Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

73 
 
alçaq əməllərini onların “Böyük Ermənistan” xülyasında yaĢamaqları ilə izah edir 
(12, s.325). 
Bütün  yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  hasil  etmək  olar  ki,  Ġran 
özünün  Qafqaz  siyasətində  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı  mövqeyini 
formalaĢdırarkən  həm  özünün  siyasi,  iqtisadi,  geostrateji  maraqlarını,  həm  də 
region  ölkələrinin  maraqlarını  nəzərə  almağa  çalıĢmıĢ,  lakin  böyük  dövlətlərin 
Cənubi  Qafqazdakı  maraqlarına  münasibətdə  balans  siyasətini  qoruyub  saxlaya 
bilməmiĢ və bu da təbii olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də 
kövrək  olaraq  qalmasını  ĢərtləndirmiĢdir.  Rəsmi  dairələr  tərəfindən  Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyünün  tanınması  və  elan  olunmasına  baxmayaraq 
Ġran  dövləti  Qafqaz  siyasətində  Dağlıq  Qarabağ  problemindən  Azərbaycan 
Respublikasına qarĢı vasitə kimi istifadə edir. 
 
 
Ədəbiyyat 
 
1. “Azərbaycan” qəzeti. 2004, 16 sentyabr 
2. Mirzə Bala Məmmədzadə. Ermənilər və Ġran. Bakı: AzərnəĢr, 1993, 42 s. 
bax:  Mehmetzade  Mirza  Bala.  Ermeniler  ve  Ġran.  (Yayına  Hazırlayan:  Prof.Dr. 
Yavuz  Ercan)  Ankara:  Ankara  Üniversitesi,  Osmanlı  Tarihi  AraĢtırma  ve 
Uygulama Merkezi, 1994 
3. “Olaylar” qəzeti. 2005, 7 dekabr, №
 
233 (1115) 
4. Onullahi S. Erməni millətçiləri və Ġran. Bakı, Maarif, 2000, 92 s. 
5.  MuĢovdağlı  E.  Ġran  Ġslam  Cumhuriyyetinde  ermeni  sesi.  //  “Stratejik 
Analiz”  aylık  uluslararası  iliĢkiler  ve  stratejik  araĢtırmalar  dergisi.  №  7,  Ankara: 
Kasım 2000, s. 62-65. 
6.  Rehimli  E.  Güney  Azerbaycanlı  yazardan  ermenilere  yetkin  cevab:  // 
“Stratejik  Analiz”  aylık  uluslararası  iliĢkiler  ve  stratejik  araĢtırmalar 
dergisi,  № 27, Ankara: Temmuz 2002, s. 157-160. 
(Behruz Ġmani. ġəmse Təbriz qəzeti, 2 may 2001, № 99)  
(Pərviz Vərcavənd. Ġran və Ğəfğaz (Aran və ġirvan), Tehran 
(Camal  Aymurlu,  Urmuda  Ciloluq,  Nəvide  Azərbaycan  qəzeti,  №  139,  13 
mart 2001) 
(Sərdariniya Səməd, Qətleame mosəlmanan dər do suye Ərəs, Təbriz, nəĢre 
“Əxtər”, 1383, 211 s.) 
(Sərdariniya  Səməd,  Ġrəvan  yek  vilayəte  mosəlmaneĢin  bud,  Tehran, 
enteĢarate “Zufa”, 1379, 247 s)  
(Sərdariniya  Səməd,  Qərabağ  dər  tarixe  qozərqah,  Təbriz,  Nedayi  ġəms, 
2006, 550 s.) 


74 
 
(Səlcuq  Kamal,  Ermənilərin  soyqırım  günü!!!,  Məcəlleyi  Ərdəm,  nəĢriyeyi 
elmi,  ectemai  və  fərhəngi  daneĢcuyane  torke  daneĢqahe  Tehran,  sale  dovvom, 
Ģomareye 6, xordad 1382, s. 56-57) 
(Kəsrəvi  Əhməd,  Tarixe  hicdəh  sale  Azərbaycan,  moəssoseye  enteĢarate 
Əmir Kəbir, Tehran, 1350 (1971), 919 s.)  
(Ruznameyi “Keyhan həvayi”, 14 avqust, 1994)  
(Huyan Andranik, rəvabete fərhənge iraniyan və ərməniyan, 
Bonyad enteĢarate Pəğya və Babumiyan, Tehran, dastan, 1383, 423 s.) 
 
TARİX 
Prof.dr.Əkrəm RƏHĠMLĠ (BĠJE) 
AMEA ġərqĢünaslıq  
Ġnstitutunun aparıcı elmi iĢçisi 
 
MÜBARĠZƏ BURULĞANLARINDA KEÇƏN ÖMÜR 
 
(Seyid PiĢəvərinin həyat və siyasi fəaliyyəti haqqında) 
 
XX  əsr  Azərbaycan  xalqının  azadlıq  uğrunda  mücadilə  tarixinə  bir  sıra 
görkəmli siyasi xadimlər bəxĢ etmiĢdir. Onların hər biri tariximizdə öz əməlləri ilə 
əbədi yaĢar insanlardı. 
Keçən yüzildə siyasi simalar içərisində haqqında az yazılan, az yad olunan 
və  bəzən  təhrif,  böhtan  və  ziddiyyətli  fikirlər  fonunda  verilən  siyasi 
xadimlərimizdən biri də Seyid Cəfər PiĢəvəri olmuĢdur. O, çox vaxt həm “sağdan”, 
həm  də  “soldan”  vurulmuĢ  və  bəzən  də  düĢmənləri  tərəfindən  əsası  olmayan 
ittihamlara,  hətta  təhqirlərə  belə  məruz  qalmıĢdı.  XX  əsr  tariximizin  tanınmıĢ 
Ģəxsiyyətlərindən  olan  bu  böyük  insan  haqda  həqiqətləri  olduğu  kimi  oxuculara 
çatdırmaq tarixĢünaslığımızın aktual və vacib məsələlərindəndir. S.C.PiĢəvəri təkcə 
Azərbaycan  üçün  yox,  bütün  Ġranın  azadlıq  və  qurtuluĢu  üçün  ağır  mübarizə 
yolunu  fədakarcasına  keçmiĢ  öndər  və  böyük  mütəfəkkir  insan  olmuĢdur.    Onun 
1941-1946-cı  illərdə  Ġranın  və  Güney  Azərbaycanın  xalq  hərəkatında  unudulmaz 
və  yadda  qalan  xidmətləri  Ġranın  müasir  demokratik  ictimaiyyəti  və  xüsusən 
gənclik  tərəfindən  bu  gün  də  ehtiramla  yad  edilir.  Güney  Azərbaycanda  milli-
demokratik  hərəkatların  zirvəsi  sayılan  “21  Azər”  inqilabı,  Azərbaycan  Milli 
hökuməti  S.C.PiĢəvərinin  adı  ilə  sıx  bağlıdır.  Onun  həyatı,  azadlıq  yolunda 
göstərdiyi dözüm və mətanət sonrakı nəsillər üçün örnək olaraq qalır.  
Kimdir Seyid Cəfər PiĢəvəri? 
Seyid Cəfər Mir Cavad oğlu PiĢəvəri (Cavadzadə)

1892-ci il avqustun 26-
da  (hicri  tarixlə  1313-cü  il  səfər  ayının  13-də)  Azərbaycanın  Güneyində,  Xalxal 


75 
 
mahalının  Zeyvə  (farscası:  Zaviye-ye  sadat  –  seyidlər  Zeyvəsi)  kəndində  əkinçi 
ailəsində  dünyaya  göz  açmıĢdır.
2
  O  zaman  50  ailədən  ibarət  olan  Zeyvə  kəndinin 
sakinləri  əsasən  seyidlərdən  ibarət  olduğundan  bu  kəndə  xalq  arasında  “Seyidlər 
Zeyvəsi” deyilir. 
Seyidlər  Zeyvəsi  Ərdəbil  əyalətinə  daxildir.
3
  Əsrarəngiz  təbiətli  Zeyvə  üç 
tərəfdən  çox  da  uca  olmayan  dağ  və  dərələr,  qismən  meĢəliklə  əhatələnmiĢdi.  Bu 
sətirlərin müəllifi 2002-ci ildə Zeyvə kəndini ziyarət etmək Ģərəfinə nail olmuĢdur. 
Orada  olarkən  öyrənə  bildik  ki,  ata  babası  Kəlbəlaye  Mir  Yəhya  və  onun  oğlu 
(S.C.PiĢəvərinin  atası)  Mir  Cavad  ağa  mahalda  yaxĢı  tanınan  Seyid  Mir  Əzizli 
tayfasındandır  ki,  bu  tayfanın  bir  qolu  da  S.C.PiĢəvərinin  anası  Seyid  Səkinə 
xanımın nəsil Ģəcərəsi ilə məĢhur Təba-təbailər nəsli ilə əlaqələnir.  
Kənd  ağsaqqallarının  etirafına  görə  S.C.PiĢəvərinin  ulu  babası  Kəlbəlayi 
Mir  Yəhya  ağa  dini  təhsil  almıĢ,  halal,  kasıb-kusuba  əl  tutan  və  kəndin  hörmətli 
adamlarından olmuĢdur. 
Mir  Cavad  20  yaĢında  olarkən  qonĢu  Kivi  kənddən,  seyid  nəslindən  olan 
Seyid Səkinə xanımla ailə qurur. Doğularkən tələf olmuĢ iki uĢağı nəzərə almasaq, 
Seyid  Səkinədən  üç  oğlan:  Mir  Cəfər,  Mir  Xəlil,  Mir  Səlim  və  iki  qız:  Seyid 
Cavahir  (Rüxsəra),  Seyid  Suğra  dünyaya  gəlmiĢdir.  101  yaĢında  dünyasını 
dəyiĢmiĢ  Suğra  xanım  ailələri  haqqında  xatirələrində  söyləyirdi  ki:  “Seyid  Cəfər 
ailədəki beĢ uĢaqdan ikincisi idi... 
BeĢ  yaĢında  artıq  yazıb-oxumağı  bacarırdı.  Mütaliə  etməyi  çox  sevirdi. 
Bəzən  onu  oynamağa  çağıranda  mənə  deyirdi  ki,  get  özün  tək  oyna,  mənə 
qarıĢma... Əlinə nə kitab düĢürdüsə, hamısını oxuyurdu. Çox güclü hafizəsi vardı. 
Molla atama onun Bağdadda təhsil almağını məsləhət görmüĢdü...” (4, № 2, s.32-
34). 
Ölkədəki özbaĢınalıq, dövlət məmurlarının zorakılığı və  iqtisadi çətinliklər 
minlərlə  güneyli  ailələr  kimi  Cavadzadə  ailəsini  də  1905-ci  ilin  martında  doğma 
kəndini tərk edib Azərbaycanın Quzeyinə - Bakıya köçmək zorunda qoymuĢdur. 
 
*** 
1905-ci  ildə  Novruz  bayramı  ərəfəsində  vətənin  o  tayından  bu  tayına  köç 
edən  Mir  Cavadın  altı  nəfərdən  ibarət  ailəsi  iki  ayadək  Əmircan  kəndindəki 
həmyerlisinin  evində  yerləĢdikdən  sonra  qonĢu  kənddə  -  Bülbülədə  məskunlaĢır. 
S.C.PiĢəvəri  ilk  ibtidai  təhsilini  Bülbülə  məktəbində  alır  (Hal-hazırda  həmin 
məktəb 79 saylı orta təhsil məktəbidir). 
Bülbülədə  təhsil  alarkən  S.C.PiĢəvəri  öz  biliyi,  davranıĢı  və  əməksevərliyi 
ilə məktəb kollektivinin diqqətini özünə cəlb edə bilir. Ailəsinin maddi güzəranının 
ağırlığı ilə bağlı S.C.PiĢəvəri erkən yaĢda əmək fəaliyyətinə baĢlayır. O, məktəbin 
təsərrüfat  iĢlərində  çalıĢmaq  haqda  öz  xahiĢini  məktəb  müdiriyyətinə  çatdırır  və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə