GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
34 
Şərm  «xəcalət»,  «utanma»  (Q.).  Pərviz  be  dura  gof  sax-
teyirə şərm  keşi.  «Pərviz danışdığı  yalana görə xəcalət  çəkdi». 
Qədim sözlərdən olub, hind-Avropa dillərində geniş fonetik və 
semantik variantlar nümayiş etdirir. 
Tarustan «qaşımaq» (Ab.). Bu söz Quba ləhcəsində «düş 
bədiran», Lahıc ləhcəsində «qorıstan» formasında eyni mənada 
işlənir. 
Tastən  «bilmək»  (Ab.).  Tastəni  ya  nə?  «Bilirsən,  ya 
yox?».  Başqa  ləhcələrdə  bastən//bıstan//bistən  formalarında 
rast gəlmək olur. 
Terter  «iman»  (Kil.).  Nümunə:  Ey  ti  iman,  hazar  manət 
pul, mən bərum, nun buxrum.  «Ey sən imanın, min manat  pul 
ver, gedim çörək yeyim». 
Tso  «doşab»  (Ab.).  Əsasən,  Balaxanı  tatlarının  dilində 
işlənir.  Saxtə  xəşilə  muxardim  boş  tşo  boş  rağan  ve  lezzəti. 
«Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik». Digər tat ləhcə-
lərində təsadüf etməmişik. 
Tənbirəhnə  «çılpaq»  (Q.).  Əyal  təndirəhnə  məndəbü  bə 
sər divan. «Uşaq divanın üstündə çılpaq qalmışdı». 
Usqu «tonqal». Əsasən Abşeron tatlarının dilində təsadüf 
edilir.  Bu  həyət  usqu  müsaxandim,  ə  səri  müşanandim. 
«Həyətdə tonqal yandırardıq üstündən tullanardıq». 
Xudadus «rəhmdil» (Kil.). İm mərd bire qe xudadus ada-
mi. «Bu kişi çox rəhmdil adam idi». 
Vəcə  «necə»  (Xaç.).  Malla  Nusradin  dənşi,  di  ki,  cəmaət 
nə  bəstən  vəcə  bigrarund.  «Molla  Nəsrəddin  baxıb  gördü  ki, 
camaat bilmir necə keçsin». 
Vəçanüm  «dilənçi» (Q.). Sekinə xalə bə dər amarə  vəça-
numə  dəst  bə  tihi  rahə  nə  dərəbü.  «Səkinə  xala  qapıya  gələn 
dilənçini əliboş geri qaytarmazdı/yola salmazdı».  
Yedəmgə  «bayaq»  (Q.).  Yedəmgə  malim  ama  bə  sinif 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
35 
kuti  ki,  şagirdha  bə  imtahan  mükəmməl  hazir  boşund.  «Bayaq 
müəllim  sinfə  daxil  olub,  dedi  ki,  şagirdlər  imtahana 
mükəmməl hazırlaşsınlar».   
Zindəquni  «dolanacaq»  (Qon.  k.).  Bə  zindəquni  imkan 
babat bireybu. «Dolanacaq üçün imkan babatlaşmışdı». 
Tat  dilinin  spesifik  sözlərinin  bəziləri  Azərbaycan  dili 
dialektlərində  də  işlənir.  Bakı  və  Quba  dialektlərində  bu  cür 
sözlərə tez-tez təsadüf olunur. 
Qobi «su yığılan çökək», «dərə».  
Azərbaycanda tərkibində  qobu sözü olan Qobu Dilağarda 
(Füzuli),  Qobuqırıq  (Xaçmaz)  kəndləri,  Qobu  və  Qobustan 
şəhər tipli qəsəbələri, Qobustan oronimi var (163-164). 
Qobi  «quyu»  (Q.).  Bu  sözə  ilk  dəfə  olaraq,  M.Hacıyev 
diqqət  vermişdir  (30,  64).  İran  dilləri  içərisində  bu  sözə  fone-
tik  cəhətdən  yaxın  olan  sözlərə  kürd.  quni  (RKS,  267)  və 
puştu.  kuhay  (RPDS,  296)  sözlərini  qeyd  edə  bilərik.  Bu  söz-
lərdən  yalnız  kürd  dilindəki  «quni»  variantının  «qubi»  ilə 
bağlılığını  ehtimal  etmək  olar.  Bununla  yanaşı,  onu  da 
göstərmək  lazımdır  ki,  bəzi  İran  dillərində,  o  cümlədən  talış 
dilində  «bulaq»  mənası  honi  sözü  ilə  ifadə  olunur.  Kürd  dilin-
dəki qoni sözü honi sözü ilə əlaqədə götürülə bilər. Burada q-h 
əvəzlənməsi  qanunauyğun  sayıla  bilər.  Qeyd  olunanlara 
istinadla  demək  olar  ki,  qubi  «quyu»  sözü  tat  dilinin  spesifik 
leksikasına aiddir.  
Xırsız  «evsiz-eşiksiz»  (Ab.).  Sözün  kökü  xır/xür  «ev-
eşik»  mənasındadır  –»sız»  Azərbaycan  dili  mənşəli  şəkilçidir: 
Xırsız  sözü  əslən  Xızıdan  olan  Azərbaycan  şairi  Mikayıl 
Müşfiqin  bir  şeirində  işlənmişdir:  Cilvələnmə  xırsızların  için-
də, Ala gözlü ulduzların içində (M.Müşfiq). 
Alataş  «yorulub  əldən  düşmüş»  (Lah.).  Xıştana  ə  səbhi 
alataş soxte. «Ozünü səhərdən alataş eləyib». 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
36 
«Alataş»  sözü  olmaq  və  eləmək  felləri  ilə  əlaqədə  Azər-
baycan  dili  dialektlərində  işlənir  (Cəbrayıl,  Zəngilan,  Qafan) 
(7, 11). 
Basarat/bəsərət//bəsərot  (Xaç.,  Dəv.).  Bəzi  lüğətlərdə 
bu  sözə  «qabiliyyət»,  «bacarıq»,  «fərasət»  mənaları  isnad  ve-
rilsə də, belə bir izah təxminidir. 
Əslində  bu  söz  müstəqil  olaraq  işlənmir.  O,  basaratı 
bağlanmaq  felinin  iştirakı  ilə  yaranan  frazeologizmin  tərkib 
hissəsi kimi (7, 12) işlənir. 
Hər  iki  dildə  (tat  və  Azərbaycan  dillərində)  basarat  sözü 
ərəbmənşəli söz hesab  edilə bilər.  Ərəb  və  fars mənşəli sözlər 
lüğətində basarat sözü iki mənada qeyd olunmuşdur:  «diqqət» 
və  «bəxt,  tale»  (25,  55).  Müasir  fars  dilində  bəsalət  sözü 
«igidlik, qəhrəmanlıq, qoçaqlıq» mənalarında işlənir (25, 55). 
Bazburud/bazbürd  «boy-buxun,  görkəm»  (Qon.  k.). 
Bazburut,  bazburutdu  və  bazbırıtdı  sözləri  Azərbaycan  dilinin 
dialekt və şivələrində də geniş surətdə işlənir (7, 39). 
Bazburut  sözü  mənşə  etibarilə  bazu  «qol»  və  burut  «iri 
gövdə, bədən» sözlərindən əmələ gəlmişdir. 
Vəçəxor/beçəxor  (Lah.)  başqa tat ləhcələrində:  «qadınla-
rın uşaqlığında yara (xora)». 
Bəhli/bahli/bə:li  Bərə  ye  bəhlidor  koşta  birabı  (Lah.). 
«Burada bir albalı ağacı əkilmişdi». 
Bəlim/bəlüm  (Lah.)  «xırmanda  taxıl  döyüləndən  sonra 
qalan küləş». Lüğətlərdə məhz belə bir təyinlə rastlaşırıq. Baş-
qa  məlumata  görə,  küləş  taxıla  (arpa,  buğda,  çovdar  və  s.)  aid 
olan  qalığı  bildirir.  Bəlim  sözü  isə  çəltik  döyüləndən  sonra 
qalan küləşdir. Amma, görünür, bu hər yerdə belə deyil.  
Cıqqa/cıqqan/cıqqana  «bir  az,  azacıq»  (Məl.).  Həmçi-
nin: cıklə «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik 
bir  hissəsi».  Bu  və  başqa  yaxın  mənalarda  Azərbaycan  dili 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə