Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə100/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   93   94   95   96   97   98   99   100   101

 
291 
“ĠNTĠZAR” MƏFHUMU 
“Ġntizar”,  adətən,  insanın  mövcud  vəziyyətdən  narahat  olaraq 
yaxĢı vəziyyətin  yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, 
sağalmaq  intizarını  çəkən  xəstə  mövcud  vəziyyətdən,  yaxud 
övladının  səfərdən  qayıtması  intizarını  çəkən  ana  övladının 
ayrılığından  narahatdır  və  hər  ikisi  bu  vəziyyətin  sona  çatmasını 
gözləyir. 
Dünyanın  böyük  islahatçısının,  imam  Mehdinin  (ə)  haqq-
ədalətli  hökumətinin  intizarı  iki  prinsip  üzərində  qurulmuĢdur: 
“inkar” və “isbat” prinsipləri. “Ġnkar” dedikdə, mövcud vəziyyətdən 
narahatçılıq  hissi,  “isbat”  dedikdə  isə  vəziyyətin  yaxĢılaĢmasının 
intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkiĢafı iki mütənasib fikrin 
formalaĢmasına  səbəb  olacaqdır:  1)  zülm  və  haqsızlığa  qarĢı  ikrah, 
hətta  onlarla  mübarizə  hissi;  2)  vahid  ədalətli  bir  hökumətin  təĢkili 
üçün cismi və ruhi, maddi və mənəvi hazırlıq hissi. Göründüyü kimi, 
bu hisslərin hər ikisi müsbət xarakterlidir. 
“Ġntizar”ın  bu  məfhumuna  diqqət  yetirməklə,  imam  Mehdi  (ə) 
qiyamının  intizarını  çəkənlərin  böyük  savabı  məlum  olur.  Beləcə 
rəvayətlərin  nə  üçün  həqiqi  intizar  çəkənləri  imam  Mehdinin  (ə) 
xeyməsində  və  bayrağı  altında  olanlarla  bir,  yaxud  Allah  yolunda 
cihad edən və Ģəhid olanlar kimi saydığını açıq-aydın baĢa düĢürük. 
Görəsən,  bunlar  insanların  hazırlığa,  haqq-ədalət  yolunda 
mübarizəyə  və  yüksək  dərəcələrə  dəvəti  deyilmi?  Məlumdur  ki, 
Allah yolunda cihad edənlər fədakarlıq dərəcələrinə görə fərqləndiyi 
kimi, intizar hazırlığının da müxtəlif dərəcələri var. Bu baxıĢdan biri 
digərinə bənzəyir. Hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə 
bir  hökumətin  bayrağı  altda  durmağa  layiq  Ģəxs  məsələyə 
əhəmiyyətsiz  yanaĢa  bilməz.  Ora  yalnız  layiqli  Ģəxslərin  yeridir. 
Eləcə  də,  əlinə  silah  götürüb,  bu  inqilabın  düĢmənləri  ilə  mübarizə 
aparmaq  istəyən  Ģəxsin  ruhi,  fikri  və  cismi  cəhətdən  tam  hazırlığı 
olmalıdır. 
Ġmam  Mehdinin  (ə)  zühur  intizarının  təsirləri  barədə  aĢağıda 
verilən izahlara diqqət yetirək: 


 
292 
ĠNTĠZAR – TAM HAZIRLIQ 
Əgər  mən  özümə  zülm  edirəmsə,  zülmkarların  əleyhinə 
qalxacaq bir  rəhbərin intizarını  necə çəkə  bilərəm?  Əgər  mən  özüm 
də  günahkar  olub,  pak  deyiləmsə,  yer  üzünü  çirkin  insanlardan 
təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə 
ola bilərəm? 
Böyük  bir  cihadın  intizarını  çəkən  ordu  hərbi  hazırlığı  və 
hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və 
bütün zəif nöqtələri islah etməyə cəhd göstərir. 
Ġntizar, yəni bir müsafirin səfərdən qaytmasını gözləmək. 
Ġntizar, yəni əziz bir dostun gəliĢini gözləmək. 
Ġntizar,  yəni  meyvənin  dərilmə  və  məhsulun  yığım  fəslini 
gözləmək. (Bu intizarların hər biri müəyyən hazırlıqla birgədir.) 
Amma  dünyanın  böyük  islahatçısının  qiyamının  intizarını 
çəkmək, həqiqətdə bəĢər tarixində inqilabların ən böyük və geniĢinin, 
ümumbəĢəri  çevriliĢ  və  dəyiĢikliklərin  intizarıdır.  Bu  inqilab  digər 
inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb 
cahanĢümuldur,  insanların  bütün  yaĢayıĢ  yönlərinə  –  həm  siyasi, 
həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə Ģamildir. 
BĠRĠNCĠ FƏLSƏFƏ: FƏRDĠ ĠSLAHAT 
Belə dəyiĢiklik hər Ģeydən öncə insani dəyərlərə ehtiyac duyur 
ki,  ümumdünyəvi  islahatın  ağır  məsuliyyətini  çəkə  bilsin.  Belə 
böyük  bir  proqramın  icrasında  həmkarlıq  üçün  mütləq  elmi  dərəcə, 
yüksək  məlumat,  ruhi  və  fikri  hazırlıq  tələb  edir.  DardüĢüncəlik, 
ümumiyyətlə,  hər  növ  irtica  həqiqi  intizarla  uyğun  gəlmir.  Əsas 
məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda 
heç  vaxt  tamaĢaçı  rolunu  ifa  edə  bilməz  və  elə  indidən  inqilabçılar 
sırasına qoĢulmalıdır. 
Əgər mən özüm əyri iĢlərə əl atıramsa, necə düzgün bir nizamın 
intizarını çəkə bilərəm?! 
Görəsən,  bu  intizarın  özü  ruhi,  fikri  və  cismi  çirkinliklərdən 
təmizlənib  saflaĢma  üçün  kifayət  deyildirmi?  Azadlıq  uğrunda 
mübarizə  intizarı  çəkən  ordu  tam  hazır  vəziyyətdə  olmalı, 
hərbiçilərin  hazırlığı  və  ruhiyyələrini  gücləndirməli,  fədakarlıq 


 
293 
hissini  dirçəltməlidir.  Belə  hazırlığa  malik  olmayan  ordu  heç  vaxt 
intizardan danıĢa bilməz.  
Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, 
əxlaqi,  maddi  və  mənəvi  cəhətdən  tam  hazırlıq  tələb  edir  ki,  bu 
hazırlığın  bir  çox  müsbət  təsirləri  vardır.  Bütün  yer  üzünü  islah 
etmək,  zülm,  təfriqə  və  ixtilafa  son  qoymaq  isə  asan  və  sadə  bir  iĢ 
deyil.    Belə  bir  inqilabı  həyata  keçirmək  üçün  Ģücaətli,  dərrakəli, 
ağıllı,  dərin  düĢüncəli,  tam  hazırlıqlı,  söz  və  əməlində  doğru  olan 
Ģəxsiyyətlər  lazımdır.  Belə  böyük  hədəf  üçün  insanın  dərin  əxlaqi, 
fikri  və  ictimai  cəhətdən  islahı  lazımdır.  Həqiqi  intizarın  mənası 
məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz! 
ĠKĠNCĠ FƏLSƏFƏ: ĠCTĠMAĠ HAZIRLIQ 
Həqiqi  intizar  fərdi  islahat  tələb  etdiyi  kimi,  ictimai  birliyin 
qorunmasını,  ümumi  islahat  nəzərdə  tutur.  Çünki  intizarı  çəkilən  o 
böyük  hadisədə  bütün  inqilabi  qüvvələr  iĢtirak  edəcək,  hamı  bir 
məqsəd üçün çalıĢacaq. Hamının əlbir olduğu mübarizə meydanında 
heç kim yoldaĢının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə 
zəif  bir  nöqtə  görsə,  onu  islah  etməyə  cəhd  göstərməlidir. 
Mübarizlərin  fəal  iĢtirakı  olmadan  belə  bir  proqramın  icrası  qeyri-
mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla  yanaĢı ictimai 
islah  və  hazırlıq  da  zəruridir.  Bu  da  böyük  islahatçının  qiyamı 
intizarının baĢqa bir müsbət təsiridir! 
ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQĠQĠ ĠNTĠZARÇILAR 
ÇĠRKĠNLĠKDƏN UZAQDIR! 
Ġmam  Mehdinin  (ə)  intizarının  digər  mühüm  təsirlərindən  biri 
də çirkinlik və eybəcərliklərə qarĢı islahat proqramıdır. 
Ġzah: Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti 
özünə  doğru  çəkir,  bəzən  pak  insanları  belə,  ruhi  sıxıntıya, 
ümidsizliyə  düçar  edir.  Bəzən  də  elə  fikirləĢirlər  ki,  artıq  iĢ-iĢdən 
keçmiĢdir.  Əsla  islahata  ümid  yeri  yoxdur  və  özlərini  də  pak 
saxlamaq  üçün  çalıĢmaq  faydasızdır.  Bu  ümidsizlik  onları  yavaĢ-
yavaĢ  fitnə-fəsada,  çirkin  mühitə  doğru  çəkə  bilir  və  əksəriyyətə 
hakim  kəsilən  çirkin  mühitin  müqabilində  azlıq  təĢkil  edərək 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə