla (Kiyev Rusu), 
Litva,  polyak  və  başqa  slavyanlarla  heç  bir  əlaqəsi 
yoxdur”. Müəllifə görə, bu ərazilərdə “Moskva (mos-
kovitı-mokşa),  rusiyalılar  (ukraynalılar,  litva  (belo-
ruslar) voloxlar və Avropa tatarları (Kırım, noqay və 
s.) yaşayırlar”.  A.Lızlov qeyd edir ki, Moskva xalqı 
mokşa-moksel  xalqıdır.  Slavyanlar  onlara  moskali, 
moksel, finlər – mokşa deyirlər. Yəni onlar slavyan 
deyil,  rusiçi  deyil,  fin-uqor  xalqıdır.  Lızlova  görə, 
Moskoviyanın və Kiyevin xalqları müxtəlifdir. Çünki 
yalnız 1721-ci ildə I Pyotr Moskoviyanı Rusiya elan 


37
etmişdir...  “Skif  tarixi” kitabı  da  qadağan  olunmuş-
dur. Bütün səlnamələr, sənədlər yenidən yazıldı, ori-
jinallar məhv edildi... Kiyev Rusu ilə fin tayfalarının 
əlaqəsi barədə əlyazmaların heç biri orijinal deyil...
Bəzi  tarixçilərə  görə,  şərqi  slavyan  tayfa  birli-
yi  olan  polyanlar  Dnepr,  Ros  və  İrpenya  çaylarına 
yaxın  ərazilərdə  yaşamışdılar.  Saxtalaşdırılmış  bəzi 
IX  əsr  qaynaqlarına  görə,  “polyanlar  indi  rus  adla-
nırlar”.  Nestorun  səlnaməsində  polyanların  ciddi 
adət-ənənələrinin,  ədəb-ərkanlarının,  ailə-nigah  qa-
nunlarının olduğu göstərilir, onlar drevlyanlardan, ra-
dimiçlərdən və vyatiçlərdən fərqləndirilirlər. VIII əs-
rdə xəzərlərə vergi verən polyanların adları əldə olan 
materiallardan son dəfə 1208-ci ildə İpatyev səlnamə-
sində  çəkilir. Yuxarıda  qeyd  etmişdik  ki,  polyanları 
polyaklar da ulu babaları hesab edirlər.
Kiyev  haqqında  məlumatlar  və  fərziyyələr  bitib 
tükənmək  bilmir.  Helmondun  “Slavyan  Xronikası”-
na  görə  Kiyevi  “Xuniqrad  adlandırırdılar,  çünki  bu 
yerlərdə əvvəllər hunlar yaşamış və şəhəri də onlar 
salmışlar...” Bu da maraqlı faktdır...


38
REÇ POSPOLİTAYA
Polşa krallığının və Litva Knyazlığının federasiya-
sı olan Reç Pospolitaya dövləti 1569-cu ildə Lüblin 
razılaşmasına əsasən yaradılmışdır. Yaradılma səbəbi 
isə  bu  idi  ki,  İvan  Qroznının  özünü  Bizansın  varisi 
elan etməsi hələ XVII əsrdə Moskvanı ətraf xalqlar 
üçün  böyük  təhlükə  mənbəyinə  çevirmişdir.    Bəzi 
xalqlar bu təhlükənin qarşısında təkbaşına davam gə-
tirə bilməyəcəklərindən birləşirdilər. Beləcə, 1569-cu 
ildə Lüblin razılaşması ilə Polşa Krallığının və Bö-
yük Litva Knyazlığının federasiyası olan və, əsasən 
“Moskvadan gələn təhlükəyə qarşı” Reç Popolitaya 
yaradıldı.  Reç  Pospolitaya  Avropada,  əsasən  Asiya 
ərazisində  yerləşən  Osmanlı  İmperiyasından  son-
ra  sərhədlərinə  görə  ən  böyük  dövlət  idi.  Bağlanan 
müqaviləyə  əsasən  Ukrayna  altı  voyevodalıqla  Pol-
şaya birləşdi. Belarus Litvanın əlində qaldı. Hazırkı 
Lüblin razılaşması (1569)


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə