Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə39/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

87 
 
və  iĢçi  kadrları  ilə,  məhsulla  təmin  edilməsi  sovetlərin  və  Azərbaycanın  uyğun 
komissarlıqlarına göndərilir. Nəzərdə tutulan müəssisələr üçün 1 oktyabr 1945-ci il 
tarixinə qədər mexanizmlərin göndərilməsi tamamlanmalı idi.  
Ayrıca  qərarda  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri  Teymur 
Quliyevə  Təbrizdə  və  digər  yerlərdə  qurulacaq  müəssisələr  üçün  torpaq  sahəsi 
ayrılması  məqsədilə  öz  təmsilçilərini  Ġrana  göndərməsi  təklif  edilirdi.  Bu 
hadisələrdən  də  anlaĢılır  ki,  Xalq  Komissarları  Sovetinin  10  iyun  tarixli  qərarı  ilə 
Güney Azərbaycan yaxın bir gələcəkdə Quzey Azərbaycan ilə birləĢdiriləcəkdi. 
Bundan  sonra  bu  qərarın  həyatın  keçirilməsi  üçün  çalıĢmalara  baĢlanır.  11 
iyun 1945-ci il tarixində Güney Azərbaycan və Ġranın quzeyindəki digər əyalətlərlə 
bağlı qərarı Molotov, Bağırov və Kavtaradzeyə, onlar isə Kremlə göndərirlər. 
21 iyun 1945-ci il tarixində Stalin Ġranın cənubunda neftlə bağlı geopolitik 
araĢdırma  iĢləri  haqqında  müdafiə  komitəsinin  9168  saylı  qərarını  imzalayır.  Bu 
qərarda  qısaca  vurğulanır:  “Ġranın  cənubundakı  neft  sahələrində  geopolitik 
araĢdırmalar  aparmaq  üçün  SSRĠ  Neft  Komissarlığı  Azneft  Birliyinin  nəzdində 
hidrogeoloji  idarə  yaradılsın;  Ġranın  cənubunda  neftlə  bağlı  geoloji  araĢdırma 
iĢlərini  görmək  üçün  neft  komissarı  N.Baybakova  və  Azneftin  rəhbəri  Süleyman 
Vəzirova  tapĢırılsın  ki,  neft  sənaye  iĢçiləri  arasından  lazımi  qədər  hazırlanıb 
Qəzvindəki  Sovet  Ordusu  qərargahında  qurulmuĢ  olan  hidrogeoloji  dəstələrlə 
birlikdə müəyyən edilmiĢ yerlərə göndərilsin”. 
Bu  qərarla  bağlı  aparılan  araĢdırmalar  deməyə  əsas  verir  ki,  Sovet 
Ġttifaqının  Güney  Azərbaycan,  xüsusən  də  Ġranla  əlaqədar  siyasətinin  baĢlıca 
amilini  neft  məsələsi  təĢkil  edirdi,  iyun  1945-ci  il  tarixindən  etibarən  Güney 
Azərbaycanda  Sovetlər  Birliyinin  müəyyənləĢdirdiyi  aparıcı  siyasət  neft  uğrunda 
mübarizə  idi.  6  iyun  1945-ci  il  tarixində  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi 
Siyasi  Bürosu  uzun  tərəddüdlərdən  sonra  Güney  Azərbaycanda  və  Ġranın 
Ģimalındakı digər vilayətlərdə parçalama hərəkətlərinin təĢkili haqqında gizli qərar 
qəbul edir. Qərarda Ġranın tərkibindəki Azərbaycan əyalətlərinə geniĢ hüquqi, milli 
muxtariyyət  verilməsi  üçün  hazırlıq  iĢlərinə  baĢlanması  məqsədəuyğun  görülür. 
Eyni  zamanda  Gilan,  Mazandaran,  Gorgan  və  Xorasan  vilayətlərində  parçalanma 
hərəkatının  geniĢləndirilməsi  düĢünülmüĢdü.  Güney  Azərbaycanda  bu  hərəkata 
liderlik etmək üçün Azərbaycan Demokrat Partiyası yaradılmalı idi. Bu partiyanın 
təĢkili üçün Ġran Xalq Partiyasının Azərbaycan Ģöbəsi köklü surətdə dəyiĢdirilməli 
və  əhalinin  bütün  təbəqələrindən  parçalanma  hərəkatı  tərəfdarları  bu  iĢə  cəlb 
olunmalı idi. 
Azərbaycanda  parçalanma  ilə  bağlı  hərəkata  öncüllük  etməli  olan  məsul 
iĢçilər  qrupu  Təbrizdə  yaradılmalı,  onlar  öz  fəaliyyətlərini  Təbrizdəki  SSRĠ  BaĢ 
konsulluğu ilə əlaqəli Ģəkildə qurmalı idilər. Bu qrupa ümumilikdə baĢçılıq etmək 
vəzifəsi Bağırov və Yaqubova tapĢırılmıĢdı. Siyasi Büronun 6 iyun tarixli qərarının 


88 
 
5-ci bəndi Güney Azərbaycandakı millət vəkili seçimlərinin aĢağıdakı prinsiplərini 
müəyyənləĢdirmiĢdi: 
1.Dövlət  və  böyük  torpaq  sahibləri  hesabına  kəndlilərə  torpaq  payı 
ayrılması və onlara uzunmüddətli kredit verilməsi
2.Müəssisələrdə  iĢin  inkiĢafı  və  geniĢləndirilməsi,  eyni  zamanda  digər 
ictimai vasitələrlə iĢsizliyin ləğv edilməsi; 
3. ġəhərlərin gözəlləĢdirilməsi və əhalinin su ilə təmin edilməsi; 
4.Sağlıqla bağlı iĢlərin yaxĢılaĢdırılması; 
5.Dövlət  vergilərinin  50%-dən  az  olmayan  qisminin  yerli  ehtiyaclar  üçün 
ayrılması; 
6.Milli azlıqların və tayfaların hüquq bərabərliyi, Azərbaycan, kürd, erməni, 
assuri  dillərində  məktəblər  açılması,  kitab  və  qəzetlərin  nəĢri,  məhkəmə  və  yerli 
müəssisələrin  yazıĢmalarının  ana  dillərində  aparılması,  əyalət  idarələrinin,  buna 
əsasən polis və jandarmanın yerli milli qüvvələrinin təĢkil edilməsi, əyalət, vilayət 
və Ģəhər məclisləri kimi yerli idarələrin qurulması; 
7.Sovet-Ġran idarələrinin köklü Ģəkildə yaxınlaĢdırılması. 
Siyasi  Büronun  qərarında  nəzərdə  tutulan  bir  cəhət  diqqəti  cəlb  edir: 
“Güney  Azərbaycanda  separatçı  hərəkatın  fəallarının  və  sovetlərə  tərəfdar  olan 
Ģəxslərin özlərini qorumaları üçün əsgəri qruplar qurulmalı və onlar xarici markalı 
silahlarla silahlanmalıdır”. Qərarın bu bəndinin icrası Bağırovla Nikolay Bulqaninə 
verilmiĢdi. 
Qərarın digər bəndlərinə görə isə Güney Azərbaycanda mədəni təbliğat iĢini 
gücləndirmək  üçün  Azərbaycan SSR-in Ġranla  mədəni əlaqə  cəmiyyəti qurulmalı; 
Təbrizdə  “Sovet  Azərbaycanı  Dostları”  cəmiyyəti  təsis  edilməli;  Azərbaycanın 
bütün  vilayətlərində  və  Gilanda  bu  cəmiyyətin  Ģöbələri  fəaliyyət  göstərməli  idi. 
Azərbaycan  KP  MK-ya  Ġranda  yaymaq  üçün  Bakıda  aylıq  dərgi  və  üç  yeni  qəzet 
nəĢr  edilməsi  tapĢırılmıĢdı.  NəĢriyyat  və  Poliqrafiya  Birliyinə  Güney  Azərbaycan 
Demokrat Partiyasının  mətbəə xərclərini ödəmək üçün  Azərbaycan KP MK-ya üç 
düz səthli makina verilməsi əmr edilmiĢdi. Ayrıca qərara görə, SSRĠ Xarici Ticarət 
Komissarlığı  Bakıda  nəĢr  ediləcək  dərgi  və  Güney  Azərbaycanda  30  min  tirajla 
çıxacaq  qəzetlərin  kağızlarını  təmin  etməli  idi.  Ġranda  seçkilərin  uğurla  baĢa 
çatması  üçün  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinə  bir  milyon 
manat həcmində xüsusi fond təsis edilmiĢdi. 
Siyasi  Bürosunun  gizli  qərarından  üç  gün  sonra  Vladimirovun  9  iyun 
“Pravda”  qəzetində  6  iyun  qərarına  və  onun  həyata  keçirilməsinin  ideoloji 
hazırlığına həsr edilən “Ġranda mürtəce ünsürlərin fəaliyyətinin güclənməsi” adlı iri 
həcmli  bir  məqaləsi  yayımlanır,  onu  Tehranda  nəĢr  edilən  “Neberd”,  “Zəfər”, 
“Rəhbər”,  ”Dad”,  “Fərman”  və  “Ajir”  qəzetləri  fars  dilinə  çevirərək  çap  edirlər. 
Ġranda  hökumətə  yaxın  olan  qəzetlər  isə  “Pravda”nı  Ġranın  daxili  iĢlərinə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə