Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

 
58 
müəssisələri  tamamilə  yox  edilən  bir  millət  halına  gətirilir.Bu 
vəziyyətin  təbii  nəticəsi  olaraq  Krım  maarifi,  ədəbiyyatı  tam  bir 
durğunluq  dövrünü    yaşayır.  Bu  vəziyyətin  dəyişdirilməsində 
böyük  rol  oynayan  ən  önəmli  şəxsiyyət,  şübhəsiz  İsmayıl 
Qaspırinskidir.  İsmayıl  Qaspırinski  sadəcə  Krım  türklərinin  deyil, 
Rusiyadakı  bütün  Müsəlman  Türk  xalqının  milli  oyanış  dönəmi 
üçün olduqca mühüm bir şəxsiyyətdir. 
 
 
 
 
 
   
 
XIX əsrin sonu XX əsrin əvvəllərində 
Krım  Tatar  xalqının  mədəni  inkişaf  prosesi  yeni  vüsət  almağa 
başlayır və bu prosesin önündə bütün Türk xalqlarının böyük oğlu 
İsmayıl bəy Qaspırinski durur. 
 
 1921-1927-ci illərdə Krım Tatar dilində kütləvi nəşrlər çap 
etdirməyə başlayırlar. 1928-ci ildən başlayaraq “Burjua millətçiliyi 
ilə  mübarizə”  adı  ilə  dövlət  siyasəti  milli  mədəni  inkişafa  yeni 
hücumlarla  nəticələndi.  Milli  mədəni  hərəkatın  önündə  duran 
şəxsiyyətlərin 
əksəriyyəti 
fiziki 
olaraq 
məhv 
edildi, 
kitabxanalardan  mühüm  nüsxələr  çıxarılaraq  qadağan  edilirdi. 
1928-ci  ildə  ərəb  qrafikası  ləğv  edilərək  latın  qrafikası,  bir 
müddətdən  sonra  isə  latın  qrafikası  ləğv  edilərək  rus-kiril  əlifbası 
tətbiq  edilməyə  başlandı.  Bu  prossdə  Krım  Tatar  xalqının 
Azərbaycanla oxşar tale yaşaması çox mənalıdır.   
 
 
SSRİ-nin repressiyaya məruz qalmış xalqlarından olan Krım 
Tatar  xalqı yalnız 1957-ci ildə reabilitasiya olunduqdan sonra milli 


 
59 
dildə  kitab  və  dövrü  nəşrlər  buraxmağa  başlayır.  Daşkənd 
şəhərində “Lenin bayrağı” qəzeti və hər il 10-15 adda Krım Tatar 
dilində  müxtəlif  kitablar  çap  olunur.  Lakin  siyasi  azadlıqların 
olmadığı  bir  dövrdə  mədəni  inkişaf  da  mümkün  deyildi.  Belə  ki, 
SSRİ-nin  dağılması  və  Krım  Tatar  xalqının  kütləvi  şəkildə  ana 
vətənlərinə  qayıtması  ilə  kitab  və  kitabxana  mədəniyyəti,  xalqın 
milli irsinı böyük ehtiram olaraq bərpa olunmağa və inkişaf etməyə 
başlayır. Xalqın ziyalıları Sank-Peterburqdan, Daşkənddən, Kiyev, 
Xarkov kitabxanalarından qorunub saxlanılmış Krım Tatar xalqının 
milli elmi və ədəbi nümunələri toplayıb kitabxana fondlarına daxil 
edir,  bununla  da  milli  mədəni  irsin  qorunub  saxlanılmasına 
çalışırdılar. 
Bu 
istiqamətdə 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyasının Elmi Kitabxanasının da fondunda mühafizə edilən 
Krım  Tatar  xalqına  məxsus  elmi,siyasi  və  ədəbi  nümunələrin  də 
toplanması, 
surətinin 
çıxarılması, 
elektron 
formatlarının 
hazırlanması  və  Krım  kitabxanalarına  aparılması  işi  həyata 
keçirilmişdir.   
 
Qaqauzlar;  Qaqauz  xalqının  adı    uzun  müddət  tədqiqat 
obyektinə  çevrilməmişdi.  Alimlərdən  bir  qismi  “qaqouz”  sözünü 
“xak+oğuz”,”hak+oğuz”(əsl  oğuz),  bəziləri  “qaqa+uz”(uzun 
dimdik),  əksəriyyəti  isə  “göy  oğuz”  kimi  izah  edirlər.  Kökü  göy 
oğuzlarla  bağlı  olan  qaqauzlar  indi  yaşadıqları  Maldaviya 
Respublikasının  cənubunda  yerləşən  Bucaq  düzünə  XVIII  əsrin 


 
60 
sonu-XIX  əsrin  əvvəllərində  Bolqarıstanın  şimal  şərqindən  köçüb 
gəlmişlər. Onlardan əvvəl burada türklərin, o cümlədən noqayların 
yaşadığı  bölgənin  toponimləri  də  sübut  edir.  Moldaviyada  qaqauz 
kənd  və  bölgələrinin  yerləşdiyi  ərazinin  sahəsi  1,8  min  kv 
kilometrdir. Bu ərazi cənubdan  Ukraynanın Odessa vilayəti, şimal-
qərbdən  isə  Rumıniya  ilə  həmsərhəddir.  1989-cu  ilin 
siyahıyaalmasına  əsasən  Moldaviyada  yaşayan  qaqauzların  sayı 
153.000-dir.  Qaqauzlar  Moldaviyanın  əsasən  Komrat(55,0%), 
Çadır-Lunqa(53,7%) və Vulkaneşt (30,8%) bölgələrində yaşayırlar. 
Tarakli,  Bessarabka,  Çimişli  və  Kaqul  bölgələrində  də  ayrı-ayrı 
qaqauz  kəndləri  vardır.  Ümumilikdə  götürəndə  qaqouzlar 
Moldovanın 
cənubunda 
32 
yaşayış 
məntəqəsində 
məskunlaşıblar.Onların çoxunda qaqauzlar moldovan və bolqarlarla 
bir yerdə yaşayırlar.   
 
 
 
Bundan  başqa  Ukraynada  (27  min),  Şimali  Qafqazda  (2 
kənd),  Qazaxıstanda  (12  kənd),  Özbəkistanda  (2  kənd), 
Bolqarıstanda, 
Rumıniyada, 
Türkiyədə, 
Yunanıstanda 
və 
Yuqoslaviyada  da  qaqouzlar  yaşayırlar.Yuqoslaviyada  onları 
sürgüc adlandırırlar. 
 
 Qaqauz  türklərinə  aid    şifahi  və  yazılı  ədəbiyyat  onların 
tarixi  və  mədəni  varlığı  kimi  çox  rəngli  bir  tablonu  xatırladır. 
Qaqauzlar  tarixi  türk  boylarının  bir-birini  əvəz  edən  mədəni 
xatirələrini  dini  yaxınlığına  görə  başda  Balkan  xalqları  olmaqla 


 
61 
digər xristian millətlərindən aldıqları bəzi fərqli ünsürlərlə ahəngli 
bir şəkildə birləşdirmişlər.Bu mədəni sintez  özünü ədəbiyyatda da 
göstərmiş,bəzən  bir  var  olmaq  mübarizəsi    ,bəzən  də  bir  
tənhalıq,bəzən  də    böyük  bir  sevginin  ifadəsi  olaraq  özünü 
göstərmişdir. 
 
Qaqauzların yazılı mədəniyyətlə olan  bağları  digər bir çox 
xalqlarda olduğu kimi dini mətnlərin oxunması yolu ilə olmuşdur. 
Ortodoks  qaqauzlar  dini    mənbələri  əvvəllər  yunan,  bolgar,  rumın 
və rus dillərində yazılmış əsərlərdən  öyrənirdilər.   
 
Qaqauzların    yazılı  dini    mənbələrlə  tanış  olması 
Anadolunun  Xristian  Türkləri  olaraq  adlandırılan  Karamanlıların 
yunan  hərfləri  ilə  yazdıqları  və  başqa  dillərdən  tərcümə  etdikləri 
dini mətnlər vasitəsilə mümkün olmuşdur. Karamanlılar bu əsərlər 
vasitəsilə  qaqauzlara  həm  türkcə  yazılmış  dini  bilgilər,  həm  də 
yazıya köçürülmüş türk xalq ədəbiyyatı mətnlərini çatdırmışlar.   
           1988-ci  il  avqustun  14-də  ilk  nömrəsi  çapdan  çıxan  “Ana 
sözü”  qəzeti  qaqauz  xalqının  həyatında  mühüm  bir  hadisə  idi. 
Tezliklə  onun  sorağı  Türkiyə,  Azərbaycan,  Macarıstan, 
Bolqarıstan, Rumıniya və digər yerlərdən gəlməyə başladı. Keçmiş 
Sovetlər  Birliyinin  hər  yanında  qaqauzlar  və  qaqauzların  dili, 
folkloru, ədəbiyyatı, məişəti və tarixi ilə maraqlanan, özünə qaqauz 
arasında  dost  axtaran  hər  bir  kəs  bu  qəzetlə  əlaqə  saxlayır,  onun 
daimi oxucusuna çevrilirdilər. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə