Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

bir  sıra  janrları  yaratmış  və  onların  regionun  folklorunda 
rolunu və əhəmiyyətini artırmışdır.
Regionun  məişət mərasimlərində  geniş yayılmış rəqs 
musiqi  örnəklərindən  yallı  və  yallıbaşı  mahnı-rəqs  nü­
munələri  janr,  forma  xüsusiyyətlərinə  görə  musiqişünaslıq 
baxımından  təhlil  olunmuşdur.  Bu  havalar  arasında 
«Hoynərə»,  «Qaz-qazı»,  «Qaleyi»  rəqs  nümunələri  lad- 
intonasiya,  metroritmik,  melodik  və forma xüsusiyyətlərinə 
görə  araşdırılmışdır.  Yallı  havaları  üçün 
vokal-instru­
mental  və  instrumental formada,  ardıcıl,  silsiləvi  şəkildə  ifa 
olunma daha xarakterikdir.
Rəqs  janrı  nümunələri  sırasında  «Aman  lələ»,  «Ağır 
Qarabağı»,  «Qoftanı»,  «Tulumu»,  «Tulumu  II»  rəqs  musiqi 
örnəkləri  instrumental  rəqs  janrma  aid  örnək  kimi  diqqəti 
cəlb edir. Tulumun ifasından nota köçürülmüş bu havaların 
nəzəri  təhlilləri  göstərdi  ki,  həmin  nümunələr  musiqi- 
şünaslıqda  tələb  olunan bütün  parametrlərə  cavab  vermək 
imkanına malikdir.
Naxçıvanın musiqi folklorunun metroritmik xüsusiy­
yətlərinin  öyrənilməsi  onlarm  müxtəlif  planlı  olmasını  üzə 
çıxardı.  Hər  bir  ritmik  formulun  bir  emosional  hal,  durum 
olduğunu  nəzərə  alsaq  bölgənin  folklorunun  zəngin 
ənənəyə  söykənən  ifa  mədəniyyətinin,  rəngarəng  çeşidli 
metroritmik  xüsusiyyətlərinin  olmasını  ortaya  qoydu. 
Təhlillər  bir  daha  sübut  etdi  ki,  bölgənin  folklorunda  janr 
xüsusiyyətlərindən  asılı  olaraq metroritmik formullar  sadə­
dən mürəkkəbə  doğru  dəyişir  və  hər bir  ritmik  komponent 
janrın xarakterik göstəricisi kimi böyük əhəmiyyət daşıyır.


Naxçıvanın  musiqi  folkloru  nümunələrinin  musiqi 
forma  xüsusiyyətlərinin  təhlili  onlarm  əsasən  period, 
bəzilərinin  isə  sadə  iki  hissəli  formada  olmalarını  üzə 
çıxardı.  Musiqi  formasının  araşdırılması,  eyni  zamanda 
bəzi  havaların  musiqi  fikrindən  və  ya  musiqi  cümləsindən 
kiçik olan motivdən,  submotivdən,  onlarm elementlərindən 
yaranmasını  da  əyani  olaraq  göstərdi.  Musiqi  folkloru 
nümunələrinin  musiqi  formasında 
xoreik,  yambik  və 
amfibraxik  motivlərin  elementlərindən  istifadə  olunması 
faktı  bunların  qədim  nümunələr  olmasını  bir  daha  təsdiq 
etmiş oldu.
Naxçıvanın  musiqi  folkloru  nümunələrinin  öyrə­
nilməsi  və  tədqiqata  cəlb  edilməsi  prosesi  bu  tədqiqatla 
bitmir.  Əldə  edilən  və  folklor  nümunələri  kimi  diqqət 
mərkəzində  duran  bir  çox  materiallar  hələ  öz  tədqiqini 
gözləyir.  Hazırki tətqiqat işində 36 müxtəlif musiqi folkloru 
örnəkləri  araşdırılmışdır.  Sayı  qat-qat  çox  olan  musiqi 
folkloru  nümunələrinin  perspektivdə  araşdırılması,  elmi 
təhlillərə  cəlb  edilməsi  müasir  elmin  tələblərindən  irəli 
gəlir.  Bölgənin  musiqi  folklorunun  ifa  üslubunun,  xarak­
terik  forma  xüsusiyyətlərinin  öyrənilməsi  sahəsində  təd­
qiqatlar  davam  etdirilməli  və  regionun  «Musiqi  atlası» 
kimi mühüm sayılan elmi əsərlər ərsəyə gətirilməlidir.


M Ö V S Ü M  -  M Ə R A S İM   N Ə Ğ M Ə L Ə R İN İN   M Ə T N İ
Uzərliksalma mərasimi
Üzərliksən, havasan,
Min bir dərdə davasan.
Çıxdım uca bir dağa
Çox yalvardım Allaha.
-Dedi, nədir biçarə?
-Dedim, biçarəyə çarə.
-Dedi, məməli üzərlik,
Dibi kölgəli üzərlik,
Dər sal, oda çatlasm,
Yaman gözlər pırtlasın.
Bir, iki, üç,  dörd, beş,  altı, yeddi,
Qada-bəla bizdən getdi.
•   •
Üzərliyim çırtladı,
Yaman gözlər pırtladı.
Başı börklü üzərlik,
Köməcli, köklü üzərlik.
Səni salıram bu oda,
Görsət hökmün, üzərlik.


X ırm an n əğm ələri
Yan süpürgə 
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs!
Heydər, heydər,  əsə gəl! 
Yeddi xırman basa gəl! 
Qırıldı oğul-uşax,
Dəsmal götü, yasa gəl!
Çətir-çətir bulut, gəl! 
Uşaxları ovut, gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl!
Heydər, əsdi su gəti!
Uşağa yuxu gəti.
Keçip çəmən-çiçəkdən, 
Ətirri qoxu gəti.
Heydər gəl, ha, Heydər gəl! 
Çiçəkləri hey dər,  gəl!


Qardaşımın toyuna,
Ellər səni heylər,  gəl.
Heydər gəl, sən haya gəl, 
İsti, qızmar, yaya gəl.
Sərin çinar altında, 
Kəndimizə toya gəl.
Heydər, heydər, əs gəti, 
Yarpaxlara səs gəti!
Qız bacımm toyuna 
Yeddi toxlu kəs gəti!
Heydər, heydər, çörək ver! 
Kişilərə ürək ver. 
Xırmannarı yığmağa 
Sərin-sərin külək ver.
Qodu-qodu
Qodu-godu gördüyünüz varmı? 
Qoduya salam verdiyiniz varmı? 
Qodu gedənnən bəri 
Qün üzü gördüyünüz varmı? 
Qodunu atdan düşürün,
Qoduya süddü aş bişirin,
Qodu sabah gün çıxartmasa, 
Vırın atdan düşürün.


X an b əzəm ə  m ərasim i
iki iyid çıxdı meydana,
İkisi də bir-birindən mərdana. 
Həzrəti-həmzə pirimiz,
Aradıq,  tapdıq bir-birimiz.
Əl başda,  diz yerdə,
Güləşəyim düz yerdə.
Dərələr axar,
Əqrəbtək çaxar.
Əlini yana sıxınca,
Zorba nəri yıxınca.
Alta düşüncə sırma,
Çox irəlidə durma.
Dəvə fəndi qutludu,
Nər oğullar umudludu. 
Haqqış-haqqış,
Bərk yapış.
Əldən çıxdı,
Topuqdan yapış.
Biz deyərik maşallah,
Siz deyin bərəkallah.
Maşallah deyənin gözünə nur, 
Maşallah deməyənin gözünə kül.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə