Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

«С
2
» 
və  sonuncu 
25-28-ci 
xanələri  «d»  musiqi  materialı 
əsasında  formalaşmışdır.  Rəqsin  musiqi  formasının  sxemi 
aşağıdakı şəkildədir:
_____ A_____
a+b+c+cı+C2+d
«Narey»  rəqsi  də  musiqi  folkloru  nümunələrindən 
olub  mərasimlərdə  ifa  edilən  havalardandır.  instrumental 
şəkildə  ifa olunan bu rəqsin lad-intonasiya quruluşu  «Rast» 
üstündədir.  Orta  tempdə  olan  rəqsin  ifasında  melodik 
xəttin  inkişafından  asılı  olaraq  intonasiyalar  yüksələn  və 
enən  istiqamətlərdə  hərəkət  etdiyi  üçün  melodiyada  rən­
garəng  intonasiya  çeşidləri  ilə  rastlaşırıq.  Rəqsin  into­
nasiyaları  seksta  intervalı  hüdudunda  bərqərar  olur.  Əsa­
sən  triollar  şəklində  olan  melodik  strukturun  formalaş­
masında  kvarta  hüdudunda  olan  sıçrayışlı  intonasiyalara 
da rast gəlirik.  Aşağıdakı not misalmda rəqsin lad quruluşu 
göstərilmişdir:
Not  misalından  göründüyü  kimi  «Rast»  məqamına 
əsaslanan melodiyada  «fa» mayə  səsi,  «si bemol»  isə  istinad 
pərdəsidir.  Rəqsin  2,3,5,7-ci  və  digər  xanələrində  verilmiş 
kvarta  sıçrayışlı  intonasiyalarda  xanədaxili  zərbənin  ikinci 
vurğuya  düşməsi  nəticəsində  rəqsə  xüsusi  oynaqlıq, 
rəqsvarilik gətirir.
Orta  tempdə  ifa  olunan  bu  rəqsin  metrik  ölçüsü  6/8- 
dir.  Rəqsin  melostrukturu  əsasən  triollarm  formayaradıcı 
amilləri  əsasında  formalaşmışdır.  Aşağıdakı  not  nümu-


nəsində  rəqsin  əsas  ritmik  komponentlərini  təşkil  edən  üç 
xanənin  ritm formulları göstərilmişdir:
«Narey»  rəqsinin  melodiyasının  formalaşmasında 
səslərin  sıçrayış! ı  hərəkətinə  və  sekvent  ifa  üslubuna  daha 
çox  rast  gəlinir.  Qeyd  etmək  istərdik  ki,  4-5-ci  xanələrin 
özək  tematik  planı  əsasında  improvizə  elementlərindən 
istifadə  rjıunmaqla  ayrı-ayrı  musiqi  frazaları  yaradılmış  və 
bunlar  da  musiqi  fikirlərinin,  cümlələrinin  formalaş­
masında  öz  rolunu  oynamışdır.  Buna  misal  olaraq  4-5-ci 
xanələrin  intonasiya  çeşidlərinin  improvizə  yolu  ilə 
işləni'iməsini  6-21 -c.i  xanələrin  melorstrukturunda  göstərə 
bilərik.
Bu  rəqs  də  demək  olar  ki,  «Güleynare»  ilə  eyni 
formaya  malikdir.  Burada  bir  fərq  «Narey»  rəqsində  bir 
musiqi  cümləsinin  beş  dəfə  eynilə  təkrarlanmasıdır. 
Əvvəlki  rəqslərdən  fərqli  olaraq  burada  əsas  mövzu 
verilməmişdən  öncə  bir  xanədən  ibarət  giriş  xarakterli  əsas 
tonallığm D-T pərdələrinin səsləndirilməsi verilmişdir.
«Lo çimənə»  rəqsi  Naxçıvan  folkloruna  aid  rəqs- 
lərdəndir.  Bu  havanın  adına  digər  regionlarda  rast 
gəlinmir.  Əsasən  tulumda  ifa  edilən  bu  hava  «Moderate» 
tempində  çalmır.  Seksta  intervalı  hüdudunda  olan  bu 
rəqsin  diapazonunda  intonasiyalar  üfüqi  istiqamətdə 
hərəkət edir.  Melodik  xəttin  və buna  uyğun  intonasiyaların 
üfüqi  inkişafı  rəqsin  səslənməsində  monotonluq  yarat-


