1
Güney Az
ərbaycanda
2013-cü ilin
ədəbi
yekunları
Esmira Fuad (Şükürova)
Hindistanın keçmiş baş naziri Mahatma Qandi yazırdı: “Dünyada
bu q
ədər insanın diri qalması göstərir ki, dünya silahların gücünə
deyil, h
əqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin
danılmaz gücü bu gerçəklikdə qorunur ki, böyük dünya savaşlarına,
yüz minl
ərcə ailələrin həyatının pərişan edilməsinə, söndürülməsinə
1
2
baxmayaraq, h
əyat davam etməkdədir. Tarix yalnızca məhəbbətin
qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət
etm
əmişdir. Ancaq ən son amac insan olmalıdır.” (1)
Ən son amacı insan, həqiqət və məhəbbət olanlardan-çağdaş
Güney yazarlarından, bir əsrə yaxın müddətdə onların mübarizə və söz
c
əbhəsindəki çabaları nəticəsində yaratdıqları ədəbiyyatın son
durumundan, Güneyd
ə cərəyan edən ədəbi prosesdən söz açmaqdır
m
əqsədimiz...
Giriş
Qloballaşma və Qərbə-Avropaya inteqrasiya dövründə, nə gözəl ki,
Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub
saxlayır. Bu anlayışı formalaşdıran gücün-Güney yazarlarının yaratdığı
böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət
çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə
mövzusuna da çevril
məkdədir. Ancaq Çağdaş Güney Azərbaycan
ədəbiyyatı bu günkü duruma yetənədək beş inkişaf mərhələsi keçmişdir.
Bu inkişaf mərhələlərinin dördü-Məşrutə dövrü (1906-11), Xiyabani
2
3
hərəkatı dövrü (1920), 21 Azər İnqilabı-Milli Hökumət dövrü və hələlik
sonuncu-1978-79-
cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ
inqilab dövrü isə ədəbi müstəvidə təzahür etmişdir. Təbii, bu dövrlərdə
cərəyan edən ictimai-siyasi hadisələrin yansıdığı ədəbiyyat, söz sənəti də
istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olmuşdur. Lakin 1960-
cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda “Şeiri-no” hərəkatı,
Ağ şeir-Ağ inqilab dalğası da kükrəmişdir ki, məhz həmin mədəni inqilab
bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini
gücləndirmişdir.
Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb
etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı
dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX
əsrin əvvəllərində hələ 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş
modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi.
İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş
Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur
ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə
3
4
apar
mış və hər şeyini-sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi
yolunda qurban ve
rmişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik
ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun
g
ənclərə və əqidədaşlarına: “Sərbəstcə düşünün və hiss edin.
Düşüncələrinizi və hiss etdiklərinizi yazın. Düşüncələriniz gerçəyə və
elm
ə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin altında
buraxmayın. Hər zaman səmimi olmağa çalışın. Tənqidçinin baxış acısı
n
ə olursa-olsun, tənqidlərini sevinclə qarşılayın. Аmmа yetərli dəlil
olmadan öz düşüncələrinizi söyləməyin. Düşüncələri təcrübə və
sınamalardan sonra qəbul edin. Özəlliklə könlünüzdə hüznə-qəmə və
iztiraba yer verm
əyin, əzmli olaraq yarınlara koşun!” (2) - etdiyi
tövsiy
əni əməli işə çevirən Güney yazarları bu gün sərbəstcə düşünüb
hiss etdikl
ərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan
əsərlər yaradır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi,
Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü,
Qulamhüseyn S
əidi, Əbdürrəhman Talıbov və digərlərinin yolunu uğurla
davam etdirirl
ər.
4
5
Güney Az
ərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında
bu proses 2013-
cü ildə də dinamik sürətlə inkişaf etmişdir. Şair və
yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii ki,
ilk önc
ə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu
istiqam
ətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə Ana
dilinin-Az
ərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması,
m
əktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin
inkişafı ləngimişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-
ci ild
ən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının,
xalqın milli haqq və hüquqlarının əlindən alınmasının əsas səbəbləri
hakim rejimin v
ə tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma
siyas
ətində idi. Müasir fars millətçiliyi “modernləşmə və qərbliləşməni
ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin
t
əməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur” (3.s.3), -
dey
ən Arif Kəskin “Fars mlliyyətçiliyinin iç üzü” adlı I yazısında Müasir
fars mill
ətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla
yeni bir m
ərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq
5
Dostları ilə paylaş: |