Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

özü  sübut edir ki,  təhlilə  cəlb  etdiyimiz yallı  rəqsləri  ardıcıl 
olaraq  silsilə  şəklində  ifa  olunarmış.  Onların  eyni  lad 
strukturunda olması faktı da bunu  təsdiq edir.
«Qaz-qazı»  havasının  lad  strukturu əvvəlki havalarla 
eyni  «Bayatı-Şiraz»  üstündə  olduğu  üçün onun not misalını 
vermirik.
«Qaz-qazı»nın  ikinci  hissəsi  də  «Bayatı-Şiraz»  ladı 
əsasmdadır.  Onun  melodik  strukturu  əvvəlki  havaların 
melodik  quruluşları  ilə  eyni  intonasiyalara  malikdir.  Fərq 
sadəcə  hər  birinin  ayrı-ayrı  variatlarda  ifa  olunmasıdır. 
Buradan  belə  nəticə  çıxara  bilərik  ki,  bu  yallı  havaları 
qədim  ənənəmizdə  eyni  mərasimdə  ardıcıl,  silsilə  for­
masında ifa olunan rəqs nümunələrindəndir.
«Qaz-qazı»  yallı  havası  da  formaca  iki  hissədən 
ibarətdir.  Onun  musiqisi  sadə  formada  olduğu  üçün 
melostrukturun  ritmik  komponentləri  də  sadə  şəkildə 
qurulmuşdur.  Bu  havanın  ikinci  hissəsinin  melodik  quru­
luşu  birinci  hissənin  oktava  yuxarı  səslənməsidir.  Melodik 
fikir  sadə  quruluşda  olduğuna  görə  onun  ritm-into- 
nasiyaları  aşağıdakı  iki  xanənin  ritmik  şəkilləri  əsasında 
formalaşmışdır:
Verilən  təhlillər  «Qaz-qazı»  yallı  havasının  da 
silsiləvi  şəkildə  ifa  olunmasmı  əyani  şəkildə  göstərdi.  Eyni 
havanın  ayrı-ayrı  variantlarla  və  ya  silsiləvi  şəkildə  ifa 
olunması  Naxçıvanın  musiqi  folklorunun  özəlliklərindən,


ifa xüsusiyyətlərindən irəli gəlir.
«Hoynərə»  rəqsinin  forma  xüsusiyyətləri eynilə  bura
da  şamil  edilə  bilər.  Fərq  sadəcə  melodik  strukturun
•   •
quruluşundadır. Oncə  ağır tempdə ifa olunan bu  rəqs ikinci 
hissədə orta tempdə davam etdirilir.
Melostrukturu  8  xanədən  ibarət  olan  bu  hava  da 
«Hoynərə»  kimi  ikinci  dəfə  oktava  yuxarıda  səsləndirilir. 
Struktur baxımından 4+4 olan bu havanın quruluşu kvadrat 
perioda  uyğundur.  Yallı  faktiki  olaraq  hər  biri  4  xanə  olan 
iki musiqi cümləsindən və ya bir musiqi fikrindən ibarətdir.
«Qaleyi»  yallı  havası  2  xanədən  ibarət  olan  melodik 
struktura  malik  folklor  musiqi  nümunələrindəndir.  Seksta 
(si  bemol-sol)  intervalı  hüdudunda  olan  bu  havanın  lad 
əsası  «Rast»  muğamı üstündədir. Rəqsin davamlı ifası üçün 
2  xanədən  ibarət  olan  özək  melodik  struktur  dəfələrlə 
təkrar olaraq çalınır:
O "  
m
Not  nümunəsindən  göründüyü  kimi  «re»  mayə,  «si 
bemol»  isə  istinad  pərdəsidir.  «Moderato»  tempində  ifa 
olunan  bu  havanın  əsas  intonasiya  çeşidləri  ifaçılara 
gümrahlıq bəxş edir.
«Qaleyi»  yallı  havasının  melostrukturu  da  sadə 
quruluşdadır.  Onun  ritmoformulları  aşağıdakı  iki  xanədən 
ibarət verilmiş ritmik şəkildən ibarətdir:


Misaldan  görünür  ki,  melostruktur  sadə  formada 
olsa  da onun ritmoformulları əvvəlki havalarla müqayisədə 
bir  qədər  mürəkkəbdir.  Metrik  ölçüsü  6/8-lik  olan  bu 
havanın  arxitektonikasmda  belə  ritmik  formulların  veril­
məsi  xanədaxili  vurğuların  yerdəyişməsi  ilə  ifanı  bir  qədər 
də  rövnəq,  oynaq  edir.  Rəqsin  əsas  musiqi  epizodu  təkrar- 
təkrar ifa olunur. Melodiyanın rəqsvariliyi onun xarakterini 
formalaşdırmış olur.
«Qaleyi»  havasının  melostrukturu  daha  lakonik,  iki 
xanədən təşkil olunmuşdur.


Nəticə
Azərbaycanın  qədim  ərazilərindən  olan  Naxçıvanın 
zəngin  mədəni  irsində  musiqi  folkloru  nümunələri  xüsusi 
əhəmiyyətə  malikdir.  Forma  və  janr  xüsusiyyətlərinə  görə 
rəngarəng,  çoxplanlı  olan  musiqi  folkloru  örnəkləri  etno- 
psixoloji  mühitin  mənəvi  dəyərləri  kimi  qiymətlidir.  Milli 
ənənənin  etik,  estetik  tərəflərini  öz  musiqi  mətnlərində 
qoruyan,  onun  sosial-mədəni  dəyərlər  sisteminin  göstə­
riciləri  kimi  formalaşan,  mövsüm-mərasim  ayinlərində  ifa 
edilən  və  əsrlərdən  keçərək  dövrümüzə  qədər  gəlib  çıxan 
xalq  mahnı  və  rəqsləri,  regional  xüsusiyyətlərinə  görə  bir- 
birindən  fərqlənən  bütün  folklor  musiqi  janrları  tarixi 
gerçəkliyi  musiqi  örnəklərinin,  faktlarının  dili  ilə  bizə  açır. 
Bu  mənada  Naxçıvanın  musiqi  folkloru  janrlarının  hər  biri 
tarixi,  mədəni  nailiyyətlərə  aid  informasiya  daşıyıcısı  kimi 
xüsusi əhəmiyyət daşıyır.
Tədqiqatın  yekunu  kimi  qeyd  etmək  istərdik  ki, 
Naxçıvanın  musiqi  folkloru  örnəklərinin  araşdırılmasında 
bir  sıra  problemlərə  diqqət  yetirilmiş  və  qarşıya  çıxan 
məsələlərin həllində aşağıdakı nəticələr əldə olunmuşdur.
Təhlillər  göstətdi  ki,  xalq  yaradıcılığının  yerli  ənə­
nəsində  ifa  üslubunun  və  mədəniyyətinin  formalaşdırdığı 
xarakterik  cəhətlər  musiqi  folklorunun  yerli  ənənəyə 
məxsus  özəlliklərini  formalaşdırır.  Ayrı-ayrı 
regionların 
yerli  ifa  üslubunun  formalaşmasında  yerli  ənənənin, 
mühitin  ifa  tərzinin,  ifaçı  sənətkarların  fərdi  ifa  mədə­
niyyətinin  bir  araya  gəlməsi  nəticəsində  regionun  ifa


üslubunun  koloriti,  özünəməxsus  cəhətləri  meydana  çıxır. 
Ənənəvi  musiqi  janrlarında  bu  meyarlar  daha  çox  gözə 
çarpır.  Çünki  əsrlərlə  bir  folklor  mühitində  formalaşmış 
musiqi  mədəniyyətində  bir  çox  ortaq  dəyərlər,  ifa  cizgiləri 
eyni  mühitin estetik-mənəvi  dəyərlərini  yaratmış  olur.  Belə 
ifalar  öz  ənənəvi  arxaik  ifa  üslubuna,  melopoetik  və 
melosemantikasma, milli koloritinə görə seçilirlər.
Mövsüm  və  mərasim  ayinlərinin  təhlilləri  nəticə­
sində  aydın  oldu  ki,  onlar  hələ  qədimdən  qədər  xalqın 
həyatında  mühüm  rol  oynamış  və  demək  olar  ki,  bu 
ayinlərin  bir  çoxu  bu  gün  də  yaşadılmaqdadır.  Belə  ki, 
mərasim  nəğmələri  xalqm  məişətində  mövsüm  nəğ­
mələrinə nisbətən daha çox yayılmış və onlardan mütəmadi 
şəkildə hər  il  ayrı-ayrı  mərasimlərin  keçirilməsində  istifadə 
olunur.
Xalq  mahnılarının  melopoetik  strukturunun  təhlili 
göstərdi ki,  o,  məzmun və formaca, eyni zamanda semantik 
xüsusiyyətlərinə görə zəngin milli dəyərlərə söykənir.
Təhlillərdən  aydın  oldu  ki,  adətən  mahnıların  melo- 
dik  dilinin  zənginliyinə  bir  neçə  amil  və  ifadə  vasitələrinin 
istifadə formaları, xüsusiyyətlər təsir göstərir:
a)  Melodik  dilin  zənginləşməsi  prosesi  ilkin  olaraq 
lad-intonasiya çeşidlərinin rəngarəngliyindən,  seçim forma­
sından asılıdır.
b)  Melodik dilin formalaşmasına mahnının metrik və 
ritmik struktur forması öz təsirini göstərir.
c)  Melodik  dilin  formalaşması  mahnının  mətnindən 
asılı  olaraq  bu  və  ya  digər  keyfiyyət  göstəricisi  ilə  ölçülür.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə