Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   41   42   43   44   45   46   47   48   49

Bu dərə alıxlıdı, haxışta, 
Alıxlı-balıxlıdı, haxışta,
Mən sevdiyim oğlanın, haxışta, 
Ayağı çarıxlıdı, haxışta.
Qızıl üzük laxladı, haxışta, 
Verdim anam saxladı, haxışta, 
Anama qurban olum, haxışta, 
Yarı qonax saxladı, haxışta.
Araba gəlir, bərk gəlir, haxışta,
İçi dolu qənd gəlir, haxışta,
Mən şirin çay içəndə, haxışta, 
Qaynanama dərd gəlir, haxışta.
Gülümeylər
Toyçular vurun toyu,  gülüm hey, 
Gün qalxdı cida boyu,  gülüm hey. 
Toyda gözəl çox olur, gülüm hey, 
Axtarın əsli soyu, gülüm hey.
Ay sarı kisə ad oldu, gülüm hey,
Dağıldı bərbad oldu, gülüm hey.
Bu yar bizə yar olmaz, gülüm hey, 
• •
Üstümüzə ad oldu, gülüm hey.


Yaylığım həşdi-hüşdü,  gülüm hey, 
Həşyəsi yerə düşdü, gülüm hey.
On iki qoçaq içində, gülüm hey, 
Gözüm çobana düşdü,  gülüm hey.
Arxalığım qədəh yar, gülüm hey, 
Geymə,  gələr gödəh yar,  gülüm hey. 
Sən get atın yəhərlə,  gülüm hey,
Mən də gəlim, gedəh yar, gülüm hey.
Saşda daraq olaydım, gülüm hey, 
Yoldan iraq olaydım,  gülüm hey.
Yar içəri girəndə, gülüm hey,
Dönüb çıraq olaydım,  gülüm hey.
Arxalığım çim yaşıl,  gülüm hey, 
Geymə,  gözüm qamaşır,  gülüm hey. 
Eşdə səsin gələndə, gülüm hey,
Evdə dilim dolaşır,  gülüm hey.
Duvaqqapma mərasimi
A p a rıc ı
: Gəlin deyər: - hanı atam? 
Qoyunu quzuya qatam?
Q ızlar xoru:
 Qaynatan sənin atan, 
Ay gəlin, xoş gəldin, xoş gəldin, 
Bizim evə tuş gəldin,  tuş gəldin.


A p a rıcı:
 Gəlin deyər: - ham anam?
Kəsilməmiş qalıb hanam.
Q ızlar xoru :
 Qaynanan sənin anan,
Ay gəlin, xoş gəldin, xoş gəldin,
Bizim evə tuş gəldin,  tuş gəldin.
A p a rıcı:
 Gəlin deyər: - Yox qardaşım,
Dağılıbdı yar - yoldaşım.
Q ızlar xoru :
 Qaynındır sənin qardaşın,
Ay gəlin, xoş gəldin, xoş gəldin,
Bizim evə tuş gəldin,  tuş gəldin.
A p a rıcı:
 Gəlin deyər: - hanı mirzəm?
Sözlərimi yazıb düzəm.
Q ızlar xoru:
  Dağlarda əkilib mərzə,
Göyərib qalxıbdı dizə,
Böyük qaynın sənə mirzə 
Ay gəlin, xoş gəldin, xoş gəldin,
Bizim evə tuş gəldin, tuş gəldin.
A parıcı:
 Gəlin deyər: - Yoxdu bacım,
Başımnan alıblar tacım.
Q ızlar xo ru :
 Baldızmdı sənin bacın,
Ay gəlin, xoş gəldin, xoş gəldin,
Bizim evə tuş gəldin,  tuş gəldin.
Q ızlar xoru:
 Gəlin gəldi nə gətdi?
A p a rıcı:
 Yorğanla -  döşək gətdi.
Q ızlar xoru:
 Yerində-yurdunda qayım-qədim olsun. 
Q ızlar xoru:
 Gəlin gəldi nə gətdi?
A p a rıcı:
 Yaxşı qab-qacaq gətdi.
Q ızlar xoru :
 Dəstərxanı açıq, nehrəsi yağlı olsun.


Q ızlar xo ru :
 Gəlin gəldi nə gətdi?
A p a rıcı:
 içi dolu sandıq gətdi.
Q ızlar xo ru :
 Geyim-kecimi bol olsun.
Q ızlar xo ru :
 Gəlin gəldi nə gətdi?
A p a rıcı:
 Bəyimizə buxça gətdi.
Səhhəti-vücud olsun.
Q ızla r xo ru :
 Gəlin gəldi nə gətdi?
• •
A p a rıcı:
 Ozüylə Ruzu gətdi.
Ayağı sayalı olsun.
Q ızlar xo ru :
 Gəlin gəldi nə gətdi? 
A p a rıcı:
 Təmiz ad, ismət gətdi.
Q ızla r xo ru :
 Başımız uca olsun.


XALQ MAHNILARI
Qayna, samavarım, qayna
Samavarım qızıldı,
Suyu yerə sızırdı.
Bütün aləm bilir ki,
Bir oğlan bir qızındı. 
Qayna,  samavarım, qayna, 
Getdi ixtiyarım,  qayna.
Samavarın altı yaşıl, 
Şəninə söz yaraşır. 
Çıxartma güllü paltarın, 
Çıxartma,  gözlər qamaşır. 
Qayna, samavarım, qayna, 
Getdi ixtiyarım, qayna.


Ay qız, dur gəl, sabah oldu
Damlarının dalı çuxur, 
Ağacda bülbüllər oxur. 
Mənim yarım bafta toxur, 
Ay qız dur gəl,  sabah oldu, 
Yandı bağrım,  kabab oldu.
Damlarının dalı daşdı,
At yerimir, nalı boşdu. 
Burdan uçan hansı quşdu, 
Ay qız,dur gəl, sabah oldu, 
Yandı bağrım, kabab oldu.
Damlarının dalı təpə,
Yağış gəlir səpə -  səpə. 
Istəklimi öpə -  öpə,
Ay qız, dur gəl,  sabah oldu, 
Yandı bağrım, kabab oldu.
Apardı sellər Saranı.
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı.
Sara  gözəl qələm qaşlı,


Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
Arpa çayı onu aldı,
Aparıb dəryaya saldı. 
Cilovdan dalda qaldı,
Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
O yan qumdu-bu yan qumdu, 
Sara atdan düşcək cumdu, 
Cilovdar gözün yumdu, 
Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
Qırx adamla çıxdıq düzə, 
Sarğı başmaq göldə üzə,
Pıçaq batsın yaman gözə, 
Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
Arpa çayı dibdən qurusun, 
Kökünə balta vurulsun. 
Cilovdar, əlin qurusun, 
Apardı sellər Saram.
Bir ala gözlü balanı.


Düyünü tökdüm qazana, 
Qaldı uzana-uzana. 
Qismət imiş qəbir qazana, 
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Deyişmələr 
Mahnı -  dialoqlar 
Anayla qız
Q ız :
  Ana, aman deyərlər,
m
incə daban deyərlər,
Elə anma gələr,
Yara çoban deyərlər.
A n a :
 Andın amansız olmaz, 
incə dabansız olmaz.
Heç arma gəlməsin, 
Qoyun çobansız olmaz.
Çobanla qız
Ç o b a n :
  Mən çobanam qoynuna,
Babalm qoy boynuma.
Ya məni evləndir sən,
Ya da gəl al qoynuna.
Q ız :
  Çoban, itin qudursun, 
Arxasınca su dursun.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə