26
f
əsil”, “Xallı və allı”, “Qarışqam”, “Rəqəmlər”, “Boyalar”, “Çiyələk”,
“Elay v
ə İlkay”, “Heyvanlar” (3 cilddə), “Küçə”, “Tiraxtur basdı qaza”,
“Dörd f
əsil” adlı şeir, “Orxan və mani” adlı hekayə məcmuələrini isə
n
əşr üçün hazırlamışdır. Güneydə "uşaqların böyümə və inkişaf, xəyal,
duyğu, düşüncə və duyarlılıklarına, zövqlərinə əyilərkən əylənmələrində
iştirak etmək məqsədiylə reallaşdırılan çocuksu bir ədəbiyyat"a son
dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təminilə bağlı
çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlərin tam bir gerçək
olduğunu yansıdır: “İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir
uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsimsiz
macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam
əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer
üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəfləri doldurar. Bu
gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa
gücü çatmayan uşaqlar üçün Xalq kitapxanalarının uşaq kitabları
hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin da öz
xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi,
26
27
həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə
deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. 18.
əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz,
oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin
uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər
kitab deyilincə, uşaqların ağılına, başdan sona yaxşı davranış qaydaları
ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün
maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı (15). Xosrov
Barışanın uşaqlar üçün yazdığı şeirlərinin toplandığı “Gözəl quşum”
kitabından “Ulduz” adlı bir şeiri fikirlərimə söykək ola bilər:
Ehey...Ehey...Ay ulduz;
Yoldaşındır ay, ulduz.
Ulduz adlı bir qızam;
A
dım sənə tay ulduz.
Tez-
tez yanıb sönürsən;
Göz vurursan hey m
ənə.
27
28
Çıxsam əyər dağa mən;
Əlim çatar mı sənə?!
N
ərdüvan qoyub dağa,
M
ən səni dərəcəyəm.
Anama sonra s
əni
H
ədiyə verəcəyəm.
Şairin şeiri, onun kimliyinin, yaşamının əks-sədasıdır...
"Gerç
ək şeirin, əsl sənət əsərinin öz varlığından başqa bir məqsədi
yoxdur. Özünd
ə başlar, özündə bitər. Bütün soyluluğu da buradan gəlir.
Heç bir şey yox idi şeirdən öncə... Və şeir insanı yaratdı (15).”
Ümumiyy
ətlə, türk şeirində çeşidli qonu-mövzuların yer aldığını, klişe və
standartlardan uzaq şeir olduğunu bilən çağdaş dövrün şairləri “insan”
yaradacaq, ruhunu t
əlatümə gətirəcək şeirlər yazmaq üçün həyatın dibinə
enir, m
əişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə
g
əlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş
28
29
ver
ənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada modern şeirə
g
ətirirlər... Məhz bu baxımdan Dr.Hüseyn Süleymanoğlu “Bilimsəl”,
Ziba K
ərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar
“Ar
əstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini yazaraq Güneydə
dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar... Deməli, bu gün
Güney Az
ərbaycanın gənc şairləri “Avangard şeir”ə çox böyük maraq
göst
ərirlər.
Həmin maraq bu gün Güney Azərbaycanda müqavimət-dirəniş
ədəbiyyatının dinamik inkişafını büsbütün təmin edir. Düşünürəm ki,
Azərbaycan türklərinin dil və kültürlərinə qarşı hücumlar davam etdikcə,
Güney
Azərbaycanda muqavimət ədəbiyyatı da inkişaf edəcək,
yaşayacaqdır. Doğrudur, İranda Azərbaycan muqavimət şeiri hələ də
bütünlüklə ayrılıq, həsrət, motivlərindən ayrılmayıb. Çünki hazırda
dünyanın bir sıra ölkələrində mühacir həyatı yaşayan bəzi şairlərin
doğma yurddan uzaqda vətən həsrətilə qələmə aldıqları şeirləri də, heç
şübhəsiz, bu kateqoriyaya daxildir. Hadi Qaraçay, Əlirza Miyanalı, Əziz
Səlami, Nuşin Musəvi, Türkan Urmulu, Dr.H.Süleymanoğlu, Ramin
29
30
Cabbarlı və başqalarının həsrət şeirləri Vətəndən ayrılığın cövründən,
qürbət acısından yaranmış ən bitkin poeziya nümunələridir...
Güney
şair və yazarları ədəbiyyatı inkişaf etdirmək üçün ədəbi
dərnəklərin fəaliyyətini də önəmli sayır və bu sahədə aktivlik nümayiş
etdirirlər. Xiyov, Təbriz, Zəncan, Urmu, Sulduz, Tehran, Ərdəbil və s.
kimi
şəhərlərdə, İran İslam Mədəniyyət Nazirliyinin yerli şöbələrində
ədəbi dərnəklər fəaliyyət göstərir. Məs:Təbriz şəhərindəki “Çağdaş
Yazınsal Dərnək”də daha çox gənc şairlər toplaşır. Zəncanda isə Seyid
Heydər Bayat və qələmdaşları hər həftə “Füzuli gecələri” dərnəyində və
yeni yaratdıqları “Qara Dərnək” adlı cəmiyətdə klassik və modern
ədəbiyyatla bağlı söhbətlər aparır, şeir məclisləri qurur, yeni şeirlərini
oxuyurlar.
2013-cü ilin çap m
əhsullarından, internet resurslarında yer alan
əsərlərdən də görünür ki, Güney Azərbaycanda bütün gücü ilə inkişaf
ed
ən milli poeziya və nəsrdə, eləcə də modern ədəbiyyatda bədii
t
əcəssümün predmeti, yalnız gerçəkliklər, reallıqlar, həyatın diktə etdiyi
30
Dostları ilə paylaş: |