Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

121
heç nə birləşdirmir. Bu ideyanın özü də çox kövrək-
dir. Bunu Fedotov da dərk edirdi. O, “Ukraynanın əs-
rlərdən bəri tarixi dəyərlərlə bağlı olduğu Polşa ilə 
təhlükəli qonşuluğu” olduğunu vurğulayaraq “Polşa 
və Rusiya arasında seçim etmək” məcburiyyətini və 
“bu seçimin Rusiyanın əleyhinə olmamasının qismən 
də ruslardan asılılığını” vurqulayır. 
Fedotovun sonrakı proqnoz və tövsiyələri bu gü-
nümüzlə  sıx  səsləşir:  “...kommunist  diktaturasının 
süqutu həm Rusiyanın milli güclərinin azad olacağı, 
həm  də  böyük  təhlükə  anıdır.  O,  sözsüz  ki,  hazırda 
Rusiyanın bəzi xalqlarının yatırılmış separatist ten-
densiyalarının da əl-qolunu açacaq və onlar ölkənin 
xarici  düşmənlərinin  dəstəyinə  söykənərək  Rusiya-
dan  qopmaq  üçün  inqilabdan  istifadə  etməyə  cəhd 
göstərəcəklər. Böhranın yaxşı sonluqla bitməsi yeni 
hakimiyyətin  gücündən,  onun  siyasi  kimliyindən  və 
xarici təzyiqlərdən azad olmasından asılıdır”.
Fedotova görə, işin əsas mənəvi hissəsi ziyalıların 
payına  düşür.  Onlar  özlərində  milli  şüuru  oyatmalı, 
inkişaf etdirməli, dərk etməli və alovlandırmalıdırlar. 
Rusiyanın  yeni  şüurunun  indiki  problemlərə  uyğun 
olaraq mürəkkəb və həm velikorus, həm rus, həm də 
Rusiya yönümlü olmasının vacibliyini vurğulayan G.
Fedotov bu düsturu “özlərinin rusluğunu itirən malo-
ruslar və ya ukraynalılar üçün “malorus, rus, Rusi-
ya”” şəklində təklif edir. 
“Velikorusiyanın  dirçəldilməsinin,  canlanması-
nın mütləq vacibliyi”ni qeyd edən Fedotov ilk növ-
bədə rusluğun və pravoslav xristianlığın daha yaxşı 


122
qorunub saxlanıldığı şimaldakı Uqliç, Voloqda kimi 
şəhərlərə, Kiril, Ferapontov monastrlarına müqəddəs 
ziyarətgahlar kimi yanaşılmasının, eyni zamanda bu 
yerlərin iqtisadiyyatının da inkişaf etdirilməsinin va-
cibliyini vurğulayır. 
Georgi  Fedotov  1929-cu  ildə  yazdığı  bu  məşhur 
məqaləsində “maloruslara”, yəni ukraynalılara daha 
çox yer ayırır. Sanki XXI əsrin əvvəllərində baş verə-
cək hadisələri öncədən görür, xəbərdarlıq edərək ya-
zırdı: “Problem o qədər mürəkkəbdir ki, ona burada 
sadəcə  eyhamlarla  toxunmaq  mümkün  deyil.  Lakin 
onun doğru həllindən Rusiyanın mövcudluğunun özü 
asılıdır”. Onun təklifinə görə, “nəinki Ukraynanı Ru-
siyanın bədənində sıxıb saxlamaq, həm də Ukrayna 
mədəniyyətini  rus  mədəniyyətində  yerləşdirmək  la-
zımdır”. Fedotov Rusiyanın “həddindən artıq coşqun 
və təhlükəli prosesdə iştirak” etdiyini vurğulayır. O 
qeyd edir ki, Ukrayna milli şüuru “hələ tam yaran-
mayıb, taleyi də hələ müəyyənləşməyib. Onu öldür-
mək  mümkün  deyil,  onun  rus  özünüdərkinin  xüsusi 
forması kimi təsdiqi üzərində işləmək olar”. Tarixçi 
etiraf edir ki, “Cənubi Rus (malorus) tayfası rus döv-
lətçiliyinin ilk yaradıcısı idi. O, bizim milli mədəniy-
yətimizin əsasını qoymuş və özünü həmişə Rus (XIX 
əsrin sonuna qədər) adlandırmışdır. Onun taleyi biz 
velikorusların  onun  yaxınlığını  dərk  etməyimizdən 
və ya yadlardan qaçan kimi ondan qaçmağımızdan, 
uzaqlaşmağımızdan çox asılıdır. Sonuncu halda bizim 
onu itirməyimiz mütləqdir”. 
Maraqlıdır ki, Georgi Fedotov kimi rus milliyyət-
çiləri hələ XX əsrin əvvəllərindən ukraynalılarla düz-


123
gün münasibət qurma yollarını bilir və göstərirdilər: 
“Biz  tək  Kiyev  kilsəsinin  səlnamə  və  mozaikalarını 
etiraf etməli və durmadan özümüzünkü hiss etməmə-
liyik, eyni zamanda Moskvada bu qədər calaq olmuş 
Ukrayna barokkosunu və rus kilsəsi yetişdirən Kiyev 
Akademiyasını da, Qoqolla ümumi cəhətlərinin oldu-
ğuna görə, Şevçenkonu da, velikorus mahnısının ki-
çik bacısı olan Ukrayna mahnısını da qəbul etməliyik. 
Malorus ənənəsini ümumrus mədəniyyətinə sığındır-
maq  vəzifəsi  hər  şeydən  əvvəl  Rusiyaya  sadiqliyini 
və Ukraynaya məhəbbətini qoruyub saxlayan cənubi 
Rusiya ukraynalılarının payına düşür. Öz yaradıcı gü-
cümüzü Velikorusiyaya verərkən biz Kiçik Rusiyaya 
(qədim Anamıza) da ürəyimizin bir guşəsini ayırmalı 
və onun xüsusi tarixi-mədəni yolunu başa düşməliyik. 
Rus ideyasının və Ukraynadakı rus məsələsinin mü-
dafiəsində Ukrayna milli istiqlaliyyət bayrağı altında 
çıxış  edən  əksinqilabi  siyasi  hərəkatla  mübarizədə 
rus  məsələsini  velikorus  məsələsilə  qarışdırmaq  və 
rus  (yəni  malorus)  mədəniyyətinin  də  cücərtilərini 
basdırmaq lazım deyil”
Lakin bu məsləhətə nə “velikoruslar”, nə də Fe-
dotovun özü elə bu məqaləsində riayət edirdi. Əvvəl 
məqalə müəllifinin öz dediklərinin əksinə olaraq uk-
raynalılara  yuxarıdan  aşağı  baxmasına  misallardan 
başlayaq. Velikoruslar, yəni ruslar Taras Şevçenkonu 
ona görə qəbul etməlidirlər ki, onun Qoqolla ümumi 
cəhətləri var. Ukrayna mahnısını da velikorus mahnı-
sının “kiçik bacısı” kimi qəbul etməlidirlər.  İkincisi, 
Sovetlər Birliyi dağıldıqdan sonra hər yerdə olduğu 


124
kimi,  Rusiyada  da  fəallaşan  milliyyətçilər  ukray-
nalılara  “okraina”,  Rusiyanın  ətrafı,  kənarları  kimi 
baxmağa, onlara “xoxol” deməyə başladılar. Əslində 
bu məsələ çoxdan vardı. Ruslar ukraynalılara “xox-
lı”, ukraynalılar isə ruslara “moskalı” deyirdilər. Son 
dövrlərdə bu sözlər söyüş kimi səslənməyə başladı. 
Ukraynalılar “Ukraynada” deyincə, “v Ukraine” kimi 
deyilməsini tələb etsələr də, ruslar israrla “na Ukrai-
ne” deməkdə davam etdilər. İlk baxışdan bir çoxla-
rına  əhəmiyyətsiz  görünsə  də,  ukraynalılar  üçün  bu 
prinsipial  məsələdir.  “v  Ukraine”  deməklə  onun  bir 
sərhədli  dövlət  kimi  qəbul  olunması  göstərilir.  “Na 
”  isə  “kənarda”  anlamını  verir.  Bu  da  rusların  hələ 
də  Ukraynanı  ayrıca,  müstəqil  bir  dövlət  kimi  gör-
məmələrindən, onu alçaltmaq cəhdlərindən xəbər ve-
rir. Münasibətin bu həddə çatması tarixi nifrətin hələ 
də iki xalq arasında yaşadığını göstərir.
Georgi  Fedotov  ukraynalılarla  rusları  birləşdirə-
cək  yeganə  gücün  pravoslav  xristianlıq  olduğunu 
göstərərək yazır: “Qoy dil, yaddaş və Moskvanın adı 
onları ayırsın, Kiyevin müqəddəs yerləri və Müqəd-
dəs Rusun monastrları onları birləşdirəcək. Neçə ki, 
düzəldilməsi  mümkün  olmayan  səhv  addım  atılma-
yıb, malorus xalqı ümidsizliyə və ya katolikləşdirən 
xristianlığın  digər  formalarına  məruz  qalmayıblar, 
biz öz qardaşlığımızı itirməyəcəyik. Milliyyətçi (eyni 
zamanda da vulqar qərbçi) ideyalar axını tərəfindən 
parçalanan bizlər dinin dirçəldilməsində birləşməli-
yik. Bu gün də Ukraynanın əsl canlı dini gücləri özlə-
rini Rus kilsəsindən ayırmırlar”. 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə