32
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
«gecə», şaqum//şəngüm «axşam», rah «yol», zumustun «qış»,
homin «yay»,
poriz «payız»,
vassol «yaz»,
dişənbi «bazar ertə
si», səşənbi «çərşənbə axşamı», çorşənbi «çərşənbə», şorinə
«cümə axşamı», orinə «cümə», şənbi «şənbə», yekşənbi «bazar
günü», səhət «saat», daqqa «dəqiqə», səboh «səhər», havo
«hava», batdoğ «bataqlıq», vor «yel», zilincin «zəlzələ», birəq
«şimşək» və s.
13. Heyvan, quş və həşərat adlarını bildirən sözlər: səg
«it», pişig «pişik», yəvər «düyə», lari «xoruz», gomiş «camış»,
quç «qoç»,
həştərxon «dan. həştərxan, hind toyuğu, hinduşka»,
vələnd «hörümçək»,
xug «donuz»,
girg «qurd», «canavar»,
xər
«eşşək», xərgüş «dövşan», mar//mor «ilan», girgirə «çöl gö
yərçini», xırs «ayı», pısgiri «cırcırama», pilpilək «kəpənək»,
cüci «kirpi», işic «bit», çır «qurd», mərəgö «inək», cıs-
band//qusbənd «qoyun», mücinə «qarışqa», boğ «qurbağa»,
porsuğ «porsuq», əqrəb, pələng, siçoili «siçovul», şir «şir,
aslan», ceyran, maral, əs «at», biz «keçi», qəcələ «sağsağan»,
pərəndə «qaranquş»,
gərg «toyuq» və s.
14. Bitki, meyvə-tərəvəz və onlarla bağlı söz və ter min
lər: buroni «lobya», güvo «ot», dor «ağac», vəlg «yarpaq», əli
«alça», zərdəəli «ərik», təli «tikan», çılxıs «qızılgül», çılxısdor
«qızılgül kolu», bağala «böyürtkən», müri «moruq», futolı
«əvəlik», təşənəyoği «həvəcüvə», siyətum «qara tum», «çörək-
otu», təhləsir «sarımsaq», qilin «kartof», piyoz «soğan», əssəli
«qara yonca», tara «tərə», qamiş «qamış», gezinə «gicirtkan»,
ziris «zirinc»,
təliqətqəli «çaytikanı»,
bağalaxırsi «qırmızı
moruq», «ayı moruğu», bihdor «heyva ağacı», si «alma», məş-
məşür «şaftalı»,
qaqalaxırdi «dəvədabanı»,
ənginə «qax, mey
və qurusu», lavaşinə «lavaşa» (qurudulmuş alça, zoğal turşu
su), isbimicə «çobanyastığı», bənövşepəşmunaqafar «bənövşə
gülü», çimnüri «alma növü», çimxil «itburnu» kürmüri «ar
dıc», «gəvən», kürinə «yarpız», xoçəməz «qoz», əmrü «ar-
mud», kəndim «arpa», pənbə «pambıq», peyğəmbəri «qarğıda-
33
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
lı», bəli «gilas», dəmbül «gavalı», xəmzə «yemiş», zumustuni
«qarpız», zərdə «kök», ənor «nar», vic «tut çırpmaq üçün ça
dır» və s.
15. Ev və onun hissələri ilə bağlı sözlər: xuna «ev», bun
«dam», dər «qapı», düşdər «qapıarxası», ciməxotun «yorğan-
döşək saxlanılan yer», övərə «evdə çimmək üçün yer», ruzinə
«baca», qədəmə «pilləkən» və s.
16. Keyfiyyət bildirən sözlər: xub «yaxşı», xərob «pis»,
gərm «isti», xinik «soyuq», şor «şad, şən», torık «qaranlıq», rı-
şın «işıqlı», şür «duzlu, şor», siyəh «qara», gərmə «balaca, xır
da», isbih «ağ», zərd «sarı», çör «göy», çör-bənövş «bənövşə
yi», mixəyin «mixəyi», «qəhvəyi», havorangi «mavi», «hava-
rəngi», duroz «uzun», qutəh «qısa», pur «dolu», tihi «boş»,
gird «girdə, yumru»,
nərm «yumşaq»,
saxt «bərk» və s.
17. Mücərrəd anlayışları bildirən sözlər: sənət «sənət», su-
vol «sual»,
salqa «səliqə»,
xeir «xeyir»,
hodisə «hadisə»,
müqo-
vilə «müqavilə»,
səlomət «salamat»,
məqsəd «məqsəd»,
surat
«surət», zolım «zalım», taxsır «təqsir», hirs «əsəb», «hirs», döy-
lət «dövlət»,
istifoda «istifadə»,
ihtibor «etibar»
ihtiraz «etiraz»,
təsərüfot «təsərrüfat»,
təhsil «təhsil»,
tərbiyə «tərbiyə»,
əziyyət
«əziyyət», zəhmət «zəhmət», ilm «elm» və s.
Tat dilində terminlər
Dilin istifadə dairəsindən asılı olaraq, onda işlədilən ter
minlər sistemi dəyişir. Ayrı-ayrı dillərdə işlənən terminlərin
sayı və işlənmə xüsusiyyətləri fərqli olur. Bəzi dillərdə termin -
lər çoxdur, bəzi dillərdə isə terminoloji mahiyyət daşıyan soz -
lər azdır. Dilin terminoloji sistemi bu dildə elmin inkişafı ilə
sıx bağlıdır. Əgər dildə elmi üslub yoxdursa, onda həmin dildə
terminlərdən istifadə olunması başqa amillərdən asılıdır. Mə
lumdur ki, tat dili məişət səviyyəsində istifadə olunur. Bu dil -
də elmi kitablar yoxdur. Tat dilində xüsusi terminoloji sistemə