Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Yəni  mətndə  fonetik  səslərin  heca  quruluşunun  ardıcıllaş- 
masmdan,  onun  oxunuş formasının  ahəngindən  asılı  olaraq 
musiqi dili öz axıcılığını həmahəngliyini  formalaşdırır.
d) 
Melodik  dilin  zənginliyi  onun,  ənənəvi  musiqinin 
hansı  janr  formasından  əks  olunması  ilə  də  ölçülür.  Yəni 
xalq  mahnısının  musiqi  dili  milli  olub  hansı  örnəkdən; 
folklor  musiqisindən,  muğam  və  ya  aşıq  sənətinə  məxsus 
ifa  üslublarından götürülməsi ilə də seçilir.
Naxçıvan  bölgəsinin  musiqi  folkloru  nümunələrinin 
lad-intonasiya  xüsusiyyətlərinin  təhlilləri  onlarm  əsasən 
«Rast»,  «Segah»,  «Şur»,  «Bayatı-Şiraz»  muğamları  üstündə 
olmasını  ortaya  çıxardı.  Folklor  nümunələrinin  lad  quru­
luşlarının  təhlilləri  onların  kiçik  tersiyadan  seksta  intervalı 
hüduduna  qədər  formalaşmasını  göstərdi.  Musiqi  folkloru 
nümunələrinin 
intonasiya 
xüsusiyyətlərinin 
qarşılıqlı 
şəkildə  araşdırılması  bir  daha  sübut  etdi  ki,  təhlilə  cəlb 
edilən  havaların  intonasiya  çeşidləri  sadə,  xalq  musiqi 
janrları  ruhunda  olub  sırf  folklor  hadisəsi  kimi  maraq 
doğurur.  Bu  intonasiyalar  milli  ruhun,  özünü  milli  dərkin 
təcəssümü  kimi  qiymətlidir.  Təhlil  edilən  musiqi  folkloru 
nümunələri  mədəni  irsin  göstəriciləri  kimi  qədim  ənənə­
mizin  etnopsixoloji  mühitini,  estetik  dəyərlərini  bir  daha 
üzə çıxarmış oldu.
Mövsüm-mərasim  ayinlərində  yer  tutan  musiqi 
janrlarının  melopoetik  strukturunun  araşdırılması  zamanı 
məlum  olur  ki,  mətnlərin  quruluşu  üçün  hecaların  misra­
larda  işlədilməsindən  asılı  olaraq  melodiyanın  metröritmik 
funksiyalarının  dəyişməsi  və  musiqi  ilə  mətn  arasında olan


vəhdət  səciyyəvidir.  Nəticə  etibarilə  görürük  ki,  folklor
nümunələrində  metroritmik  cəhətdən  əsasən  Azərbaycan
musiqisinə  xas  olan  6/8  ölçü  üstünlük  təşkil  etmiş,  eyni
zamanda  bu  nümunələrdə  dəyişkən  ölçü  və  müxtəlif
konfiqurasiyalı  ritmik  komponentlərdən  geniş  istifadə
•   •
olunmuşdur.  Ümumiyyətlə,  xalq  mahnı-rəqslərində  ifa 
zamanı  ritmik  formulların  dəyişməsi  prosesi  Naxçıvan 
bölgəsinin folkloru üçün xasdır.
Fikrimizcə,  rəngarəng  olan  mərasimlərdə  ifa  edilən 
musiqi  folkloru  örnəkləri  etnomədəni  nailiyyət  kimi  həm 
musiqi  janrı,  həm  də  sosial-mədəni  həyatın  mədəniyyət 
institutunun atributudur.
Bölgənin  musiqi  folklor  nümunələrindən  ilk  dəfə 
olaraq  nota  salınmış  və  təhlilə  cəlb  edilmiş  «Xırman  nəğ­
mələrimdən  iki  nəğmənin,  «Sayaçı  mahnısımın,  «Üzər- 
liksalma»  mərasimində  oxunan  mahnının,  «Qodu-qodu», 
uşaq  folkloru  nümunəsi  olan  «Çömçəxatun»  nəğmələrinin 
və  s.,  mərasim  nəğmələri  arasmda  bayram  şənliklərində 
qurulan  güləş  səhnələrində  cəngi  üstündə  ifa  olunan 
«Xanbəzəmə»  nəğməsinin,  Novruz  mərasimlərində  «Kosa- 
kosa»,  «Can  gülüm»,  toy-düyünlərdə  «Duvaqqapma»nm 
not  materiallarının  müxtəlif  aspektlərdən  araşdırılması  bu 
nəğmələrin  biri-birinə  istər  lad-tonallıq,  ritmik,  istərsə  də 
forma  təhlili  baxımından  çox  yaxın  olduğunu,  onlar 
arasında  kəskin  təzadhğm  olmadığını  göstərdi.  Təhlil
olunan nümunələrdə əlbəttə ki, zəngin melodik gedişlərdən 
də danışmaq əbəsdir,  melodiya etibarilə onlar bir-birinə çox 
yaxındırlar.  Bu  yaxınlıq  da  əlbəttə  ki,  xalq  musiqisinə  xas


olan  xüsusiyyətlərdəndir.  Qeyd  edilən  folklor  havalarının 
struktur  cəhətdən  təhlili  onların  qədim  ənənəyə  söykən­
diyini üzə çıxardı.
Rəqs  musiqi  nümunələrinin  nəzəri  məsələlərinin 
araşdırılması  göstərdi  ki,  bu  havaların  ifasında  muğam  ifa 
üslubundan  da  istifadə  olunmuşdur.  Təhlillər  rəqs  hava­
larının  rəngarəng  metro-ritmik  struktura, 
xarakterik 
xüsusiyyətlərə malik olmasını da ortaya çıxardı.
Naxçıvanın  folklor  mühitinə  aid  xalq  mahnılarının 
poetik-semantik  strukturu  onların  janr  xüsusiyyətlərinin 
formalaşmasına  da öz  təsirini  göstərmişdir.  Dialoq şəklində 
qurulan  mahnılar, 
yallıbaşı  mahnı-rəqs  nümunələri, 
tulumun  müşayiəti  ilə  ifa  edilən  mahnı-rəqslər  regionun 
spesifik  xüsusiyyətlərini,  kütləvilik  xassələrini  özündə 
ehtiva etdiyi üçün,  həmçinin Naxçıvan folklor mühitinə  aid 
xalq  mahnıları  forma,  məzmun,  struktur  quruluşuna  görə 
digər  bölgələrin  eyni  tip  musiqi  nümunələrindən  fərqlənir. 
Bu  səbəbdən  də  bölgənin  xalq  mahnılarının  nəzəri  təhlili 
verilərkən  onların  poetik-semantik  çalarları  nəzərə  alın­
mışdır.  Faktlar  Naxçıvan  bölgəsinin  çox  zəngin  mədəni 
irsini  təmsil  edən  folklor  musiqi  nümunələrinin  janr 
səciyyəsinin  müxtəlifliyini,  özünəməxsus  xüsusiyyətlərini 
qabarıq şəkildə üzə çıxarmış oldu.
ilk  dəfə  olaraq  nota  alınmış  xalq  mahnılarından 
«Qayna,  samavarım,  qayna»,  «Ay qız,  dur gəl,  sabah oldu», 
mahnı-dialoqlardan  «Çobanla  qız»,  «Anayla  qız»  folklor 
nümunələrinin  lad-intonasiya,  melodik,  metroritmik  və 
forma  xüsusiyyətləri  baxımından  araşdırılması  mahnı-


dialoqların  janr  etibari  ilə  üç  formada  özünü  göstərdiyini 
təsdiqlədi:
1.  Reçitativ  və  melodik  ifa  formasında  olan  malını- 
dialoqlar.
2.  Mahnı-oyunlar.
3.  Mahnı-rəqslər.
Bu.  nümunələrdə  Azərbaycan  xalq  mahnılarına  xas 
olan variantlılıq,  dəyişkən ölçü özünü göstərir.
Mahnı-oyun  janrına  aid  «Bənövşə»,  «Ley  qəlaha» 
havalarının  müqayisəli  şəkildə  araşdırılması  ilə  bir  daha 
aydın  oldu  ki,  ümumiyyətlə,  xalq  mahnı-rəqslərində  ifa 
zamanı  ritmik  formulların  dəyişməsi  prosesi  Naxçıvan 
bölgəsinin folkloru üçün xasdır.
Naxçıvanın  musiqi  folkloru  janrları  arasında  rəqs 
havaları  da  xüsusi  yer  tutur.  Bölgənin  folklorunda  rəqs 
musiqi  janrlarmm  təhlili  göstərir  ki,  bölgədə  çox  zəngin 
rəqs  nümunələri  və janrları  vardır.  Bunların  əsas  səciyyəvi 
cəhəti,  rəngarəngliyi  ənənənin,  keçirilən  mərasimlərin 
müxtəlifliyi  və  çoxplanlılığıdır.  Təhlillərin  nəticəsi  kimi 
qeyd  edək  ki,  bölgənin  musiqi  folklorunda  aşağıdakı  rəqs 
janrları mövcud olmuşdur:
1. Ənənəvi rəqslər.
2. Məişət rəqsləri.
3. Zəhmət rəqsləri.
4. Qəhrəmanlıq, hərbi və idman (zorxana) rəqsləri.
5. Yallı oyun rəqsləri.
6. Müxtəlif mövzularla bağlı xalq rəqsləri.
Təhlillər  göstərir  ki,  qeyd  olunan janrlar  da  formaca


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə