66
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
təsnifi, təhlil və araşdırılması bu dilin leksikologiyasının öyrə -
nilməsi baxımından xüsusi əhəmiyyət daşımasa da, onların di -
lin ümumi leksik sistemində yer tutması nəzərə alınmalı və
belə terminlər də lüğət fondunun tərkib hissəsi kimi qeydə
alınmalıdır.
Beləliklə, tat dilində işlənən terminlər əsasında aparılmış
tədqiqat göstərir ki, bu dildə terminlər müəyyən sahələrlə,
xüsusən sənət-peşə ilə bağlı olaraq g eniş yayılmışdır və tat di -
linin xüsusi leksik qatı kimi diqqətə layiqdir. İndi isə müxtəlif
sahələrlə baxlı terminləri ümumi şəkildə nəzərdən keçirək.
Zoologiyaya aid terminoloji leksikanın əsas hissəsi quş
və heyvan adlarını bildirir. Bu adlar həm term inoloji vahidin
quruluşu, həm əmələgəlmə yolu, həm də etimologiyasına görə
maraq doğurur. Ona görə də bu terminlərin bir qismi üzərində
dayanmaq lazım gəlir.
Laxlaxa - «ağacdələn». Bu təqlidi sözdür. Laxlaxa «qab
da çalxalanan suyun səsini və ona oxşar bütün səsləri bildirir.
Burada -a şəkilçidir və «oxşar, kimi» mənasını ifadə edir. Bu
söz Quba və Qonaqkənd ləhcələri üçün xarakterikdir.
Cincit - «balaca quş». Tat dilindəki cincit «diribaş» sö
zündən alınmışdır.
Qəçələ qəriğ - «zığzığ». Bu quşların əksəriyyətinin başı
nın qabaq hissəsində tük olmadığından, onlara belə ad ve ril-
mişdir.
Bənlibiyo - «sarıköynək». Quba ərazisində bu quşa əsa -
sən may-iyul aylarında gilasın yetişməsi ərəfəsində təsadüf
edilir.
Bəhlibilu - hərfən: «gilasgəl» (bəhli «gilas» + bilu
«gəl»).
Kaca - «sərçəyəoxşar quş». Tat dilinin Quba ləhcəsində
karcə qulaqları çox qısa və kobud olan qoyuna deyirlər. Göstə
rilən quşun qulaqları da buna oxşadığından, ona belə ad ver
mişlər.
67
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
Şöügərd - «yarasa». Şöü «gecə», gərd isə gəştən (gəz
mək) felindən olub, söz bütövlükdə «gecəgəzən» mənasını
verir.
Şünəbəsər - «şanapipik». Tat dilində şunə «daraq», sər
«baş», -bə istiqamət bildirən şəkilçidir. Hərfən: «daraqbaş» de -
məkdir. Azərbaycan dilindəki şanapipik sözü də eyni məna
üzrə motivlənmişdir. Tat dilində şunə «daraq» mənasındadır.
Kələsər - «eşşək arısı». Bu söz aşağıdakı tərkib hissələ
rin dən ibarətdir: kilə//kələ «yekə», sər «baş», yəni, yekəbaş.
Beçə - «arı beçəsi, arı balası».
Qəlçəngərək//qeyçəngərək - Dialektdə bu, həşərat növü
barəsində deyilir: «xırda uçan böcək».
Şüçirağıi - «şəbçıraq». Şəbçıraq sözünün şü//şöü//şe mə
nası bu sözün motivini tamamilə ehtiva edir.
Pilpilək//pilpirek - «kəpənək». Talış dilində kəpənək
mənası liləpər/lüləpər sözü ilə ifadə olunur. Sonuncu hecada
l~r əvəzlənməsi nəzəri cəlb edir. Lüləpər(ə) sözü Azərbaycan
dilinin Cəlilabad və Lənkəran şivəsində «kəpənək» mənasında
işlənib, ola bilsin ki, pilpirek sözünün də mötivini açmağa kö-
mək edə bilər (4, 373).
Şud//şut - «taxtabiti».
Hüni - «ağcaqanad». İsmayıllı şivəsində bu söz geniş iş -
lənir. Hüni/hünü variantlarında Azərbaycan dilinin bir çox şi-
vələrində işlənir (4, 232).
Puskuri - «uçan balaca həşərat». Tat dilində puskuri lek-
semi əsasən «kiçik, balaca» mənası verir.
Ları - «toyuq cinsi»; «döyüşkən toyuq və ya xoruz».
M.N.Əfəndiyev bu sözün tat dilinin Lahıc ləhcəsində «döyüş
kən xoruz» mənasında işləndiyini qeyd edir (82, 45).
Şürkinə - «qurudulmuş meyvələr və quru yemək şeyləri
nin üzərinə qonub tor əmələ gətirən qurd». Bu söz «güvə» mə
nasında talış dilindən Azərbaycan dilinin Lənkəran şivəsinə
keçərək, işlənməkdədir.
68
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
Tat dilində fitonimlər
Tatların Azərbaycanın müxtəlif ərazilərində yaşaması, bu
ərazilərdəki
bitki
örtuyünün
müxtəlifliyi
tat
dilinin
leksikasında da ifadəsini tapmışdır. Təbii ki, bu bitkilərin
adları tat dilinin müxtəlif ləhcə və şivələrində işlənir. Məsələn,
Quba dialektindən toplanan 200-ə yaxın mədəni və yabani ot
və bitki adı var. Bu adlar arasında həm alınma, həm ümumiran
mənşəli, həm də tat dilinin özünə məxsus olan sözlər var. Belə
bitki adlarından bəzilərini nəzərdən keçirək.
Bəğələ//bəqələ - «böyürtkən kolu və meyvəsi». Azərbay
can dilinin Quba dialektində işlənir. Uşaqlar bəqələni yığıb yi-
yədülər. İsmayılı ləhcəsində bəğələ variantında qeydə alınır:
Bəğələ dəyib, gedək yığax (43, 231; 3, 43). Azərbaycan dilində
bəqələ//bəğələ lekseminin dubleti, sinonimi kimi dilin özü nə
məxsus böyürtikən//böyürtkən sözü işlənir.
Lüxxüm - «enliyarpaqlı, gövdəsi yeməli meşə bitkisi».
Pəl - «kəvərəoxşar yeməli meşə soğanı».
Xərkər//xərxəri - «taxıl zəmilərinin arasında bitən zərərli
yabani bitki növü».
Cücələ - «əsasən taxıl zəmilərində bitib, toxumları və
gövdəsi tikanlı bitki növü».
Gezinə//Gəznə - «gicirtkan». Gezinə İsmayıllı şivəsində
«giçirtkən» mənasında qeydə alınmışdır. Tat ləhcələrində eyni
anlamda gezinə//cezinə//qezinə fonetik variantlarında geniş şə-
kildə işlənir. Məs: Be vor xəstəliyi gezinə faydolıyi. «Yel xəs -
təliyinə gicirtkən faydalıdır» və s. Talış dilində qəzənə variantı
işlənir.
Kərməgiyo//girməgiyo - «mədədəki qurdu tökmək üçün
qaynadılıb suyu içilən ot». Tat dilinin Quba ləhcəsində bu söz
kərməgiyo formasında işlənib, «istiot» mənası ilə motivlənmişdir,
müq. et: kərm//gərm «isti», -ə «şəkilçisi», giyo «ot».
Dostları ilə paylaş: |