mışdır. 
Rəqsin 
melodik 
bünövrəsi 
birinci  xanənin 
intonasiyaları  üzərində  qurulmuşdur.  Ona  görə  də  bu 
intonasiyaları  melodiyanın  formayaradıcı  amili  kimi  özək 
intonasiyalar  adlandırmaq  olar.  Aşağıdakı  not  misalında 
rəqsin lad  quruluşu verilmişdir:
«Rast»  məqamında  verilən  not  nümunəsində  «lya» 
mayə,  «mi»,  «si»  istinad  pərdələridir.  Rəqsin  musiqi 
materialında  musiqi  fikirlərinin  formalaşmasında  əsasən 
«mi»,  «lya»,  «si»  pərdələrindən  başqa  «do»  səsinin  into­
nasiyalarının da xüsusi rolu var.
Melostrukturu  birinci  xanənin  ritm-intonasiyaları 
əsasında  yaranmış  bu  havanın  formalaşmasında  aşağıda 
not  misalında  göstərilən  üç  xanənin  ritmoformulları 
dayanır:
Melodik  fikrin  formayaradıcı  amilində  əsasən 
triollarm işləd ilməsindən istifadə olunan bu  havanın metrik 
ölçüsü 6/8-dir.
Melodik  xəttin  böyük  olmayan  inkişafı  prosesində 
fəqət  özək  melotezisdən  və  ya  musiqi  ifadə  vasitəsindən 
istifadə  olunması  fakt  olaraq  gözümüz  qarşısında  canlanır. 
Rəqsin  1-ci  xanəsində  verilmiş  triollar  özək  motivin 
bünövrəsidir  ki,  sonrakı  melostrukturun  formalaşmasında 
ancaq  və  ancaq  bundan  istifadə  olunmuşdur.  Burada  da


səslərin sıçrayışlı gedişindən yararlanılmışdır.
Loçimənə»  rəqsinin  musiqi  forması  period  formas­
ındadır.  Rəqsin  melodik  strukturunu  eyni  ritmoformul- 
lardan  təşkil  olunmuş  intonasiyalar,  melodik  fikirlər  təşkil 
edir.  Kvadrat  periodun  cümlələri  4+6  xanəyə  ayrılır.Rəqsin 
ümumi  musiqi  formasının  sxemi  aşağıdakı  şəkildə  özünü 
göstərir:
a+aı
«Qoftanı»  rəqsi  tulumun  ifasından  nota  alınmışdır. 
Melodik  dilin  rəqsvari  olması  havanın birinci  iki  xanəsinin 
metroritmik  strukturundan  və  xanədaxili  vurğudan  asılı 
olaraq  meydana  çıxmışdır.  Rəqsin  melodik  fikrinin  for­
malaşmasında  intonasiyaların  üfüqi  istiqamətdə  hərəkəti 
xüsusi  rol  oynayır.  Kvarta  intervalı  hüdudunda  olan  lad 
quruluşunda  «sol»,  «si  bemol»,  «do»  səsləri  özünü 
funksional baxımdan göstərir. «Şur» ladma söykənən rəqsin 
səs  sistemində  əsas  özək  intonasiyalar  rəqsin  birinci  iki 
xanəsində verilmiş intonasiyalarla bağlıdır:
Not  misalında  verilən  lad  quruluşundan  göründüyü 
kimi  «sol»  mayə,  «si  bemol»,  «do»  istinad  pərdələridir. 
Rəqsin  səslənməsində  burdonlu  səslənmədən  də  istifadə 
olunmuşdur.  Melodiyanın  ifasında  «sol»  və  «si  bemol»


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə