5
SİYASƏT
Seyidağa ONULLAHĠ
tarix elmləri doktoru, professor
ĠRANDA MĠLLĠ MƏSƏLƏNĠN QOYULUġU
Ġran çoxmillətli ölkədir. Bu ərazidə yaĢayan millətlər və milli əğəliyyətlər
dil əlamətlərinə görə iki yerə - Ġran və türkdilli millətlərə bölünürlər. Ġrandilli
xalqlar – fars, kürd, lor, gilək, bəluc, talıĢlardan ibarət olduğu halda, Türkdilli
xalqlar isə Azərbaycan türkləri, qaĢqaylar, türkmənlər, əfĢarlar, Ģahsevənlər və s.
xalq və etnik tayfalardan ibarətdir.
Saylarının az-çoxluğundan asılı olmayaraq irandilli xalqlar ilə Ġran və
Güney Azərbaycanda türklər sakindirlər. Türkdilli xalqların əsas hissəsi Güney
Azərbaycanın vilayətləri ilə yanaĢı, Xorasan, Ġsfahan əyalətində, Həmədanda,
Qəzvində, Savədə, Ərakda, Soltanabadda, Tehranda, Gilanda və Mazandaranda
məskunlaĢmaqdadır. O cümlədən qaĢqaylar fars əyalətində, həmin əyalətin
Qarabağ rayonunda məskən salmıĢlar. Onlar öz dil və adət-ənənələrini qoruyub
saxlamıĢlar. Məsələn, I ġah Ġsmayıl dövründən Fars əyalətinə köçürülmüĢ
qaĢqaylar indi də köçürüldükləri ərazidə farslarla birgə yaĢamaqdadırlar. Lakin öz
dil və milli ənənələrini qoruyub saxlamıĢlar. Hətta milliyyətcə fars olan oğlanlara
qız ərə verməkdən imtina edirlər. Luis Favustun yazdığı kimi, Azərbaycan
əhalisinin əksəriyyəti Ġranın digər Ģəhərlərinə köçmüĢlər. Buna görə də Ġranın əksər
mahalında azərbaycanlılar sakindirlər. Lakin azərbaycanlılar öz dil və
mədəniyyətlərinə olan bağlılıqlarını itirməmiĢlər. Hətta onlar Ġranın digər
bölgələrində yaĢadıqları üçün özlərini Azərbaycanda olduqlarından daha dərk edə
biliblər.
XIX əsr ingilis ĢərqĢünası Eduard Braun yazmıĢdır ki, Ġranın Cənubu və
ġimalı arasında sakin olmuĢ irqlər arsında o qədər də əlaqə və məhəbbət yoxdur.
Bu onu göstərir ki, Güney Azərbaycanda sakin azərbaycanlılar arasında fars
Ģovinizminin ayrı-seçkilik salmalarını gündəlik həyatlarında hiss edirlərsə, Ġranın
digər Ģəhərlərində yaĢayan azərbaycanlılar bilavasitə bu ayrı-seçkiliyi gündəlik
həyatlarında, uĢaq bağçasından tutmuĢ, ibtidai, orta, ali məktəblərdə, idarələrdə
Ģahidi olurlar.
Ərəb istilasından sonra XI əsrdən 1925-ci ilə qədər Ġranda hakimiyyətdə
türkdillilər olmuĢlar. Min il ərzində həmin türkdilli hakimlər farsdilli və
irandillilərin mədəniyyətinin inkiĢafında mühüm rol oynamıĢlar. Sultan Mahmud
Qəznəvinin sifariĢi ilə Firdovsi “ġahnamə” əsərini yazmıĢdır. Digər tərəfdən,
türkdilli əhali islam dinini qəbul etdikdən sonra belə ərəb və fars dillərinin təsiri
altına düĢməyib, öz dil, adət-ənənələrini unutmadılar. Lakin XX əsrin otuzuncu
6
illərindən baĢlayaraq “vahid Ġran”, “vahid millət”, “vahid dil”, “Ġran milləti”, “Ġran
müsəlman milləti”, baĢqa sözlə, paniranizm, panislamizm, Ġranın rəsmi dövlət
siyasətinə çevrildi. Bu siyasəti fars Ģovinizmi ilə yanaĢı, farslaĢmıĢ, sapı
özümüzdən olan baltalar – Seyid Həsən Təqizadələr, Seyid Əhməd Kəsrəvilər,
Rzazadə ġəfəqlər, Məmmədcavad MəĢkurlar, Əbdüləli Karənglər, Mahmud və Ġrəc
ƏfĢarlar, Mənüçöhr Mortəzəvilər və sairləri davam etdirdilər. Paniranistlər Ġranı
fars məmləkəti, Ġranda yaĢayan xalqları “Ġran milləti”, “Ġran ümməti” kimi, fars
dilini isə Ġranın vahid dili etmiĢ və edirlər, baĢqa dilləri, hətta Azərbaycan dili ilə
yanaĢı kürd, talıĢ, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq etmiĢlər.
Məktəb, mədrəsə və idarələrdə fars dilində danıĢmayanlar cəzalandırılırdı. Bu
siyasət 54 il Ģahlıq dövründə, hətta 1979-cu il fevral inqilabının qələbə
çalmasından keçən 24 il ərzində panislamizm formasında davam etdirilir.
Panislamist pərdəsi altında millət və milliyyət inkar edilir, bütün millətlərin islam
dini altında eyni hüquqa malik “islam ümməti” adlandırılır. Din qədər dil də zəruri
amildir.
M.Ə.Rəsulzadə 1952-ci ildə Ġstanbulda nəĢr etdirdiyi “Azərbaycan”
jurnalında yazırdı: “Millət anlayıĢını ifadə edən iki söz vardır: milliyyət və millət.
Bunlardan birincisi, yəni milliyyət dili, dini, irqi, etnik, tarixi-coğrafi, iqtisadi və
siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. Millət isə bu
topluluqda ümumi bir ifadəni anladır”. M.Ə.Rəsulzadə sözünə davam edərək yazır:
“Milliyyət etnik anlayıĢdır, millət siyasi anlamdır, daha doğrusu, milliyyət
rüĢeymdir, millət cocuqdur, milliyyət ağacdır, millət onun meyvəsidir. Milliyyət
anadır, millət yavrudur” (“Azerbaycan”, 1952, sayı 5).
M.Ə.Rəsulzadə millət anlamını dil birliyi, adət birliyi, “ənəneyi-tarixiyyə”
və nəhayət “etiqadi-diniyyə” birliklərinin məcmusundan mütəĢəkkil bir məhsul
hesab edirdi. Deməli, bir xalqın, millətin əlamətlərindən biri də dindir. Din və dil
məsələsində M.Ə.Rəsulzadənin fikirləri müsəlman dünyasının mümtaz siması,
1838-ci ildə Həmədanın Əsədabad kəndində anadan olmuĢ Seyid Cəmaləddin
Əsədabadinin fikirləri ilə üst-üstə düĢür. M.Ə.Rəsulzadə milli birlik üçün dinin
roluna yüksək qiymət verir. Lakin Seyid Cəmaləddin Əsədabadi kimi üstünlüyü
dildə görürdü: “Din, dil qədər mətin və möhkəm ola bilməz. Çünki dil davamlıdır,
baĢdır, tərəqqi və təkümül edərsə də, əsaslı bir dəyiĢikliyə uğramaz. Halbuki,
tarixdə dinini dəyiĢmiĢ bir çox millətlər mövcuddur. Əxlaq və adət üzərindəki
fövqəladə təsiri baxımından dinin də millətdə böyük iĢtirakı vardır. Dillə bərabər
dini də bir olan millətlərin mərifəti-qövmiyyələri daha tez hasil olub, aralarında
milli vicdan daha əvvəl inkiĢaf edibdir”. Seyid Cəmaləddin Əsədabadi dili millətin
əsas və yeganə varlıq niĢanəsi adlandırır və milli iftixarı hesab edirdi. O, doğma
xalq dilinin vacib və zəruriliyindən bəhs edərək yazırdı: “Bir millətin ana dilində
olmayan maarif o millət arasında necə yayıla bilər? Elm və maarif o zaman
Dostları ilə paylaş: |