Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

62 
 
qatlanılaraq  seyfə  yerləĢdirilir,  günlərlə  bu  vəziyyətdə  saxlanılır.  Burdan  xilas 
olanlar xroniki sümük ağrılarına düçar olurlar.  
Soyuq suda saxlama. Bu iĢgəncə üsulu adətən qıĢ aylarında icra olunur. Bu 
cəza  növü  məhbusu  dizə  qədər  həbsxananın  xüsusi  beton  vannalarında  və 
zirzəmidə yerləĢən çirkli su anbarlarında uzun müddət saxlamaqla həyata keçirilir. 
Bu  məhbuslar  böyrək  çürüməsi,  revmatizm,  iflic,  vərəm  və  s.  ağır  xəstəliklərə 
düçar olurlar. 
Havasız  konteynerdə  saxlama. Eyni ittihamla  həbs olunmuĢ məhbusların 
kütləvi surətdə havasız, kommunal Ģəraiti olmayan dəmir konteynerlərdə, Ģəhərdən 
kənar  gizli  təcridxanalarda,  uzun  müddətli  ac-susuz  saxlamaqla  həyata  keçirilən 
cəza  üsuludur.  Bu  iĢgəncə  növü  əksər  hallarda  məhbusların  həlak  olması  ilə 
nəticələnir. 
Dırnaqların  çəkilməsi.  Məhbusların  nəzərdə  tutulan  ittihamları  zorla 
boynuna  almaları  üçün  həyata  keçirilən  iĢgəncə  üsuludur.    Bu  iĢgəncə  məhbusun 
ayaq  və  əllərini  xüsusi  hazırlanmıĢ  cihazlara  bağlayaraq  kəlbətin  vasitəsiylə 
dırnaqların  çəkilməsi  ilə  icra  olunur.  Daha  sonra  məhbusun  çəkilən  dırnaqlarının 
yerinə duz və digər göynədici maddələr səpilir. 
Ayaqdan  asılma.  Məhbusu  təcridxanada,  polis  idarələrində,  həbsxanada 
saatlarla  ayaqlarından  asaraq  Ģallaq  və  küt  alətlərlə  döyməklə  müĢayiət  olunan 
iĢgəncə üsuludur. 
Əlin  ayağa  qandallanması.  Belə  hallar  çox  zaman  polis  və  təhlükəsizlik 
təcridxanalarında məmurlara müqavimət göstərən məhbuslara tətbiq edilir. Məhbus 
məmurlar  tərəfindən  üzü  üstə  yerə  yatırılır,  sağ  ayağı  sol  əlinə  qandallanır  və 
saatlarla  bu  vəziyyətdə  saxlanılır.  Əlləri  qandallanmıĢ  məhbuslar  eyni  zamanda 
ruhi və fiziki iĢgəncələrə məruz qalır, döyülür, ağır bədən xəsarəti alır.  
Soyundurularaq  Ģaxtalı  havada  qolubağlı  saxlama.  Siyasi  məhbusların 
iradəsini  sındırmaq  məqsədilə  onları  Ģaxtalı  havada  soyunduraraq  qandallı 
vəziyyətdə  saatlarla  açıq  havada  saxlamaqla  müĢayiət  olunur.  Ac  və  susuz 
saxlanılan  belə  məhbusları  Ģaxtalı  havadan  sonra  natəmiz  və  soyuq  kameralarda 
yatmağa məhkum edirlər. 
Məhbusun  gözü  qarĢısında  ailə  üzvlərinin  döyülüb  təhqir  olunması. 
Belə  hallar  siyasi  məhbuslara  ruhi  təzyiq  vasitəsi  kimi  molla  hakimiyyəti 
tərəfindən  istifadə  olunur.  Belə  ki,  məhbusun  müqavimətini  sındırmaq  üçün  onun 
yaxın  ailə  üzvlərini  həbs  edərək  onun  olduğu  təcridxanaya  aparır  və  gözü 
qarĢısında  ailə  üzvlərinə  fiziki  və  ruhi  iĢgəncəər  verirlər.  Hətta  bəzi  hallarda 
zorlamalar da olduğu bildirilir. YaĢlı ata, ana, bacı və qardaĢ məhbusun saxlandığı 
kameranın  yaxınlığındakı  kameraların  birində  incidilir  və  onların  səsi  məhbusa 
eçitdirilir. 


63 
 
Bütün  bu  sadalananlardan  baĢqa  Ġranda  insanın  ac,  susuz,  yuxusuz 
saxlanılması, havasız natəmiz yeraltı təcridxanalarda döyülmüĢ, yaralı vəziyyətdə, 
naməlum  yerlərdə  saxlanılmaqla  cəzalandırılması  və  yüzlərlə  belə  qeyri-insani 
iĢgəncələr  həyata  keçirilməkdədir.  Bütün  bunlar  Ġran  islam  rejiminin  mahiyyətini 
sübut etməkdədir. 
 
 
Dr.Sübhan Talıblı  
AMEA akad. Z.M.Bünyadov adına  
ġərqĢünaslıq Ġnstitutu 
 
DAĞLIQ QARABAĞ MÜNAQĠġƏSĠ 
ĠRAN MƏTBUATI VƏ ELMĠ ƏDƏBĠYYATINDA 
 
Ġran  mətbuatında  və  elmi  ədəbiyyatında  Dağlıq  Qarabağda  cərəyan  edən 
hadisələr  barəsində  müxtəlif  məzmunlu  yazılar  dərc  edilməkdədir.  Bu  yazılarda 
faktiki materiallarla yanaĢı, subyektiv fikirlər də özünə yer almıĢdır.  
Ermənilərin  Qarabağ  münaqiĢəsində  ĠĠR  rəhbərliyindən  mənəvi  dəstək 
almaq  məqsədilə  farslarla  bir  kökdən,  yəni  ari  soyundan  gəldiklərini  geniĢ  təbliğ 
edir,  yer  adlarını  özlərinin  adları  ilə  bağlayırdılar.  Ġranda,  xüsusilə  Güney 
Azərbaycanda  bir  sıra  qədim  yaĢayıĢ  məntəqələrini  və  oradakı  tarixi  abidələri, 
qalaları,  körpüləri,  dağları,  ibadətgahları  erməniləĢdirməyə  cəhd  edən 
“tədqiqatçıları”  indi də  farslarla  bir kökdən  -  ariya  kökündən olduqlarını,  əsrlərlə 
milli kimliklərinin vahid olduğunu meydana atıblar. Əsası olmayan bu uydurmanın 
bünövrəsi  Rza  xan  Ģahlıq  taxtına  çıxan  vaxtdan  (1925)  qoyulsa  da,  indiki  vaxtda 
Ġrandakı siyasi mühitdən və Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı Ġran-Ermənistan 
münasibətlərindəki  durumdan  istifadə  edən  “Ġranla”  ermənilərin  üzdəniraq 
tarixçiləri  və  onları  xaricdə  həvəsləndirənlər  ermənilərin  “qədimdən  iranlılarla  bir 
köklü qardaĢ, ən uzağa əmi oğlu” olduqlarını sübut etmək üçün yeni-yeni uydurma 
“mənbələrə”  istinad  edib  kitablar  yazıb  çap  etdirirlər.  Belə  kitablardan  biri 
Tehrandakı  “Diba”  nəĢriyyatında,  nəfis  Ģəkildə  2000  nüsxə  çap  edilmiĢ,  242 
səhifəlik “Ġranlılarla ermənilərin mədəni əlaqəsi” kitabıdır (16). 
2005-ci  il  noyabrın  10-da  Tehranda  özünü  qeyri-dövlət  “elmi”  qrupu 
adlandıran  “ÇağdaĢ  Ġran  Tarixi  AraĢdırmalar  Mərkəzi”ndə  keçirilmiĢ  toplantıda 
Əlirza Bekdilinin çıxıĢı SSRĠ dağıldıqdan sonra Ġran-Azərbaycan münasibətlərinə 
həsr  edilmiĢdi.  O,  münaqiĢəni  üç  baĢlıca  dövrə  bölərək,  hər  bir  dövrdə  Ġranın 
münaqiĢənin sülh  yolu ilə  və  ədalətli həll olunmasına  tərəfdar olduğunu demiĢdi. 
O,  Azərbaycan  müxalifətini  və  Azərbaycan  dövlətini  Ġranın  mövqeyinə  həmiĢə 


