42
göstərməklə yanaşı,
bəzən
» iki ləhcənin – türk və türkmən dilində«
deyə yazmışdır. Burada »türkmən« sözü altında oğuz, »türk« sözü
altında qeyri – oğuz ləhcələrini başa düşmək lazımdır. Müəllif
ümumi dil konteksində hər hansı bir fərqi izah edəndə də »oğuz«
və »türk« sözlərini işlətmişdir ki, bu da yenə oğuz və qeyri oğuz
(oğuz olmayan digər türklər) mənasına gəlir.
Alp Ər Tonqa – Əfrasiyab: Tarixi şəxsiyyət, tarix boyu
gəlib – keçmiş ən böyük türk qəhrəmanı və xaqanıdır. E.ə. Ⅶ əsrdə
yaşamış olduğu hesab edilir. Assuriya mənbələri onu Maduva,
Heredot Madyes, farslar isə Əfrasiyab adlandırırlar. Haqqında
»Şahnamə«, »Rövzət üs-səfa«, »Tarixi müluki- əcəm « və digər
əsərlərdə mühüm məlumatlar var. Hesab edilir ki, o, Turun
nəslindən olan Beşəngin (Eşəng/Huşəng) oğludur. Mənbələrdən
Alp Aruz adlı qardaşının, Barsğan və Barman adlı iki oğlunun, Kaz
(Firəngiz) adlı bir qızının adı məlumdur. Firəngiz Babil kralı
Navuxodonosorun (»Divan«dakı adı: Buxtun – nəssər, b.e.ə. 604-
652) oğlu Bətzənə (Bijən) deyil, İran şahı Keykavusun oğlu
Siyavuşa vermişdir.
İran – Turan savaşında Turanın məğlubiyyəti və Əfrasiyabın
həlak olması (b.e.ə 626-624) bütün Turanı sonsuz yasa boğmuş,
türklər bu hadisəni ən böyük fəlakət və milli matəm kimi
qarşılamışlar. Alp Ər Tonqanın əziz xatirəsini və adını əsrlər boyu
yaşatmışlar. »Divan«da onun ölümünə həsr olunmuş ağıdan bəzi
45
mənşəcə karluqdurlar. Gərdizinin məlumatına görə, 9 boy olan
karluqların 3 boyunu məhz çigillər təşkil edirdi.
Xaqaniyyəlilər: Ümumi qənaətə görə, »Qutadğu Bilig«
xaqaniyyə türkcəsində yazılmışdır. Xaqaniyyə ləhcəsi və boyu
haqqında bir-birinə zidd fikirlər mövcuddur. Məsələn, M.F.
Köprülü belə hesab edir ki, xaqaniyyəlilər ayrı bir türk boyudur və
»Divan« müəllifin xaqaniyyə türkcəsi adlandırdığı Kaşğar ləhcəsi
ilə yazılmışdır. Fitrət isə Vəsrdə (hicri) türk
dilinin iki mühüm qola,
yəni oğuz türkcəsi və türkcə (daha doğrusu, xaqaniyyə türkcəsi)
deyilən iki qola ayrıldığını bildirmişdir. Bu, Kaşkarinin »oğuzca-
türkcə«, »tükməncə-türkcə«, bölgüsünə uyğun gəlir. Məlumdur ki,
islamı qəbul etdikdən sonra oğuzlara türkmən deyilməyə
başlanmışdır. Mahmud kaşğari yazmışdır:
» Uyğur şəhərlərinə
qədər Ərtiş, Ila, Yamar, Ətil çayları boyunca yaşayan xalqın dili
düzgün türk dilidir. Bunların içində ən açıq və şirini Xaqaniyyə
ölkəsi xalqının dilidir«. Belə çıxır ki, xaqanın, sarayın və paytaxtın
danışdığı dil xaqaniyyə ləhcəsidir. Sülalənin cigil, tuxsi və ya
yağmalara (ümumən karluqlara) mənsub olması barədə fikirləri
nəzərə alsaq, o zaman sülaləsini və Kaşğar əhalisinin böyük
əksəriyyətini bugünkü bölgü ilə ümumən karluq qurupuna aid
etməliyik. Onda xaqaniyyə ləhcəsi də bu qrupa daxil olmalıdır. Bu,
prinsip etibarilə doğrudur, çünki, sonralar karluq qrupundan iki