38
göstərirdi. Uluqbəy rəsədxana tikdirib, özü də nücum ilə məşğul
olmağa başladı. Lakin iki il sonra oğlu Əbdüllətifin də əli olduğu
bir sui-qəsddə öldürülür (1449). Onun dostu və həmkarı Əli
Quşçu İstanbula qaçdı və orada dostunun və özünün elmi
nəzəriyyələrini yazdı. Teymurilərdən sultan Hüseyn Baykara
paytaxtı Herata keçirib, oranı bir elm və ədəbiyyat mərkəzi edir,
onun qiymətli dostu və əmiri Əlişir Nəvai Herat məktəbinin
(akademiyasi) qurucusu və hamisi idi.
1501-ci ildə Batu nəslindən şeybanilər (Məhəmməd xan
Şeybani) Səmərqəndi zəbt edir, özbək xanlığını qurur və
Teymurilərin hakimiyyətinə son qoyur.
BABURİLƏR: Hindistanda XI əsrin əvvəllərində
qəznəvilər tərəfindən türk dövləti qurulmuş, bunların dövlətini
qurlar yıxıb Qur dövlətini qurmuşlar.
Qurlardan sonra hakimiyyət Misirdə olduğu kimi, türk
məmlük komandanlarının əlinə keçdi. Onların dövləti Dehli
sultanlığı adlanırdı. Onlar 1206-1526-cı illər arasında Hindistanda
hakimiyyətdə olmuşlar. Nəhayət, dövlətini və ya avropalıların
yanlış olaraq dedikləri Böyük Moğol dövlətini qurdu.
Babur 13 yaşında ikən atası Ömər Mirzə Qurqan valisi oldu
və Babur atasının yerinə oturdu. (h. 872\1494). Şeybanilər
Səmərqəndi alandan sonra onlarla savaşmağa məcbur oldu. Lakin
nəticə əldə edə bilmədiyi üçün Əfqanıstana çəkildi. Əvvəlcə
39
Kabulu, sonra da Qəndəharı alaraq orada yerləşdi. 1525-ci ildə
Hindistana girdi. Dehli və Aqra şəhərini alaraq, Benqla qədər
Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçərək,
Babur imperatorluğunu qurdu və bu dövlət 1858-ci ilə qədər, yəni
ingilisləri Hindistanı alana qədər davam etdi və beləliklə,
Hindistanda qurulan türk dövlətlərinin ən böyüyü, mədəniyyət
sahəsində ən qabaqcıl oldu.
Babur və onun övladları türk, fars dil və mədəniyyətini
Hindistanda yayıb, şeir və ədəbiyyat, gözəl sənət və xüsusən
memarlıqda ən gözəl əsərləri yaratmışlar. Onlar türk, fars, ərəb və
sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər.
Qaraqoyunlular : XV əsrin əvvəlində qaraqoyunlular Qara
Yusifin başçılığı ilə Azərbaycanı teymurilərdən və İraqı sultan
Əhməd Cəlayirdən aldı və bu sırada Şərqi Anadolu
türkmənlərindən böyük kütlələr Azərbaycana gəlib yerləşdilər
(1403).
Qaraqoyunlular
monqolların
dövründə
Seyhun
məntəqəsindən gəlib, Şərqi Anadoluda yerləşmişdilər və Teymur
öləndən sonra Azərbaycanı alıb Təbrizi paytaxt seçdilər. Qara
Yusifdən sonra onun oğlu Cahanşah höküməti ələ alıb Sistana
qədər irəlilədi.
Cahanşah türkcə və farsca şeir söyləmiş və şeirdə Həqiqi
təxəllüsünü seçmişdir.
40
Təbrizdə Göy məscidi o tikdirmişdi. Özü isə Uzun Həsənlə
savaşda ölmüş və Göy məsciddə dəfn edilmişdir.
Ağqoyunlular: Ağqoyunlu, əvvəlcə bir tayfa və onun
qurduğu əmirliyin və sonra bir ulus və onun qurduğu bir
imperatorluğun və dövlətin başında olan xanədanın adıdır.
Ağqoyunlu xanədanı özlərini oğuz elinin Bayandur
boyundan hesab edirdilər. Ona görə də onlara Bayandurxan
oğlanları və ya Bayaduriyyə də deyilmişdir.
Ağqoyunlu el və ya tayfasını təşkil edən qəbilələr bunlardır:
Purnək, Mosullu, Xoca-Hacılu, Həmzə-Hacılu, Dabanlu, Əhmədlu,
İzzəddin-Hacılu, Heydərlu, Əmirlu, Yurtçu, Şeyxlu, Süleyman-
Hacılu, Çavundur, Dodurğa, Dögər, Qarqun, Əfşar və Begdili. Bu
qəbilələrin ən mühümü Purnək və Mosullu olmuşdur. Bunlar
türmanlar adı ilə də məşhur olmuşlar.
Bu qəbilələr el halında Şərqi Anadoluda yerləşib, yayda
Ərzincan-Ərzurum arasında, qışda isə Urfa, Mardin həvalisində
köçəri halında yaşayırdılar. Bu qəbilələr monqol istilası zamanında
digər türkmanlarla bərabər, Anadoluya gəlib, bu məntəqələrdə
yerləşmişlər.
Ağqoyunlu xanədanı əmirlik qurub, siyasi qüdrət
qazanandan sonra, Hələb və ya Suriya türkmanlarından və
Zülqədər elindən də bu elə qatılmışlar. Ağqoyunlular böyük
padşahı Uzun Həsən Qaraqoyunlu dövlətini yıxıb, onun
41
torpaqlarını zəbt etdikdən sonra, Ağqoyunlu elinin mühüm qismi
İrana gəldi və burada yerləşdi.
Səfəvilər: Səfəvilər ərdəbilli Şeyx Səfiəddinin
övladdlarıdır.1251-ci ildə Ərdəbildə anadan olmuş və 1334-cü ildə
82 yaşında vəfat etmiş Şeyx Səfiəddinin nəsli cox böyük nüfuz
qazanır.XVI əsrin əvvəllərində böyük imperiya qurmuş Şah İsmayıl
Səfəvi haqqında həm azərbaycan elmi əhatəsində həm də dünya
alimləri tərəfindən xeyli tədqiqatlar aparılmış, dövrün siyasi və
mədəni mənzərəsi haqqında zəngin materiallar ortaya cıxmışdır.
Azərbaycanda kitab və kitabxana mədəniyyətinin renezansı hesab
edilən Səfəvilər dövrü Azərbaycan dilinin inkişafı, azərbaycan və
osmanlı türkcəsinin inkişafı, türk xalqları arasında geniş və
məzmunlu inteqrasiyasının həyata kecdiyi bir dövr olmuşdu.
Səfəvilər dövründə kitab və kitabxana mədəniyyəti müstəqil
tədqiqat obyekti olmuş, bu mövzuda namizədlik dessertasiyası
müdafiə olunmuşdu.(X)
Oğuzlar : Türklərin ən böyük boylarından biri olan oğuzlar
haqqında »Divan«da çoxlu məlumat var. Onlar islam dinini qəbul
etdikdən sonra türkmən adlandırılmışdır. Səlçuq Sübaşı, Toğrul,
Çağrı, Alp Arslan, Məlikşah və Osmanlı sultanları ən görkəmli
oğuz başbuğlarıdır .
Tədqiqatçı Ramiz Əsgər qeyd edir ki,Mahmud Kaşkari bəzi
sözlərin qarşısında onların hansı ləhcə və ya ləhcələrə aid olduğunu
Dostları ilə paylaş: |