64 
 
tənqidlə  yanaĢmaqda  suçlamıĢ  və  Ġran  dövlətini  fars  Ģovinizmində  günahkar  bilən 
azərbaycanlı milli qüvvələri qınamıĢdı (3). 
“Keyhan həvayi” qəzeti “Ermənistana inanmaq olmaz” baĢlıqlı məqaləsində 
yazır:  “Ermənistan  Respublikasının  baĢçısı  ĠĠR  səfirliyinin  məsul  iĢçisi  ilə 
görüĢərkən  ĠĠR-in  regionda  mühüm  rolunu  xatırladaraq  Qarabağ  münaqiĢəsinin 
həll  edilməsi  üçün  ölkəmizin  (Ġranın)  vasitəçilik  səylərini  davam  etdirilməsini 
istədi. 
Ermənistan  prezidentinin  Tehranda  Qarabağda  gedən  qanlı  çarpıĢmaların 
dayandırılması barədə dediyi sözlər çox ümidverici idi. Lakin əməldə baĢqa qəbul 
ediləsi  deyildi,  həm  də  çox  pis  və  acındırıcı  Ermənistanın  sülhsevər  çalıĢmalar 
qarĢısında  gördüyü  iĢlər  ondan  mənfi  bir  sima  göstərir  və  qırğının  sona 
çatdırılmasını həqiqətən istəməməsinə dair aydın bir dəlil alınmıĢdır. Elə buna görə 
də  ĠĠR-nın  vasitəçilik  çalıĢmalarının  yenidən  baĢlaması  artıq  məntiqə  uyğun 
görünmür.  
Beynəlxalq  münasibətlərdə  Ġran  Azərbaycana  qarĢı  təcavüz  etmiĢ 
Ermənistana  təcrid  etməyə  nəinki  təĢəbbüs  göstərmiĢ,  əksinə  Ġran-Ermənistan 
münasibətlərindəki canlanma müĢahidəçilərin nəzər diqqətini cəlb etmiĢdir. 
Ġranda  Dağlıq  Qarabağ  probleminin  köklərilə  bağlı  ictimai  rəyin 
formalaĢmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq bir 
sıra  müəlliflər hadisələrə  obyektiv,  ədalətli  yanaĢma  metodunu seçmiĢlər.  Erməni 
daĢnaklarının  1918-ci  ildə  Güney  Azərbaycanda  Urmiya,  Xoy,  Səlmas,  Maku, 
ġərəfxanada və digər Ģəhər və kəndlərdə türklərə qarĢı törətdikləri kütləvi soyqırım 
haqda çox az yazılmıĢdır. Təbrizli tarixçi alim doktor Səməd Sərdariniyanın 2005-
ci ilin sonunda çapdan çıxmıĢ “Arazın hər iki sahilində müsəlman qətliamı” kitabı 
(10)  bu  boĢluğu  doldurmaq  üçün  sanballı  bir  əsərdir.  S.Sərdariniyanın  farsca 
yazdığı kitabında ermənilərin Arazın hər iki tayında, əsasən Güney Azərbaycanda 
törətdikləri  kütləvi  soyqırımdan,  talan  və  özbaĢınalıqlardan  bəhs  edir.  Bu  kitab 
Bakıdakı 1918-ci il məlum soyqırımı və ermənilərin uydurduğu “soyqırımı”nın 90 
illiyinə cənublu qardaĢlarımızın erməni daĢnaklarına tutarlı elmi-məntiqi cavabıdır. 
Müəllif kitabının əvvəlində ermənilərin türklərə qarĢı soyqırımına baĢladığı 
gündən  indiyə  qədər  bu  xəstə  millətin  zəhərlənmiĢ  məfkurəsində  “Böyük 
Ermənistan”  xülyasının  yaranması  tarixini  iĢğalçı  I  Pyotrun  zamanından 
baĢlandığını  qeyd  edir.  Çar  Pyotr  Ori  adlı  erməninin  baĢçılığı  altında  ilk  dəfə 
Peterburqa  gələn  erməni  elçilərini  qəbul  edərkən  Pyotr  Ġrana  və  Türkiyəyə  qarĢı 
müharibəyə  baĢlayacağı təqdirdə  ermənilərin xəyanətlə  dolu  “tarixi vəzifələri”nin 
nədən  ibarət  olacağını  onlara  baĢa  salmıĢdır.  “Avropaya  pəncərə”  açmaq  fikrində 
olan  rus  imperatoru  ilk  əvvəl  Qafqazı,  Ġran  və  Türkiyəni  tutmağı  və  Fars 
körfəzindəki  isti  dəniz  sularına  çatmağı  özünün  iĢğalçılıq  planında  ön  cərgədə 
qoymuĢdu  və  bu  iĢdə  ermənilərin  satqınlığı  və  çörəyini  yerli  xalqlara  xəyanəti 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə