Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
15
olan söz və terminlər hətta Azərbaycan dilində danışmayan
tatların gündəlik şifahi nitqlərində işlədilir və başa düşülür.
Alınmalar, vasitəli və vasitəsiz olmaqla, iki yerə ayrılır.
Azərbaycan tatlarının dilinə sözlər, əsasən, Azərbaycan dili
vasitəsi ilə keçmişdir. Bu dildə Azərbaycan dili mənşəli sözlər
əksəriyyət təşkil edir. Eyni zamanda, tat dilinin başqa türk
dilləri ilə əlaqələri də qədim tarixə malik olmuşdur. Ona görə
də bu dilə keçmiş türk mənşəli sözlərin heç də az olmayan bir
qismi ümumtürk mənşəlidir. Həmin alınmaları türkizmlər kimi
qruplaşdırmaq mümkündür. Tat dilindəki türkizmlərin ayrıca
tədqiq olunması, həm tat, həm də türk dillərinin tarixi
leksikologiyası üçün əhəmiyyətlidir. Tat dilindəki başqa
alınma sözləri aşağıdakı qruplara bölmək olar: 1) Müasir Azər-
baycan dilindən alınmalar; 2) Rus dilindən alınmalar; 3) Ərəb-
fars dillərindən alınmalar; 4) Başqa dillərdən (Dağıstan dilləri,
ivrit və s.) alınmalar. Alınmalar tat dilinin bilavasitə və
bilvasitə təmasda olduğu dillərdən aldığı söz və terminlər
hesabına yaranmış leksik layı əhatə edir.
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
16
I F Ə S İ L
Tat dilinin spesifik və ümumiran mənşəli sözləri
Tat dilinin spesifik sözləri
Tat dilinin özünə məxsus leksik layını 200-dən bir qədər
çox sadə fellər, bir çox heyvan və bitki adları, bəzi coğrafi və
təbiət hadisələri adları, səma cisimləri adları, qohumluq
terminləri, bədən üzvləri adları, keyfiyyət bildirən adlar təşkil
edir.
A.A.Ufimtsevaya görə, hər bir dilin öyrənilməsinə onun
fonetik və qrammatik sisteminin təsviri ilə başlanılır. Minlərlə
söz və ifadələrə malik olan lüğət fondunun sistemləşdirilməsi
və təsviri isə digər sahələrə nisbətən çətindir. Lakin tarixi,
izahlı, etimoloji, dialektoloji lüğətlərin, antonimlər və si-
nonimlər lüğəti, frazeoloji və s. lüğətlərin olması onu göstərir
ki, dilçilik elmində dilin lüğət zənginliklərini konkret şəkildə
təsvir etmək metodları çoxdan mövcuddur. Dilin leksik
sistemi, hər şeydən öncə, onu təşkil edən dil vahidlərinin,
ifadələrin təsvirini və tədqiqini şərtləndirir (120, 7-8). Bu ba-
xımdan tat dilinin spesifik sözlərinin toplanması, onların digər
İran dillərindəki eyni məfhumu ifadə edən leksemlərlə
müqayisəli təhlilə cəlb edilməsi, özünəməxsus sözlərin
müvafiq kontekstlərdə işlənməsinə aid nümunələrin verilməsi
leksik vahidlərin təhlil və təsvirini əhatə edir.
Tat dilinin özünə məxsus spesifik leksik layına aid topla-
dığımız dil materiallarının bir qismini təhlil etmək və onların
xarakterik xüsusiyyətlərini göstərməyə çalışaq.
Hər şeydən əvvəl, «spesifik leksika» dedikdə, digər İran
dilləri və dialektlərində həmin mənada olmayan söz və ter-
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
17
minləri nəzərdə tutulur. Ona görə də toplanmış faktik ma-
terialları səciyyələrinə görə aşağıdakı qruplara ayırmaq məq-
sədəuyğundur: 1) digər İran dillərində təsadüf olunmayan söz-
lər; 2) digər İran dillərindən bəzilərində yaxın məna və fonetik
variantda təsadüf olunan sözlər.
Tat dilinin ümumiran mənşəli sözləri
Tat dilinin lüğət tərkibinin əsas hissəsini ümumiran mən-
şəli sözlər təşkil edir.
Bu qəbildən olan söz və terminlər tarixi inkişaf prosesin-
də dəyişikliyə ya heç məruz qalmamış, ya da müəyyən də-
rəcədə fonetik, morfoloji, semantik dəyişikliklərə məruz qal-
mışlar. Bunlar – fel, isim, sifət, say, əvəzlik, zərf və s. kimi
müxtəlif nitq hissələrinə, eləcə də, köməkçi niq hissələrinə
aiddir.
Tat dilinin leksik fondunu, əsasən, İran mənşəli söz və
terminlər təşkil etsə də, bu dildə xeyli miqdarda Azərbaycan,
ərəb və fars sözləri, eləcə də, rus dilindən və Dağıstan (ləzgi,
qrız, buduq, xınalıq və s.) dillərindən keçmiş söz və terminlər
var.
Y.Nazarova yəhudi tat dilinin leksik sistemindən bəhs
edərkən bu dilin lüğət tərkibinin əsas hissəsinin ümumiran
mənşəli olduğunu qeyd edir və bu leksik vahidlərə aid ziğis-
te(n) «yaşamaq, mövcud olmaq», omore(n) «gəlmək», menq
«ay», ğov «su», nu «çörək», ğəsb «at», duxdər «qız», merd
«kişi», verf «qar», sər «baş», raç «gözəl», bülünd «hündür»,
əki «bir», sad «yüz» kimi sözləri misal gətirir (93, 66).
Tat dili tarixən İran dilləri ailəsində fəaliyyət göstərmiş,
həmin dil ailəsinə məxsus bir sıra fonetik, leksik-qrammatik və
sintaktik xüsusiyyətləri bu günə kimi mühafizə edərək
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
18
saxlamışdır. Tarixi inkişaf prosesində o, müstəqil dil kimi
dildaxili və dilxarici amillərin təsiri nəticəsində müəyyən dəyi-
şikliklərə məruz qalmışdır ki, bu dəyişikliklər leksika
sahəsində də özünü göstərmişdir.
Bu mənada tat dilinin ümumiran mənşəli (leksik layı) söz
və terminlər dedikdə, həm fonetik, qrammatik, leksik-
semantik, həm də sintaktik (əsasən, söz birləşmələri, izafət)
cəhətdən digər İran dillərindən müəyyən fərqli xüsusiyyətlər
kəsb etmiş leksik lay nəzərdə tutulur.
Tat dilində təkhecalı sözlər V, VC, VCC, CVC, CVCC
quruluşlarına malikdir. Tat dili üçün hecanın qapalılığı səciy-
yəvidir. Bununla belə, CV tipli təkcecalı sözlər də qeydə
alınır. Məsələn, nu «çörək».
Dilin bu sahəsinə aid leksik layını nəzərdən keçirdikdə
aydın olur ki, burada nitq hissələrindən ən sabit və dəyişikliyə
az məruz qalan feldir. Bunu aşağıda gətirdiyimiz nümunələrin
qədim fars, Avesta, qədim hind, orta fars və s., eləcə də müasir
İran dillərinin bəziləri ilə apardığımız müqayisələrdə daha
aydın görmək mümkündür.
a) Fellər: tat. bərdan//bərbən «aparmaq» – av., qəd. fars.
bar-, qəd. hind. bhar-, talış. bard-; tat. bastan//bəstən «bağ-
lamaq» – av. band, qəd. fars. band, basta, tal. bast-, tat.
verıx//veruxtən «qaçmaq» – av. rack, parf. virixt, tal. vit-; tat.
niştan//neştən «oturmaq» – av. oşta-, qəd. fars. nişadaya, tal.
nişt fars. neşt; tat. suxtan//soxtən «yanmaq» – av. suxta, tal.
süt; tat. çiran//çirən «yığmaq, toplamaq» – av. kay-/çay-, çin,
qəd. hind. çinofi; qəd. fars. kl. fars. çinad; tac. çidan, müasir
fars. çidan, tal. ç tat. çimərdan//şümərdən «saymaq» – av.,
qəd. fars. (ş) maq, əf. şmerəl, tac. şumərdan, tal. aşmard-; tat.
kişf(an)/küşf(ən)/küşdən «öldürmək» – av., qəd. fars. kauş-,
tac. kuştan, tal. kışte; tat; furuxtan//füruxtən «satmaq» – av.,
Dostları ilə paylaş: |