Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   41   42   43   44   45   46   47   48   49

K o sa  -  k o sa
Ay Kosa-kosa,  gəlsənə,
Gəlib salam versənə, 
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay uyruğu-uyruğu,
Saqalı it quyruğu.
Kosam bir oyun eylər, 
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər. 
Novruz-novruz bahara, 
Güllər-güllər nübara, 
Bağçanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağ olsun, 
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa. 
Qurbanın olum, yaşıl çuxalı, 
Culfalısan, yoxsa buralı? 
Bağçanızda gül olsun, 
Evdəkilər sağ olsun.
Xanım,  ayağa dursana, 
Kosaya pay versənə.
-Ay Kosa, hardan bəridi? 
-Şərurdan.


-Nə gətirdin ordan?
-Alma.
-Almanı neylədin?
-Satdım.
-Pulunu neynədin?
-Öküz aldım.
-Öküzü neynədin?
Vurdum öldü.
Başın sağ olsun, Kosa,
Ərşin uzun, bez qısa, 
Kəfənsiz ölməz Kosa.
Ay Kosa-kosa gəlmisən, 
Lap vaxtında meydana sən. 
Almayınca payını 
Çəkilmə bir yana sən.
Beş yumurta payındı 
Əskiyini almayasan... 
Mənim Kosam oynayır,
Gör necə dingildəyir.
Ona qulaq asanm 
Qulağı cingildəyir.
Mənim Kosam cannıdı, 
Qolları mərcannıdı.
Qələm oynar qaşında,
Yuz əlli beş yaşmda,
Gör nə cavandı Kosam.


C an  gü lü m   m ərasim i
Xırda yarm dəstəsi, 
Oldum yarm xəstəsi. 
Yarın gəlir uzaqdan, 
Əlində gül dəstəsi.
Can gülüm oldu gəl-gəl, 
Gülləri soldu gəl-gəl, 
Tələsmə dəli könlüm, 
Dediyin oldu gəl-gəl.
Qızıl üzük bir badam, 
Qızlar içində yadam. 
Qəfəsdə bülbül kimi 
Gah küsülü,  gah şadam.
Qızıl üzüyün qaşı,
Nişana qoydum daşı, 
Dost tutma,  dost tutaram 
Yanar ürəyin başı.
Ağ at minərəm səni, 
Yorğa minərəm səni. 
Məni yara yetirsən 
Qardaş bilərəm səni.


Corabım doğanaqdı,
Yar qalada qonaqdı. 
Gedəndə küsdürmüşəm 
Gələndə bedamaqdı.
Bu yolun o üzləri 
Bitibdi nərgizləri.
Oğlan qızın dərdindən 
İtirib öküzləri.
Qardaş, atı səhdimi,
Nal mıxmı töhdümi.
Bacın qərib ölkədə,
Bacın fikir çəhdimi?
Arxalığın bir üzdü,
Bir astardı, bir üzdü.
• •
Uzün qoy üzüm üstə 
Görən desin bir üzdü.
Çömçəxatun
Çömçəxatun nə istər? 
Tanrıdan yağış istər. 
Qoyunlara ot istər 
Quzulara süd istər, mə-ə-ə.


Çömçəxatun nə istər? 
Tanrıdan bol su istər, 
Ağaclara bar-bəhər,
Çobana quzu  istər, mə-ə-ə.
Əlincənin buludu,
Yetimlərin umudu,
Tanrı, bir yağış yetir, 
Demilərim qurudu,  mə-ə-ə.
Çömçəxcatun dağ istər, 
Qoyuna yaylıq istər, 
Çəmənlərə bol yağış, 
Bərəkətli bağ istər, mə-ə-ə.
Çömçəxatun nə istər? 
Gö}dərə bulud istər. 
Mal-qaraya çoxlu süd, 
Dağlarda bol ot istər, mə-ə-ə.
Çömçəxatun nə istər? 
Quzulara pay istər. 
Çobanlara bolca ot, 
Cavanlara toy istər, mə-ə-ə.
Çömçəxatun pay istər, 
Dolu-dolu çay istər,
Quzusu bol çobanlar 
Pəniri lay-lay istər,  mə-ə-ə.


Çömçəxatun duz istər, 
Çiçək dolu düz istər, 
Havaları buluddu,
Bol yağışlı yaz istər, mə-ə-ə.
Sayaçı sözləri
Candı qoyunun gəlini, 
Afşara gəlməz yelini, 
Hənalaym əllərini 
Onu sağan qız-gəlinin.
Canım a qəmər qoyun, 
Balası əmər qoyun.
Yiyən sənin ucunnan, 
Qurşuyub kəmər qoyun. 
Saya, saya, sayadan,
Qoyun gəlir pəyədən, 
Sayaçıya pay verin 
Damazlığı mayadan.
Nənəm,  a ağbaş qoyun, 
Qarlı dağlar aş, qoyun. 
Yağmdan plov olar, 
Quyruğundan aş,  qoyun.
Nənəm,  qara qaş qoyun, 
Qarlı dağlar aş, qoyun.


Qaranlıq gecələrdə 
Çobana yoldaş qoyun.
Ay nənəm, qızıl  qoyun, 
Arxaca düzül qoyun. 
Əgər sənə kəm baxsam, 
Əlimdən üzül, qoyun.
Yağ yağışım
Ay can, ay can,  torpağım, 
Odda az yan,  torpağım, 
indi yağış yağacaq,
Sən düş islan, torpağım. 
Yarıdı torpax qupquru, 
Suya saldım dupduru, 
Yağ, yağışım,  çoxlu yağ, 
Çöllər oldu qupquru.
Torpax, qurutdum səni, 
Birdən unutdum səni. 
Gördüm yağış yağmıyır, 
Tez suya atdım səni.
İslandın,  arzu gətir, 
Çaylara bol su gətir, 
Qarılara çoxlu yun, 
Çobana quzu gətir.


Haxıştalar
Oğlan, adın Cümşüddü, haxışta, 
Gün dağlara düşübdü, haxışta. 
Verdiyin qızıl üzük, haxışta, 
Barmağımdan düşübdü, haxışta.
Qəbirsanmx gül aşdı, haxışta,
*   •
Ölülər durdu qaşdı, haxışta, 
Gedin anama deyin, haxışta, 
Qızın qoşuldu qaşdı, haxışta.
Qəbirsanmx gül aşmaz, haxışta, 
Ölülər durdu qaşmaz, haxışta, 
Anam qızma bələddi, haxışta, 
Qızı qoşulub qaşmaz, haxışta.
ilana bax, ilana, haxışta,
İlan göydə bulana, haxışta,
And içmişəm qurana, haxışta, 
Gərək gedəm xuliqana, haxışta.
Arazı ayırdılar, haxışta,
Qum ilə qayırdılar, haxışta, 
Mənim nə vaxtım idi, haxışta, 
Yarımnan ayırdılar, haxışta.


Sandıq üstə sandığım, haxışta, 
Sandığa dayandığım, haxışta, 
Hayıf mənim əməyim,  haxışta, 
Yad  oğluna yandığım,  haxışta.
Pəncərənin milin çək, haxışta, 
Yandır onun külün çək, haxışta, 
Qohuma qız verənin, haxışta, 
Əngin ayır,  dilin çək, haxışta.
Istəkanm noxudu, haxışta,
Evdə qonax çoxudu, haxışta, 
Qonaxlarm içində, haxışta,
Bircə yarım yoxudu, haxışta.
Ağ dəvə düzdə qaldı, haxışta, 
Yükü  təbrizdə qaldı, haxışta, 
Oğlanı dərd apardı, haxışta, 
Dərmanı qızda qaldı, haxışta.
Almanı alma, gəlin, haxışta,
Al, yerə salma, gəlin, haxışta, 
Evlərdə çox söz olar, haxışta, 
Ürəyinə salma, gəlin,  haxışta.
Oğlan adm Əlidi, haxışta,
Qolların düyməlidi, haxışta,
• •
Ozün qəşəng oğlansan, haxışta, 
Hayıf anan dəlidi, haxışta.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə