Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
87
zisində bu, başqa İran dilləri ilə olan əlaqələri özündə bir-
ləşdirir. Dağıstan ərazisində yaşayan tatların dili Dağıstan
dilləri və rus dili ilə qarşılıqlı əlaqələr şəraitindədir.
Azərbaycan-tat dil əlaqələri çox qədim tarixə malikdir və
bu məsələ haqqında tat dilinin ilk tədqiqatçıları da fikirlər
söyləmişlər.
Mövcud tədqiqatlardan aydın olur ki, Xəzərətrafı ərazidə
yayılmış tat dili ilə digər İran dillərinin dialekt və ləhcələrinin
fərqləndirilməsində dilçilər arasında fikir müxtəlifliyi özünü
göstərir. Tat dilinin İran dilləri ailəsində tutduğu yer, bu dilin
onun ayrı-ayrı ləhcələrinin fərqi məsələsi də dilçilər arasında
mübahisə obyektidir. Lakin nəzərə çarpan fərqlər dil əlaqələri
müstəvisində nəzərdən keçirilməmiş, dil əlaqələrinin təsiri ilə
bağlı fərqlərə fikir verilməmişdir.
Dil əlaqələri prosesində başqa dilin təsirinə ən tez və ən
çox məruz qalan dilin leksik sistemidir. Hər bir dil əlaqədə
olduğu dildən sözlər alır. Tat dilinin bütün ləhcə və şivələrində
Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə digər
dillərdən alınmış sözlər müəyyən çoxluq təşkil edir.
Azərbaycan və tat xalqlarının uzunəsrlik tarixi əlaqələri
nəticəsində bu xalqların dillərində qarşılıqlı şəkildə söz alın-
ması prosesi baş vermişdir. Bu alınmaların xarakteri keyfiyyət
etibarilə bir-birindən fərqlənir. Azərbaycan dili leksik
səviyyədə ümumən tat dilinə təsir etdiyi halda, tat dili daha
çox qonşuluqda yaşayan bu və ya digər dialekt nüma-
yəndələrinin məhəlli şivələrində iz buraxmışdır.
Ümumiyyətlə, Azərbaycan klassiklərinin, eləcə də, şair
və yazıçılarının əsərlərində, o cümlədən, Mikayıl Müşfiqin,
Cəfər Cabbarlının, Sabirin, Rəsul Rzanın və başqalarının
əsərlərində müasir tat dilində işlənən bir sıra sözlər qeydə
alınır.
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
88
Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşadı-
ğından, tatların məskən saldıqları ərazilərdə bu xalqların
nümayəndələri ilə də dil əlaqələri baş vermişdir. Məsələn, tat-
qrız dil əlaqələri nəticəsində bir sıra tat sözləri qrız dilinə
keçmişdir.
Azərbaycan tatlarının dilinin leksik tərkibini, əsasən,
ümumiran mənşəli sözlər təşkil edir. Qeyd olunmalıdır ki, bu
leksik vahidlərə tat dilinin digər ləhcələrində də ya heç bir
dəyişikliyə uğramadan, ya da müəyyən fonetik və semantik
dəyişikliklərlə rast gəlmək olur. Tat dilində alınma leksik
vahidlər də xüsusi yer tutur. Bunlar, əsasən, Azərbaycan
dilindən və Aərbaycan dili vasitəsilə digər dillərdən keçən
sözlər və terminlərdir.
Azərbaycan-tat dilinin leksik tərkibinin bir hissəsini
müxtəlif şivələrin özünəməxsus leksikası təşkil edir, bu spe si-
fika tat şivələrini bir-birindən fərqləndirir. Ayrı-ayrı tat
şivələrindən toplanmış materiallar əsasında müəyyən sayda
spesifik söz və terminlər qeydə alınmışdır. Tat mənşəli leksi-
kaya daxil olan söz və terminlər, əsasən, təsərrüfatın mü əyyən
sahələri ilə bağlıdır.
Tat dilinin ayrı-ayrı ləhcə və şivələrinin leksikası ilə
bağlı aparılmış araşdırmalar göstərir ki, hər bir ləhcədə, bir
çox hallarda hər bir şivədə işlənən sözlər arasında fərqlər və
oxşarlıqlar var.
Azərbaycan tatlarının dilinin lüğət tərkibini, ilk növbədə
dörd əsas qrup (spesifik sözlər; ümumiran mənşəli sözlər;
alınma sözlər; hibrid sözlər) ayırmaq mümkündür.
Tat dilinin başqa türk dilləri ilə əlaqələri də qədim tarixə
malik olmuşdur. Ona görə də bu dilə keçmiş türk mənşəli
sözlərin az olmayan bir qismi ümumtürk mənşəlidir. Həmin
alınmaları türkizmlər kimi qruplaşdırmaq mümkündür. Tat
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
89
dilindəki başqa alınma sözləri aşağıdakı qruplara bölürük: 1)
müasir Azərbaycan dilindən alınmalar; 2) rus dilindən
alınmalar; 3) ərəb-fars dillərindən alınmalar; 4) başqa dillərdən
(Dağıstan dilləri, ivrit və s.) alınmalar. Alınmalar tat dilinin
birbaşa və dolayısı ilə təmasda olduğu dillərdən aldığı söz və
terminlər hesabına yaranmış leksik layı əhatə edir.
Azərbaycan tatlarının dilindəki vəlg (yarpaq), pustə (qa-
bıq), künküro (soğansu), guştoy (bozbaş), ruşir (çiyə, südün
üzü), so (səhəng), şirəng (səhəngdən kiçik suqabı), şirdüş (sər-
nic), gülpoy (sacayaq), lalin (döşək), sərmizi (süfrə, stolüstü),
kəndü (un saxlamaq üçün qab), tərəçu (oxlov), ardəvic (ələk;
ard «un», vic «ələməkdən»), rusmu, varə (sap), sərçin (ülgüc;
sər – baş, çin – qırxmaq), guştəncin (qıymakeş), dürəş (biz),
dürəzi (zivə, paltar asılan ip), corü (süpürgə), xiyə (kürək), tou
(otaq), şiləsər (eyvan), lanbun (ikinci mərtəbənin qarşısındakı
dam), goudun (tövlə; go «inək», dun «heyvan saxlamaq üçün
yer»), ələ (toyuq hini), guşəbun (damın qırağı), dərpəncirə
(pəncərə qapısı; dər «qapı», pəncirə «pəncərə»), qiroblü (qaloş),
şitəl (corab), qilində (boyunbağı), gülğün (qığılcım), zin (tələ),
şavar (şərq küləyi), təkərd (dolu; atmosfer hadisəsi), kulak
(qar), xür (duman), vərəzə (yoxuş), pişin (günorta), aftənüş
(günbatan), aftəxis (gündoğan), hami (yay), vasal (yaz), bürg
(qaş), nuxum (dırnaq), kürdə (böyrək), pişni (alın), müq. et:
azərb. qabaq «alın»; zohuz (yaşıl) və s. sözlər spesifik leksik
layda yer tutur. Onlardan mürrəkəb söz kimi formalaşanlarda
tərkib hissələrindən birinin ümumiran mənşəli söz olması halları
qeydə alınır.
Tat dilində elə söz və terminlərə də rast gəlmək olur ki,
onlar digər İran dillərində müxtəlif fonetik variantlarda işlən-
sələr də, tat dilindəki mənanı ya heç vermir, ya da həmin
mənanı qismən özündə əks etdirir. Tat dilində təsərrüfatın
Dostları ilə paylaş: |