49
sına görə xaç” təsis etmişdir. Praqa qətliamında iştirak
edənlərin hər biri üzərində “Əmək və şücaətə görə”
yazılmış həmin qızıl və gümüş xaçlarla mükafatlan-
dırıldı. Xaçların arxasına “Praqa 24 oktyabr 1794-cü
ildə alınmışdır” sözləri yazılmışdır.
Bu gün çoxları təəccüblənir: niyə slavyan polyak-
larda, çexlərdə ruslara bu qədər nifrət var? Budur bu-
günkü nifrətin kökündə duran qanlı faktlar... Heç kəsə
aman verməyən rus əsgərlərin törətdiyi bu vəhşiliyi
zaman unutdursa da, tarix unutmadı...
2009-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri
Medvedevin feldmarşal A.Suvorovun xatirəsini an-
ması çexlər və polyaklar arasında narazılığa səbəb ol-
muşdur. Onlar, əsasən də Polşanın “Hüquq və ədalət”
partiyası, Şimal Praqasının Varşava rayonunun Şura
və İdarəsi, “Katolik hərəkat” təşkilatı və rayonun Pol-
yak Skautlar Birliyi 1794-cü ilin noyabrında Praqanın
Varşava rayonunda dinc əhaliyə qarşı törədilən qətli-
Praqa qətliamı (1794)
50
amın əsas günahkarının A.Suvorov və onun rus ordu-
su olduğunu unutmur, bu gün belə tarixin nifrət dolu
xatirələrini araşdırır, gənc nəslə öyrədirlər. Məğ-
lub olanların şərəfinə (Gloria Victis) keçirilən anma
törənlərində Varşava teatrlarının tanınmış aktyorları,
ictimai xadimləri iştirak edir, Praqa qətliamında öldü-
rülənlərin ruhuna dualar oxunur, şəhidlərin xatirəsinə
qoyulan xaçın önünü əklillərlə bəzəyirlər. Rusiyada
Aleksandr Suvorov Rusiya hərb tarixi üçün qürur
mənbəyi olduğu halda, çexlər, polyaklar arasında
qəddarlığı, dinc əhaliyə qarşı amansızlığı ilə yadda
qalmışdır. Rusiyanın işğalçılıq siyasətinə qarşı ayağa
qalxan əhalinin 20 mini (bu gün polyaklar bu rəqəm
üzərində dayanırlar) bir neçə saat ərzində qanına qəl-
tan edilmişdir. Başı kəsilənlər, qanı tökülənlər arasın-
da çoxlu sayda qadın və uşaqların da olması faciənin
masştabını daha da genişləndirir...
Praqada rusların vəhşiliklərini əks etdirən karikatura
51
3) REÇ POSPOLİTAYANIN ÜÇÜNCÜ
PARÇALANMASI
Praqa qətliamından sonra 1795-ci ildə Reç Pospo-
litayanın Rusiya, Prussiya və Avstriya arasında üçün-
cü parçalanması baş verdi və Reç Pospolitaya bir
dövlət kimi tamamilə ortadan qalxdı.
Bu parçalanmalar zamanı Litva, Belarus (Prussi-
yaya qatılan Belostok şəhəri olan hissədən başqa) və
Avstriyaya qatılan Qalitsından başqa bütün Ukrayna
torpaqları Rusiyanın əlinə keçdi...
a) İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN
DURUMU
1850-ci illərdə Rusiyanın əlinə keçən ərazilərdə
“qırmızılar” adlandırılan dəstələr tərəfindən aqrar is-
lahatlar, demokratikləşmə və müstəqillik tələbləri ar-
tır, açıq silahlı mübarizə və üsyanlar hazırlanırdı. Belə
bir vaxtda Anjey Zamoyski kənd təsərrüfatı cəmiyyə-
ti yaradır. Qısa müddət ərzində cəmiyyətin ətrafında
əksəriyyəti Sibir sürgünündən qayıdan polyaklardan
ibarət xeyli qüvvə toplanır.
Tezliklə Kırım xanlığı da “Tavrida” adı ilə Ru-
siyaya ilhaq edildi. Artıq rus mülkədarlarının axını
ilə qarşılaşan Qara dəniz ətrafının məhsuldar çölləri
Novorusiya adlandırılırdı... Bu gün də Rusiya işğal
etdiyi Ukrayna ərazilərini Novorusiya adlandırmaqla
Çar Rusiyasının yarımçıq qalmış işğalçı siyasətini da-
52
vam etdirdiyini sübuta
yetirir...
1830-1831-ci illər
polyak üsyanında Var-
şavanın müdafiəsində
qətlə yetirilən general
Y.Sovinskinin həyat
yoldaşının dəfnindən
sonra polyak tələbələr
və şəhər yoxsulları
pravoslav rus məzarlı-
ğına gedərək qəbirləri
təhqir edir, dağıdırlar
(polyakların əksəriy-
yəti o vaxtlar katolik
idilər – G.Y.). Sonrakı
günlər mağazaların üzərində rusca yazılmış lövhələri
qopardır, Varşavanın rus əhalisinə hədələr yağdırır,
qorxu altında saxlayırlar. Bu durumda ordu ilə toqquş-
ma özünü çox gözlətmir, 5 nəfər ölür. Nəticədə II
Aleksandr Polşa Krallığının Dövlət Şurasının bərpası
haqqında fərman verməli olur. Lakin polyaklar Rusi-
yanın ağalığı ilə heç cür barışmaq istəmirdilər. Tələ-
sik yaradılmış silahlı dəstələr tez-tez rus qarnizonları-
na hücum edirdilər. 27 yanvar (8 fevral) 1863-cü ildə
Peterburqda imzalanan Alvensleben Konvensiyasına
əsasən Rusiya və Prussiya öz aralarında polyak üs-
yançılara qarşı birgə əməliyyat razılığı imzaladılar.
Tezliklə cənub-qərb əyalətlər də, Volınsk quberniyası
da, Kiyev quberniyası da, Vilensk, Kobensk quberni-
Anjey Zamoyski
(1800-1874)
53
yaları da ruslara qarşı üsyana qalxdılar. Üsyanda 77
min adam iştirak edirdi. Təbii ki, üstünlük yaxşı si-
lahlanmış nizamlı ordusu olan rusların tərəfində idi.
Rusiyanın və pravoslav xristianlığın təsir və təzyiqin-
dən qurtulmaq istəyən polyaklar, litvalılar, ukrayna-
lılar son nəfəslərinə qədər vuruşurdular. Şimal-qərb
əyalətlərdə vuruşan rus ordu komandiri M.Muravyov
Vilnuda general-qubernator olduğu dövrdə 128 üs-
yançı asılmış (rəqəmlər artıq da ola bilər. Çünki qay-
naqlar ruslara aiddir – G.Y.), 12 500 üsyançı sürgün
edilmişdir. Üsyançılar 30 min, ruslar isə 3 343 nəfər
itki vermişdilər. Rusiya tərəfindən işğal olunmuş
vətən torpaqlarının azadlığı uğrunda mübarizə apara-
raq şəhid olmuş 30 min insan! Əlbəttə ki, səhifələrinə
qanla yazılmış bu tarix heç vaxt unudulmadı, 1794-cü
ilin kinini daha da artırdı, üstü küllə örtülərək böyük
kinə çevrildi...
Bundan sonra Polşanın ruslaşdırılması siyasəti
başladı. Bunun üçün Litva və Belarusda rus dilində
ibtidai məktəblər açıldı, əhalininin pravoslav ruhun-
da maarifləndirilməsinə başlandı. Katoliklərə dövlət
vəzifələrində çalışmağa icazə verilmədi. Ona görə də
sürgündən sonra bəzi polyak, litvalı və ukraynalılar
geri dönmədilər, Rusiyanın iç əyalətlərində məskun-
laşdılar. Qeyd edək ki, məşhur bəstəkar Dmitri Şos-
takoviç və yazıçı Aleksandr Qrin məhz belə sürgün
üsyançıların övladlarıdırlar... Üstəlik də sürgün olu-
nanların ailələrindən tələb edirdilər ki, iki il ərzində
torpaqlarını satsınlar. Satılan torpaqları isə yalnız pra-
voslav ruslar ala bilərdilər. Kişi əhaliyə yaşayış yerin-
Dostları ilə paylaş: |