Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

100
hesabına dövləti qoruya bilərdi, əgər bu qurbanların 
dövlət üçün əhəmiyyətini dərk etsəydi...
Fedotov ədəbiyyatın da rus ənənələrini, milli ru-
hunu əks etdirməsinin zəifliyindən şikayətlənir: “XIX 
əsr klassik rus ədəbiyyatı XVI-XVII əsrlərdə çöl köçə-
rilərindən (türklərdən – G.Y.) alınmış qaratorpaq di-
yarın ədəbiyyatıdır”. O, əsl rus torpaqları olan Tam-
bov,  Penza,  Orlov  çöllərinin  tarixi  xatirələr,  yaddaş 
baxımdan kasıblığını və bu yaddaşın da taxta, saman 
qalıqlarının  yanğınlarda  məhv  olduğunu  ürək  ağrısı 
ilə qeyd edir, Novorusiya ətrafı, Kırım, Qafqaz, aşağı 
Povoljye, yarıyəhudi şəhəri olan Odessada belə ədəbi 
məktəblərin yarandığını göstərir. 
Fedotov rusların mədəni səviyyəsini vaxtilə Rusi-
ya İmperiyasında yaşamış digər xalqlarınkından üs-
tün  tutaraq  digər  xalqları  təhqir  edir:  “Obyektivliyə 
qalsa, şovinist tullantı dövrünü yaşayan digər mədə-
niyyətlər,  əsasən  rus  mədəniyyətinin  təsirilə  maya-
landırılma nəticəsində doğulan, həyata gələn əyalət 
hadisələridir”. Georgi Fedotov   düşünür ki, Rusiya-
nın milli siyasəti qərb, mədəni bölgələr, Polşa və Fin-
landiya üçün ağır olsa da, “Şərqdə ədalətli, xilasedici 
olmuşdur. Şərq onun qədim adətlərini zorla sındırma-
yan,  dinini  təhqir  etməyən  və  ona  geniş  rus  evində 
yer verən Ağ çarın hakimiyyətilə asanlıqla barışdı”. 
Gəlin, görək bu doğrudan da belə idimi? Əvvəl on-
dan başlayaq ki, Ağ çar Şərq xalqlarına “öz geniş rus 
evində yer” vermədi. Əksinə öz torpaqlarını onların 
hesabına genişləndirdi. Axı Georgi Fedotov özü ya-
zırdı ki, əsl rus çölləri Tambov, Orlov və Penza çöl-


101
ləri idi, o da tikililəri taxta, samandan olduğu üçün 
yanğınlarda  məhv  olur.  Daha  sonra  baxaq,  görək, 
doğrudanmı Şərq xalqları “ədalətli, xilasedici” milli 
siyasət yeridən Ağ çarın hakimiyyəti ilə asanlıqla ba-
rışmışdılar? Doğrudanmı onların qədim adətləri zorla 
sındırılmamış, dinləri təhqir edilməmişdir?
Bu  suallara  cavab  tapmaq  üçün  Çar  Rusiyasının 
Şərqdəki  xristianlaşdırma  və  ruslaşdırma  siyasətinə 
baxaq. Bu gün vaxtilə qədim türklərə məxsus olan, 
sonralar əslən türk olan Yermakın vasitəsilə Rusiya-
ya  qatılan  torpaqlarda  yaşayan,  xristianlaşdırma  və 
ruslaşdırma siyasətinin qurbanı olan xalqlar da tarixə 
bir nəzər yetirsələr, əsl həqiqətin üzə çıxmasına təkan 
vermiş olarlar.
1. SİBİRİN  İŞĞALI: RUSLAŞDIRMA 
VƏ  XRİSTİANLAŞDIRMA
Ərazinin  genişləndirilməsi,  yeni-yeni  torpaqların 
zəbt edilməsi, azsaylı xalqlar arasında nifaq salaraq, 
onları bir-birindən ayırmaq Rusiya İmperiyasının əsas 
məqsədi idi. Fedotovun da yaxşı gördüyü bu siyasət 
bir sıra hallarda müharibələr və basqınlarla həyata ke-
çirilsə də, kiçik tayfalara, parçalanmış xalqlara qarşı 
başqa  üsullara  da  əl  atılırdı.  Kökləri  daha  dərinlərə 
gedən bu siyasətin nəticəsi idi ki, hələ çar Rusiyası 
dönəmində  Qafqaz,  Sibir  və  Orta  Asiya  xalqlarına 


102
maraq  güclənmişdi.  Azsaylı  xalqların  dilinin,  folk-
lorunun,  coğrafiyasının  öyrənilməsi  də  elmi  maraq-
dansa, daha çox məhz siyasi, iqtisadi, imperiya ma-
raqlarından doğurdu. Həmin dövrlərdə bu bölgələrə 
dəfələrlə  ekspedisiyalar  təşkil  olunur,  rus  və  digər 
xalqlardan  olan  alimlər  –  folklorçular,  etnoqraflar, 
arxeoloqlar, tarixçilər... bu yerlərə səyahət edir, yerli 
xalqların məişətini, dilini öyrənir, folklorunu toplayır, 
ayrı-ayrı  tayfalarla,  xalqlarla  görüşür,  eşitdiklərini, 
gördüklərini qələmə alaraq bu günümüz və gələcəyi-
miz üçün qiymətli xəzinə qoyur, eyni zamanda da Çar 
Rusiyasının «milli siyasət»inə xidmət edirdilər.
Qeyd etdiyimiz kimi, həmin ekspedisiyaların döv-
lət  səviyyəsində  təşkilində  başqa  məqsədlər  də  gü-
dülürdü.  Belə  ki,  «elmi  məqsədlər»  üçün  yaradılan 
ekspedisiyaların  tər-
kibində  keşiş,  yeröl-
çən və silahlı dəstələr 
göndərilir,  yerli  əha-
linin  xirstianlaşdı-
rılması, 
kilsələrin 
tikilməsi,  dini  mək-
təblərin  yaradılması 
sürətləndirilir,  yer-
lilər  öz  yurd-yuva-
larından  sıxışdırılır, 
onların torpaqdan is-
tifadə  edə  bilmədik-
lərini bəhanə edərək, 
ən yaxşı torpaqlar rus 
Vasili  Radlov 
(1837-1918)


103
kəndlilərinə  verilirdi.  Ruslar  Sibirin  dərinliklərinə 
doğru nə qədər irəliləyirdilərsə, yerli əhali də bir o qə-
dər dağlara, daşlı-çınqıllı, yararsız torpaqlara çəkilir-
di. Bu barədə görkəmli türkoloq, şərqşünas, mənşəcə 
alman  olan Vasili Radlov  (Fridrix Vilhelm Radlof) 
yazırdı:  «...Rus  əhalisinin  necə  irəlilədiyini  (Sibirin 
içərilərinə doğru – G.Y.) müşahidə etmək maraqlıdır. 
Bu adamlar heç bir az da olsa, haqları olmadan bu-
rada məskunlaşır, kalmıklar isə qorxudan geri çəkilir-
lər... Bəlkə də bu adamlar (yəni ruslar – G.Y.) kalmık-
lara münasibətdə haqsızlıq edirdilər, lakin, əlbəttə ki, 
torpağın özü üçün Balqasainin əvvəlki təsərrüfatının 
yerinə işlək kəndlilərin (yəni rusların – G.Y.) gəlməsi 
yaxşıdır».  Onu  da  qeyd  edək  ki,  əvvəllər  rəsmi  rus 
sənədlərində Altay    türklərini Altay  kalmıkları, Al-
tay tatarları, dağlı və ya ağ kalmıklar adlandırırdılar. 
Uzun müddət, yəni XVIII əsrdən onların çoxu oyrot-
ların yaratdığı Cunqar xanlığına daxil olduqlarından 
onlara yanlış olaraq «kalmık» deyiblər. Qərbi monqol 
tayfaları  olan  oyrotlar  rus  ədəbiyyatında  «qara  kal-
mıklar» adı ilə tanınırdılar. Oyrotların Volqa boyunda 
yerləşən hissəsi Həştərxan və ya Volqa kalmıkları ad-
landırılırdılar. Deməli, burada söhbət Altay türklərin-
dən gedir. V.Radlov öz dövrünün cəfakeş, savadlı ali-
mi olmaqla yanaşı, o dövrdə baş verən və Rusiyanın 
milli siyasəti ilə bağlı bir sıra hadisələrin bilavasitə 
şahidi və iştirakçısı olmuş, bu ölkənin qonşu dövlət-
lərlə xarici siyasəti, rusların Sibirə köçmələri ilə bağlı 
maraqlı mülahizələr irəli sürmüşdür...      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə