Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

39
Polşa, Ukrayna, Belarus, Litva ərazisində formalaşan 
bu  federasiya,  dövlət  indiki  Rusiyanın,  Latviyanın, 
Estoniya, Moldova və Slovakiyanın da bir hissəsini 
içinə alırdı. Rəsmi adı “Polşa Krallığı və Böyük Litva 
Knyazlığı” idi...
Buraya, qeyd etdiyimiz kimi, bugünkü Polşa, Uk-
rayna, Belarus, Litva, indiki Rusiyanın, Latviyanın, 
Estoniyanın, Moldovanın, Slovakiyanın ərazisinin bir 
hissəsi daxil idi. Vahid dövlət quruluşu olmasına bax-
mayaraq həm Polşa Krallığı, həm də Litva Knyazlığı 
ayrı-ayrılıqda inzibati apparata, xəzinəyə, qanunlara 
və orduya malik idilər. Dövlətin başında seym tərəfin-
dən ömürlük seçilmiş, Polşa Krallığının kralı və Bö-
yük Litva knyazı titulunu daşıyan monarx otururdu. 
Reç Pospolitaya (1635)


40
Ona bəzən Polşa kralı və böyük Litva, rus və jemayt-
ski knyazı da deyirdilər. Siyasi rejim şlyaxta demok-
ratiyası  adlanırdı.  Reç  Pospolitaya  sözünün  mənası 
polyak dilində “ümumi əşya”, “ortaq mal” deməkdir.  
Əcnəbilər onu “Polşa” adlandırırdılar. 
Reç  Pospolitaya  əslində  1385-ci  ildən  fasilələrlə 
mövcud olan yagellanlar dövlətinin davamı idi. Peç 
Pospalitaya yaranarkən Moskva ilə müharibə vəziy-
yətində idi. Avstriya da gözünü bu torpaqlardan çək-
mirdi. XVI əsrdə Kosinski və Nalivaykonun üsyanları 
Ukrayna kazaklığının mühüm siyasi güc kimi ortaya 
çıxmasına səbəb oldu. XVII əsrin əvvəllərində Polşa 
kralı  və  Böyük  Litva  knyazı  III  Siqizmund  Rusiya, 
İsveç  və  Osmanlı  İmperiyası  ilə  müharibə  edir.  Bir 
sıra  cəsur  sərkərdənlərin  ağıllı  hərbi  gedişləri  sayə-
sində müəyyən uğurlar da olmuşdur. Lakin XVII əs-
rin ortalarında baş verən Boqdan Xmelnitski üsyanı, 
Rus-Polşa müharibəsi (1654-1667), İsveçlə müharibə 
ölkəni bir qədər zəiflətsə də, kral II Yan Kazimir onu 
parçalanmadan və məhv olmadan qoruya bildi. Kral 
III Yan Sobeskinin Vyana divarları yaxınlığındakı sa-
vaşda Osmanlı İmperiyasının Avropadakı hegemon-
luğuna  son  qoyması  Reç  Pospolitayanın  nüfuzunu 
daha  da  qaldırdı.  Şimal  müharibəsində  Moskvanın 
tərəfində döyüşməsi Peç Pospalitaya ərazisini savaş 
meydanına çevrirərək ölkəyə xeyli iqtisadi zərbə vur-
du. Baxmayaraq ki, 3 may 1791-ci ildə yeni Konsti-
tusiya qəbul olundu, bəzi satqınlar (Şensnıy (Feliks) 
Pototski, Fransisk Branitski, general Kossakovski və 
Severin Rjevuski) 1792-ci ildə Tarqovits konfedera-


41
siyasını yaratdılar və gizlicə II Yekaterinaya müraciət 
edərək ölkəni arxadan zərbə ilə sarsıtmağı bacardılar. 
Əsas dayağı rus ordusu olan konfederasiyanın idarə-
çiliyi ölkədə narazılığa səbəb olurdu. Rusiya, Prussi-
ya və Avstriya Reç Pospolitayanı ikinci dəfə bölməyə 
hazırlaşırdılar. Bu işdə konfederasiya maneə rolunu 
oynadığından tezliklə vaxtilə öz ölkəsini Moskvaya 
satanlar da məğlubiyyətlə barışmalı oldular, hərçənd 
ki, dünən Moskvanı özünə dost, arxa hesab edənlərin 
bəziləri indi ona düşmən kəsilmişdi. Amma artıq gec 
idi. Ölkə düşmənlərinin ağzının içində idi.    Prussi-
yadan ehtiyat etdiyindən Moskvaya bel bağlayan Reç 
Pospolitaya rusların bu ərazilərdə sərbəstliyinə şərait 
yaratdı. “Üç qara qartal ittifaqı” adlanan ittifaq nəti-
cəsində gerbində qara qartallar olan Rusiya, Prussiya 
və Avstriya gizlicə öz aralarında bərabər şəkildə Pol-
şanı (Polşa gerbindəki qartal ağ rəngdə idi) bölərək 
ölkə ərazisinə qoşun yeritdilər...  
1. REÇ  POSPOLİTAYANIN  
PARÇALANMASI
Məlumdur ki, XVII əsrin ikinci yarısında Rusiya-
nın əsas məqsədlərindən biri də Reç Pospolitaya döv-
lətinin tərkibindəki Ukrayna və Belorusiya torpaqla-
rını işğal edərək özünə qatmaq və bununla da Qara 
dəniz sahillərinə yiyələnmək idi. Polşa və Litva maq-
natlarının əlində olan bu ərazilərdə artıq əhalinin bir 


42
hissəsi  katolikliyi  qəbul 
etmişdi. Lakin demək ol-
mazdı ki, sadə və yoxsul 
təbəqə  öz  ağalarından 
razı idi. Elə bu səbəbdən 
də  ara-sıra  yurdlarını 
tərk  edərək  kazak  (qa-
çaq – G.Y.) dəstələri ya-
radanlar və etirazla çıxış 
edənlər də olurdu. Artıq 
Aşağı Dneprdə Ukrayna 
kazaklarının hərbi birliyi 
olan  Zaporojye  Seçi  ya-
ranmışdı.  Buna  xalq  ara-
sında  “Kazak  Respublikası”  da  deyirdilər. Təbii  ki, 
üsyanları çox gözləmək lazım gəlmədi. 1637-1638-
ci illərdə Solsahil və Sağsahil Ukraynasını üsyanlar 
bürüdü.  1640-cı  illərin  sonlarında  Zaporojye  qoşu-
nunun atamanı (getman) ortabab mülkədar nəslindən 
olan Boqdan Xmelnitskinin başçılığı ilə yeni üsyan 
dalğaları qalxdı. Üsyançılar bir neçə yerdə polyakla-
ra qalib gələrək 1648-ci ildə təntənəli surətdə Kiyevə 
daxil oldular.
Rusiya bu prosesi diqqətlə izləyir, ondan öz işğalçı 
məqsədi üçün istifadə etməkdən ötrü fürsət gözləyir-
di. Polyaklara qarşı mübarizədə üsyançılara müəyyən 
köməklik göstərən Rusiya çox tezliklə bunun əvəzini 
çıxdı, işi elə qurdu ki, 1654-cü il yanvarın 8-də Pe-
reyaslavl Radası xalqın fikri ilə hesablaşmadan Uk-
Boqdan Xmelnitski 
 (1595 - 1657)


43
raynanın Rusiyanın tərkibinə daxil olması haqqında 
qərar qəbul etdi. Lakin bu, Rusiyaya azlıq edirdi. O, 
Ukraynanın qərb və digər ərazilərini də işğal etmək 
üçün Polşa ilə müharibəyə başladı. 1667-ci ildə And-
rusovada imzalanan barışa görə Kiyevlə birlikdə Sol-
sahil Ukraynası və Belarusiyanın bir hissəsi də Rusi-
yaya qatıldı. Qarşıda Osmanlı ilə, İsveçlə müharibələr 
dururdu... Bir-birinin ardınca əldə olunan qələbə Ru-
siyanın çoxdankı arzusunun həyata keçməsinə şərait 
yaratdı. 
Bəs ukraynalıların buna münasibəti necə oldu? 
Maraqlıdır  ki,  hələ  1706-cı  ildə  Ukrayna  getma-
nı İvan Mazepa, rusların 
təbirincə  desək,  Malo-
rusiyanı,  yəni  Ukrayna-
nı  Rusiyadan  ayırmaq 
istəyirdi. O, 1708-ci ildə 
Şimal müharibəsi zama-
nı  İsveç  kralının  tərə-
finə  keçdi.  İsveç  ordusu 
xalqın 
müqavimətinə 
rast  gəlmədən  irəliləsə 
də,  Rusiya,  Polşa,  Sak-
soniya  və  Danimarka-
dan  ibarət  Şimal  İttifaqı 
tərəfindən  1709-cu  ildə 
məğlub edildi. Ukrayna-
nın  müstəqilliyi  uğrun-
da  mübarizə  aparan,  I 
İvan Mazepa 
 (1639 - 1709)


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə